Əfqanıstanda silahlılar “Save the Children” təşkilatının bölməsinə hücum edib VİDEO
Bakı, 24 yanvar, AZƏRTAC
Silahlı şəxslər Əfqanıstanın Cəlalabad şəhərində bütün dünyada uşaq hüquqlarını müdafiə edən “Save the Children” (Uşaqları xilas edin) təşkilatının bölməsinə hücum edib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, silahlılar əvvəlcə avtomobilə yerləşdirilən partladıcı qurğunu işə salıb, bundan sonra binaya daxil olublar. İnsident nəticəsində azı 11 nəfərin xəsarət aldığı bildirilir.
Hazırda hadisənin baş verdiyi ərazidə silahlılar və təhlükəsizlik qüvvələri arasında atışma davam edir.
Tolo telekanalının yaydığı məlumata görə, təşkilatın ofisinin yaxınlığında məktəb yerləşir. Hadisə yerinə xüsusi xidmət əməkdaşlarının gəldiyi bildirilir.