MƏDƏNİYYƏT


Sabunçu rayonunda bəstəkar Tofiq Quliyevin 100 illik yubileyi qeyd edilib

Bakı, 30 dekabr, AZƏRTAC

Sabunçu qəsəbəsindəki 215 nömrəli tam orta məktəbdə görkəmli bəstəkar, Xalq Artisti Tofiq Quliyevin 100 illik yubileyinə həsr olunan tədbir keçirilib.

Sabunçu Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, tədbir iştirakçıları əvvəlcə bəstəkarın yaradıcılığını əks etdirən videoçarxı izləyiblər.

Mərasimdə bu il Prezident İlham Əliyevin “Tofiq Quliyevin 100 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamının icrası ilə əlaqədar ölkəmizdə silsilə tədbirlər keçirildiyi, Heydər Əliyev Fondu tərəfindən bəstəkarın yaradıcılığına həsr olunan “Musiqidə döyünən ürək” adlı multimedia toplusunun hazırlandığı qeyd olunub. Şəxsi və dövlət arxivlərinin materialları əsasında hazırlanan toplu bəstəkarın həyat və yaradıcılığı haqqında kitab-albom, bədii filmlər üçün mahnılar, fortepiano üçün əsərlər, indiyədək səslənməmiş simfonik orkestr üçün əsərlərindən ibarət dördcildlik not kitabları və fleş-kart dəstindən ibarətdir.

Sonra məktəblilərin ifasında Tofiq Quliyev yaradıcılığından nümunələr səsləndirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.