DÜNYA
Tbilisinin mərkəzində antiterror əməliyyatı davam edir VİDEO
Tbilisi, 22 noyabr, AZƏRTAC
Noyabrın 22-də gecə saatlarında Tbilisinin İsani-Samqori rayonu ərazisində atışma olub. Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti ərazidə antiterror əməliyyatı keçirir. Axşamdan başlayan antiterror əməliyyatı davam edir.
AZƏRTAC xəbər verir ki, səhər saat 10 radələrində təhlükəsizlik qüvvələri ilə terrorçular arasında şiddətli atışma olub. Ölən və yaralananlar barədə məlumat verilmir. Əvvəlcə doqquz mərtəbəli binada iki terrorçunun olması barədə xəbər yayılsa da, hadisə yerindən atəş nöqtələrinin çoxluğu səbəbindən indi onların sayının çox olduğu bildirilir. Əməliyyat davam edir.
Xətayi Əzizov
AZƏRTAC- ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.04.2024 [17:42]
Kubadakı nağd pul çatışmazlığı inflyasiya böhranını daha da artırır
- 27.04.2024 [15:48]
Qanalı qeyri-adi rekordla Ginnesin Rekordlar Kitabına düşüb
- 27.04.2024 [14:43]
Rusiyada əcnəbilər yalnız biometriya ilə sim-kart əldə edə biləcək
- 27.04.2024 [14:31]
Türkiyəyə qanunsuz yollarla daxil olan 38 nəfər saxlanılıb
- 27.04.2024 [13:32]