Türkiyədə Akkuyu Atom Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirilib VİDEO
Bakı, 3 aprel, AZƏRTAC
Aprelin 3-də Türkiyənin Mersin vilayətində Akkuyu Atom Elektrik Stansiyasının (AES) təməlqoyma mərasimi keçirilib.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin videokonfrans vasitəsilə təməlqoyma mərasimində iştirak ediblər.
Prezident Rəcəb Tayyib Ərdoğan bildirib ki, bu gün istər ölkəmizin inkişafı, istərsə də Rusiya ilə enerji sahəsində əməkdaşlıq baxımından tarixi ana şahidlik edirik. Rusiya ilə regional məsələlərdə əməkdaşlığı hər gün daha da genişləndirərək davam etdirməkdə iradəmiz qətidir.
Rusiya Prezidenti Vladimir Putin isə Akkuyu AES-in ilk enerji blokunun 2023-cü ildə istifadəyə verilməsinin nəzərdə tutulduğunu qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [16:50]
Məsud Pezeşkian: İran danışıqlar masasından geri çəkilməyib
- 08.06.2026 [16:36]
Britaniya dövlət borcunun artım tempinə görə dünyada ikinci yerdədir
- 08.06.2026 [16:14]
Avropa İttifaqı İrana qarşı yeni sanksiya tətbiq edib
- 08.06.2026 [16:02]
İraq hava məkanını uçuşlar üçün yenidən açıb
- 08.06.2026 [16:00]
Papa XIV Leo: Dünya dərin mənəvi və mədəni böhran yaşayır
- 08.06.2026 [15:58]