CƏMİYYƏT


26 saylı Sabunçu birinci seçki dairəsi prezident seçkilərinə tam hazırdır

Bakı, 13 mart, AZƏRTAC

26 saylı Sabunçu birinci seçki dairəsi dairə seçki komissiyasının məntəqə seçki komissiyalarının sədrləri və üzvləri üçün üçgünlük maarifləndirici treninqlər davam etdirilir.

AZƏRTAC xəbər verir ki, plana uyğun olaraq, treninqlərə məntəqə seçki komissiyalarının sədrləri və üzvləri cəlb olunublar.

Treninqlərin açılışında dairə seçki komissiyasının sədri Hacı Əliyev 26 saylı Sabunçu birinci seçki dairəsində də prezident seçkilərinə hazırlıq işlərinin uğurla davam etdirildiyini vurğulayıb. Hacı Əliyev qeyd edib ki, 50 min 435 seçicisi olan dairə seçki komissiyasının ərazisində 37 daimi seçki məntəqəsi fəaliyyət göstərir. Seçki məntəqələrində komissiya üzvlərinin normal fəaliyyəti üçün məntəqələrdə hər cür şərait yaradılıb. Dairə seçki komissiyasının sədri bildirib ki, Mərkəzi Seçki Komissiyasının (MSK) təlimatı və tövsiyəsi əsasında təşkil edilən treninqlər məntəqə seçki komissiyaları sədrlərinin və üzvlərinin peşəkarlıq səviyyəsinin artırılması, onların seçkilərlə bağlı bilik, bacarıq və vərdişlərinin daha da təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Treninqlərdə iştirakçılar səsvermə günü görəcəkləri işlərlə, seçki məntəqələrinin açılışına hazırlıqlarla, səsvermə saatlarında həyata keçiriləcək tədbirlərlə bağlı təqdimatlarla və slaydlarla izahlı şəkildə məlumatlandırılacaqlar.

Məntəqə seçki komissiyalarının sədrləri və üzvləri üçün keçirilən treninqlərin ikinci günündə dairə seçki komissiyasının katibi Sədi Heydərov çıxış edərək prezident seçkilərinin yüksək səviyyədə, demokratik və şəffaf şəkildə keçirilməsi üçün 26 saylı Sabunçu birinci seçki dairəsinin seçki məntəqələrində də istər təchizat, istərsə də təşkilati baxımdan hər cür şəraitin yaradıldığını bildirib. Qeyd edib ki, bu treninqlərin təşkili də seçkilərə hazırlıq prosesinin bir hissəsidir.

Treninqlər 26 saylı Sabunçu birinci dairə seçki komissiyasının MSK-da təşkil olunan təlimlərdə iştirak etmiş əməkdaşları Gülxanım Abbasova və Xəyalə Musayeva tərəfindən aparılır. Məntəqə seçki komissiyalarının sədrlərinə və üzvlərinə "Məntəqə seçki komissiyalarının rol və vəzifələri", "Seçki zamanı müstəsna hallar", "Protokolun yazılışı və səslərin hesablanması" mövzularında ətraflı məlumat verilir. Dairə seçki komissiyasının əməkdaşları treninqlərdə iştirakçılara səsvermə günü məşvərətçi səs hüquqlu üzvlərin, müşahidəçilərin və KİV nümayəndələrinin hüquq və vəzifələri və onlarla iş qaydası, seçki günü məntəqə seçki komissiyalarının rolu və vəzifələri, seçki günü prosedurları və müstəsna hallar, səslərin sayılmasına hazırlıq, seçki bülletenlərinin təsnifatı, səslərin sayılması və səsvermənin nəticələri haqqında protokolun hazırlanması və doldurulması, səsvermə prosedurlarına dair nəzəri və praktiki tapşırıqlar mövzularında təfsilatlı və əyani şəkildə məlumat verir, onlarla müzakirələr aparırlar. Bundan başqa, prezident seçkilərinə hazırlıq, seçkilərin keçirilməsi, səslərin hesablanması prosesi və səsvermənin nəticələrin rəsmiləşdirilməsi işində məntəqə seçki komissiyalarının sədrlərinin və üzvlərinin vəzifələri və fəaliyyətlərinin təşkili məsələlərindən, aşağı seçki komissiyaları tərəfindən seçki hüququnun qorunması mexanizmlərindən, seçki məntəqələrinin səsverməyə hazırlanmasından, səsvermə günündə müvafiq prosedurlardan bəhs edən slaydlar nümayiş olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.