Kubada parlament seçkiləri: səslər hesablanır VİDEO
Bakı, 12 mart, AZƏRTAC
Kubada Milli Assambleyaya - ölkə parlamentinə seçkilər başa çatıb və bülletenlərin hesablanması başlayıb.
AZƏRTAC Euronews informasiya agentliyinə istinadla xəbər verir ki, bazar günü keçirilən seçkilərdə 8 milyondan çox seçicinin təxminən 70 faizi iştirak edib.
Yeni çağırış Kuba parlamenti bir aydan sonra baş tutacaq ilk iclasında Dövlət Şurasının üzvlərini seçməlidir, onlar isə öz növbəsində 86 yaşlı Raul Kastronu sədr postunda əvəzləyəcək şəxsi müəyyən etməlidir.
Kubanın hazırkı lideri istefaya getmək niyyətini bildirib.
Dövlətin yeni başçısı postuna real namizəd Kuba Dövlət Şurası sədrinin birinci müavini 57 yaşlı Migel Dias-Kanel hesab olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [17:37]
Çexiyada işsizlik 4,4 faizə yüksəlib
- 10.08.2026 [16:58]
Avropada bu yay istilərdən 25 min nəfər ölüb VİDEO
- 10.08.2026 [16:56]
AI bumu fonunda retrokompüterlərə maraq artır
- 10.08.2026 [15:23]
İspaniyada anomal istilər səbəbindən tarixdə ən erkən üzüm yığımı başlayıb
- 10.08.2026 [14:52]