Melbrunda avtomobil piyadaları vurub, 15 nəfər yaralanıb VİDEO
Bakı, 21 dekabr, AZƏRTAC
Avstraliyanın Melbrun şəhərində sürücünün avtomobili piyadaların üstünə sürməsi nəticəsində 15 nəfər yaralanıb. Xəsarət alanların ikisinə hadisə yerində yardım göstərilib, 13 nəfər xəstəxanaya yerləşdirilib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, sürücü saxlanılıb, polis hadisənin şahidlərini dindirir. Associated Press agentliyi öz növbəsində polisə istinadla hadisə zamanı 19 nəfərin xəsarət aldığını bildirir. Onların arasında azyaşlı uşaq da var.
Şahidlərin sözlərinə görə, minik avtomobilinin sürücüsü yolayrıcını qırmızı işıqda keçərək piyadaları vurub.
Hələlik insidentin səbəbi və motivləri bəlli deyil.