CƏMİYYƏT
Kiyev Aviasiya Muzeyinin nadir ekspozisiyası AZƏRTAC-ın foto və video reportajında VİDEO
Kiyev, 13 mart, AZƏRTAC
Ukraynanın paytaxtı Kiyevin mərkəzində yerləşən Aviasiya Muzeyi şəhərin qonaqlarının və yerli sakinlərin maraqla ziyarət etdikləri məkanlardan biridir.
2003-cü ildə yaradılan bu muzey keçmiş sovet məkanında mövcud olan analoji muzeylərdən ərazisinin genişliyinə, eksponatlarının zənginliyinə və orijinallığına görə fərqlənir. Fəaliyyətə başlayanda 33 eksponatı olan muzeyin hazırda 90-dan çox nadir eksponatı var.
Açıq səma altında 20 hektar ərazini əhatə edən muzeyin bölmələrində hərbi, mülki, yük-nəqliyyat və dəniz aviasiyasının nümunələri toplanıb. Keçmiş SSRİ və Ukraynanın müstəqilliyinin ilk illərindən qalan hərbi hava qüvvələrinə və mülki aviasiyaya məxsus ekspozisiya yeni eksponatlar hesabına daim genişlənir və zənginləşir.
Kiyev Aviasiya Muzeyi “TU-22” markalı strateji bombardmançı təyyarələrin kolleksiyasının toplandığı ilk muzeydir. Burada sovet dövrünün aviakonstruktorları Tupolev, Yakovlev, İlyuşin, Antonov və digərlərinin yaratdığı təyyarələrin ekspozisiyasını görmək olar. Bu eksponatlar muzeyi ziyarət edənlərdə nostalji hisslər yaradır.
AZƏRTAC Kiyev Aviasiya Muzeyindən foto və video reportaj təqdim edir.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev