Fransada iki hərbi helikopter qəzaya uğrayıb, beş nəfər həlak olub VİDEO
Bakı, 2 fevral, AZƏRTAC
Fransa Hərbi Hava Qüvvələrinin uçuş məktəbinə məxsus iki helikopterin qəzaya uğraması nəticəsində azı 5 nəfər həlak olub. Bu barədə regionun istintaq orqanları məlumat yayıb.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, insident ölkənin cənub-şərqində yerləşən Var departamentində, Sen-Trope kurort şəhərindən 50 kilometr məsafədə yerləşən Karsez gölü yaxınlığında yerli vaxtla səhər saat 10 radələrində (Bakı vaxtı ilə 13:00) qeydə alınıb. Hazırda qəzanın baş verdiyi ərazidə xilasetmə qrupları fəaliyyət göstərir, hadisənin başvermə səbəbləri aydınlaşdırılır.
İlkin məlumata görə, helikopterlərin göyərtəsində ümumilikdə 6 nəfər olub və onların 5-nin cəsədi artıq aşkarlanıb. Bir nəfərin axtarışı isə üç helikopter vasitəsi ilə həyata keçirilir.