Türkiyədə avtobus qəzası: 4 sərnişin ölüb, 37 nəfər xəsarət alıb VİDEO
Bakı, 24 mart, AZƏRTAC
Türkiyənin Aksaray vilayətində sərnişin avtobusunun aşması nəticəsində 4 nəfər həlak olub, 37 nəfər xəsarət alıb.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, xəsarət alanlar dərhal Aksaray şəhərindəki xəstəxanalara yerləşdiriliblər.
İstanbul-Adıyaman marşrutu üzrə hərəkət edən avtobus Aksaray-Ankara magistralının 30-cu kilometrliyində sürücünün idarəetməni itirməsi nəticəsində qəzaya uğrayıb. Qəzaya sürücünün yuxuya getməsinin səbəb olduğu ehtimal edilir.