Qırğızıstanlı jurnalist mətbuat konfransı zamanı Atambayevdən saat istəyib VİDEO
Bakı, 20 noyabr, AZƏRTAC
Qırğızıstanın “De-Fakto” qəzetinin baş redaktoru Amantur Musaqulov respublika Prezidenti Almazbek Atambayevın altı illik hakimiyyətinin yekunlarına həsr olunmuş mətbuat konfransı zamanı ondan saat istəyib.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, sual vermək üçün mikrofona yaxınlaşan Musaqulov yuxuda guya prezidentin ona saat hədiyyə etdiyini gördüyünü deyib. Sonra dövlət başçısından xahiş edib ki, “xatirə” üçün ona saat bağışlasın.
Atambayev gülərək qolundakı saatı çıxararaq jurnalistə verib. “Yaxşı ki, şalvarımı istəmədin”, - deyə zarafat edib.
Xatırladaq ki, Almazbek Atambayevın prezidentlik səlahiyyətləri oktyabrın 15-də keçirilən ümumxalq səsverməsi nəticəsində dövlətin yeni başçısı seçilən Sooronbay Jeenbekovin and içdiyi gün - noyabrın 24-də başa çatacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [16:38]
Macarıstanda xarici onlayn mağazalar üstünlük qazanır
- 15.06.2026 [15:32]
Avropanın müdafiə sənayesində əməkdaşlıq böhranı dərinləşir
- 15.06.2026 [15:23]
Türkiyənin və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub
- 15.06.2026 [15:08]
Çindən gətirilmiş təhlükəli məhsullar məhv edilib
- 15.06.2026 [15:01]
G7 sammiti ərəfəsində hadisə: bir jandarm həlak olub, iki nəfər yaralanıb
- 15.06.2026 [14:37]
Türkiyənin XİN başçısı sabah Rusiyaya səfər edəcək
- 15.06.2026 [14:29]