CƏMİYYƏT


Sabunçuda “Qan ver - yaşat” aksiyasına 287 könüllü qoşulub

Bakı, 26 aprel, AZƏRTAC

Sabunçu rayonunda görkəmli alim, akademik Zərifə xanım Əliyevanın xatirəsinə ehtiram əlaməti olaraq "Qan ver - yaşat" aksiyası keçirilib.

Rayon icra hakimiyyətindən AZƏRTAC-a verilən məlumata görə, aksiyanın təşkilatçısı Sabunçu Rayon İcra Hakimiyyəti və YAP rayon təşkilatı olub.

B.Eyvazov adına Hematologiya və Transfuziologiya İnstitutu Mərkəzi Qan Bankının həkim briqadasının həyata keçirdiyi aksiyada 287 nəfər könüllü olaraq iştirak edib.

Xatırladaq ki, talassemiyalı və hemofiliyalı xəstə uşaqlara kömək məqsədi ilə keçirilən aksiyalar artıq on ildir ki, təşkil edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.