CƏMİYYƏT


“Biz narkomaniyaya yox deyirik” tədbirində zərərli vərdişin doğurduğu sosial bəlalardan söhbət açılıb

Bakı, 30 noyabr, AZƏRTAC

Bakıxanov qəsəbəsindəki 252 nömrəli tam orta məktəb-liseydə “Biz narkomaniyaya yox deyirik” mövzusunda maarifləndirici tədbir keçirilib.

Bu barədə AZƏRTAC-a Sabunçu Rayon İcra Hakimiyyətindən məlumat veriblər.

İştirakçılar əvvəlcə narkotik vasitələrdən istifadə və onun yaratdığı fəsadlardan bəhs edən videoçarx izləyiblər.

Tədbiri giriş sözü ilə açan Sabunçu Rayon İcra Hakimiyyətində şöbə müdirinin müavini Ədalət Teymurov müasir dövrün ən təhlükəli sosial bəlalarından olan narkomaniyaya qarşı həyata keçirilən tədbirlər, qəbul edilən qanun və qərarlar barədə məktəblilərə məlumat verib.

Sabunçu rayon Polis İdarəsinin rəisi Eldar İlyasov, Rayon Gənclər və İdman İdarəsinin rəisi Rakif Əliyev və Respublika Narkoloji Dispanserinin həkim-narkoloqu Qalib Məmmədov çıxış edərək respublikada narkomanlığın yayılması ilə mübarizənin gücləndirilməsi, onun qarşısının alınması üçün antinarkotik təbliğatın, maarifləndirici tədbirlərin əhəmiyyəti, narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının qarşısının alınması, narkomanlığa düçar olanların müalicə edilməklə sağlam həyata qaytarılması tədbirlərinin səmərəliliyi haqqında danışıblar, gənc nəslin sağlamlığının qorunması sahəsində müəllimlərə və valideynlərə tövsiyələr veriblər.

Sonda qonaqlar mövzu ətrafında şagirdləri maraqlandıran sualları cavablandırıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.