Şüvəlanda ekoloji qanunvericiliyin tələblərini pozan şəxs cərimələnib
Bakı, 21 iyun, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə Xəzər rayonunun Şüvəlan qəsəbəsində, Xəzər dənizi sahilində tullantıların qalaqlanması ilə bağlı daxil olan şikayəti nazirliyin əməkdaşları yerində araşdırıblar.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən xəbərə görə, araşdırma zamanı fakt təsdiqini tapıb və tullantıları əraziyə Şüvəlan qəsəbəsinin sakini Yusif Atayevin atdığı müəyyənləşib.
Faktla bağlı qanun pozucusu barəsində protokol tərtib olunub və o, İnzibati Xətalar Məcəlləsinə əsasən 700 manat məbləğində cərimə edilib. Ərazi Şüvəlan Bələdiyyəsi tərəfindən təmizlənib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.11.2026 [16:39]
Ölkə ərazisinin əksər yerlərində hava yağıntılıdır – FAKTİKİ HAVA
- 08.11.2026 [13:44]
Noyabrın 9-da gözlənilən hava proqnozu açıqlanıb VİDEO
- 07.11.2026 [13:39]
Sabaha olan hava proqnozu açıqlanıb
- 07.11.2026 [10:58]
Zəfər Günü ilə əlaqədar Müşfiqabadda Eldar şamı və zeytun ağacları əkilib
- 06.11.2026 [18:14]
Ekologiya və Təbii Sərvətlər Nazirliyində Zəfər Günü qeyd olunub
- 06.11.2026 [16:15]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 06.11.2026 [15:54]
Yağış yağacaq, bəzi yerlərdə leysan olacaq - XƏBƏRDARLIQ
- 06.11.2026 [12:30]