CAR-da dəmiryol qəzası nəticəsində azı 4 nəfər ölüb VİDEO
Bakı, 4 yanvar, AZƏRTAC
Cənubi Afrika Respublikasında dəmiryol qəzası nəticəsində azı 4 nəfər həlak olub, 40-a yaxın insan isə müxtəlif dərəcəli xəsarətlər alıb.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə “Netcare 911” təcili tibbi yardım xidməti məlumat yayıb.
Xatırladaq ki, dekabrın 4-də səhər saatlarında Hennenman və Kroonstad yaşayış məntəqələri arasında qatar minik avtomobili və yük maşını ilə toqquşaraq relsdən çıxıb və yanmağa başlayıb. Bir qədər əvvəl məlum olub ki, yük avtomobilinin sürücüsü əyləci vaxtında basmadığından maşın Port-Elizabetdən Yohannesburqa gedən qatarın birinci və ikinci vaqonlarına çırpılıb. Şahidlərin sözlərinə görə, bir neçə vaqon relsdən çıxaraq yanıb. Hadisə yerində xilasedicilər işləyir.
İlkin məlumatda 100 nəfərin xəsarət aldığı bildirilirdi.