Kaliforniyada helikopter qəzası nəticəsində 3 nəfər ölüb VİDEO
Bakı, 31 yanvar, AZƏRTAC
ABŞ-ın cənubunda yerləşən Kaliforniya ştatında helikopterin qəzaya uğraması nəticəsində 3 nəfər həyatını itirib, 2 nəfər yaralanıb.
AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, insidentin qeydə alındığı Nyuport-Biç şəhər polis idarəsinin məlumatına əsasən, qəza zamanı helikopterin göyərtəsində 4 nəfər olub. Bir nəfər isə yerdə xəsarət alıb. Onun sağ qalıb-qalmadığı barədə məlumat verilmir.
Şahidlərin sözlərinə görə, hələ havada olarkən detallarından biri qopan helikopter yaşayış binasına dəyərək yerə çırpılıb.