CƏMİYYƏT


Bakı rayonlarının məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Naxçıvana yola düşüblər VİDEO

Bakı, 26 mart, AZƏRTAC

“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində martın 26-da Bakı şəhərinin Sabunçu, Suraxanı, Nizami, Xəzər, Nərimanov və Pirallahı rayonlarının məktəblərindən 160 şagird Naxçıvan Muxtar Respublikasına yola düşüblər.

AZƏRTAC xəbər verir ki, şagirdlər martın 30-dək Naxçıvanın tarixi və mədəniyyət abidələri, adət-ənənələri, bu qədim diyarın müasir simasını əks etdirən yerləri ilə tanış olacaqlar.

Tur-aksiyanın əhəmiyyətindən danışan Sabunçu rayonundan olan qrup rəhbəri Ceyhun Abbasov bildirib ki, “Ölkəmizi tanıyaq” tur-aksiyasının bu mərhələsində məktəblilər indiyədək görmədikləri bölgələrimizdə olacaq, o yerləri daha yaxşı tanıyacaqlar. Bu, şagirdlərimizdə vətənpərvərlik hissinin yüksəlməsinə səbəb olacaq. İnanırıq ki, uşaqlar səyahətdən xoş təəssüratlarla qayıdacaqlar.

Məktəbli Həsən Ağayev sevincini belə ifadə edib: “Artıq bir neçə ildir ki, “Ölkəmizi tanıyaq” tur-aksiyası təşkil olunur. Bu layihə bizə ölkəmizin tarixini və mədəniyyətini daha dərindən öyrənməyimizə kömək edir. Bu gün biz Naxçıvan Muxtar Respublikasına yola düşürük. Naxçıvanı görmək çoxdankı arzumuz idi”.

Məktəbli Pərşan Bayramova da bu layihədə iştirakına görə çox sevindiyini bildirib: “Mən də Naxçıvanın tarixi bölgələrinə getmək, bu qədim diyarımızın abidələri ilə tanış olmaq istəyirdim. Bu gün bu arzum reallaşır”.

Şagird Əsmər Gərayzadə deyib: “Bu layihə bizə dünyagörüşümüzün, intellektual səviyyəmizin artmasında, həmçinin ölkəmizin tarixinin, mədəniyyətinin daha dərindən öyrənilməsində çox böyük kömək edir”.

Digər şagirdlər də doğma Azərbaycanımızın ayrı-ayrı guşələrini gənc nəslə daha yaxından tanıtmaq məqsədilə reallaşdırılan tur-aksiyanın təşkilinə görə ölkə rəhbərliyinə minnətdarlıq ediblər.

Sonra tur-aksiya iştirakçıları Naxçıvana yola düşüblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.