Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sumqayıt Kimya Sənaye Parkında “SOCAR Polymer” layihəsi çərçivəsində inşa edilən polipropilen zavodunun açılışı olub
Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarella açılışda iştirak ediblər YENİLƏNİB VİDEO

Sumqayıt, 18 iyul, AZƏRTAC

İyulun 18-də Sumqayıt Kimya Sənaye Parkının ərazisində “SOCAR Polymer” layihəsi çərçivəsində inşa edilən polipropilen zavodunun açılışı olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ölkəmizdə rəsmi səfərdə olan İtaliya Respublikasının Prezidenti Sercio Mattarella açılış mərasimində iştirak ediblər.

Prezident İlham Əliyev və Prezident Sercio Mattarella tədbirdə çıxış etdilər.

Prezident İlham Əliyevin 
çıxışı

-Hörmətli İtaliya Prezidenti cənab Sercio Mattarella.

Hörmətli qonaqlar.

Xanımlar və cənablar.

Bu gün ölkəmizin həyatında çox əlamətdar bir gündür. Bu gün Sumqayıtda yeni böyük sənaye müəssisəsinin açılışına toplaşmışıq. Bu münasibətlə sizi və bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm.

Bu mərasimdə bizimlə bərabər İtaliya Prezidenti cənab Sercio Mattarella iştirak edir. Buna görə, cənab Prezident, Sizə minnətdaram. İtaliyanın Prezidentinin bu mərasimdə iştirakı müəssisənin əhəmiyyətini daha da artırır. Eyni zamanda, bu müəssisənin yaradılması İtaliya-Azərbaycan dostluğunun təzahürüdür. Çünki bu böyük sənaye müəssisəsi beynəlxalq əməkdaşlıq nəticəsində yaranmışdır. İtaliya şirkəti “Maire Tecnimont” bütün inşaat işlərini yüksək səviyyədə aparmış və gözəl bir əsər yaratmışdır.

Polipropilen zavodunun istifadəyə verilməsi və ilin sonunda polietilen zavodunun istifadəyə verilməsi nəticəsində Azərbaycanın ixrac potensialı böyük dərəcədə artacaq. Hər iki zavodda hər il 300 min ton məhsul istehsal olunacaq və məhsulun 70 faizi xarici bazarlara ixrac ediləcək. Beləliklə, Azərbaycan idxaldan asılılığı tamamilə aradan götürəcək və ölkəmizin böyük həcmdə qeyri-neft ixracı yaradılacaqdır.

Bizim iqtisadi sahədə və sənaye istehsalı sahəsində məqsədimiz məhz bundan ibarətdir. Biz bu zavodun timsalında Azərbaycanda son illər ərzində aparılan uğurlu iqtisadi və sənaye siyasətini görürük. Ən yüksək texnologiyalara malik olan zavod bu gün fəaliyyət göstərir. Zavodda yüzlərlə iş yeri yaradılır, daha dəqiq desəm, 500-dən çox yeni iş yeri yaradılacaqdır. İdxaldan asılılıq tamamilə aradan götürülür, gözəl ixrac imkanlarımız yaradılır. Kadr hazırlığı çox yüksək səviyyədə öz həllini tapmışdır. Azərbaycanın qeyri-neft sektorunun inkişafına zavodun çox böyük dəstəyi olacaqdır. Əminəm ki, zavodun fəaliyyəti nəticəsində minlərlə, bəlkə də on minlərlə yeni iş yeri yaradılacaq. Çünki bu zavodda buraxılan xammaldan hazır məhsul istehsal olunacaq və Azərbaycan o məhsulun da idxalından asılılığı aradan götürəcək. Yəni, bu böyük sənaye müəssisəsinin timsalında biz siyasətimizi, aparılan işlərin nəticələrini görürük.

2015-ci ildə, - mən o günü yaxşı xatırlayıram, - zavodun təməli qoyulub və qısa müddət ərzində nəhəng sənaye müəssisəsi yaradılıb. Deyə bilərəm ki, Azərbaycanın müasir tarixində bu ölçüdə və bu səviyyədə sənaye müəssisəsi tikilməmişdir. Düzdür, bizim neft-qaz sektorunda böyük inşaat işlərimiz həyata keçirilmişdir - böyük platformalar, qazma qurğuları, ancaq qeyri-neft sektorunda bu, ən böyük sənaye müəssisəsidir və ən son texnologiyalara malik olan müəssisədir.

Mən fürsətdən istifadə edərək italiyalı tərəfdaşlarımıza bir daha öz təşəkkürümü bildirmək istəyirəm. Əminəm ki, onlar bundan sonra da Azərbaycanda uğurla fəaliyyət göstərəcəklər və belə böyük sənaye müəssisələrinin yaradılması gələcəkdə də aparılacaq, çünki buna böyük ehtiyac var.

Azərbaycan öz sənaye potensialını müasirləşdirir, gücləndirir. Azərbaycanda sənayeləşmə siyasəti çox uğurla gedir. Bu ilin altı ayında qeyri-neft sənayemiz 8,8 faiz artmışdır. Bu, görülən işlərin nəticəsidir. Bu zavodun və ilin sonunda polietilen zavodunun istifadəyə verilməsindən sonra bizim sənaye potensialımız daha da artacaqdır.

Azərbaycanda çox gözəl sərmayə iqlimi vardır. Son 15 il ərzində Azərbaycana 250 milyard dollara yaxın sərmayə qoyulub və biz bu zavodun timsalında bunu görürük. Xarici banklar öz maliyyə dəstəyini göstərmişdir. Bu zavodun fəaliyyətində ən müasir xarici texnologiyalar tətbiq olunacaq. Bu zavodun tikintisini məşhur İtaliya şirkəti təmin edib.

Bu gün Prezident Sercio Mattarellanın Azərbaycana rəsmi səfəri başlamışdır. Bu, tarixi səfərdir, çünki ilk dəfədir ki, İtaliya Prezidenti Azərbaycana səfər edir. Səfər zamanı apardığımız danışıqlar və fikir mübadiləsi İtaliya-Azərbaycan əlaqələrinin nə qədər yüksək səviyyədə olmasını əyani şəkildə sübut edir. Biz, sözün əsl mənasında, strateji tərəfdaşıq. Biz dostuq. Bizi birləşdirən bir çox layihələr, ortaq maraqlar var. Bu gün bütün bu məsələlər müzakirə olundu. Sabah biz cənab Prezident Sercio Mattarella ilə birlikdə İtaliya və Azərbaycan iş adamları ilə görüşəcəyik, onlara da öz sözümüzü deyəcəyik. Əlbəttə, onlar da bütün bu hadisələri izləyir və görürlər ki, siyasi əlaqələr yüksək səviyyədədir. Beləliklə, biznes dairələri üçün çox gözəl imkanlar açılır. Əminəm ki, həm İtaliya, həm Azərbaycan şirkətləri bu imkanlardan istifadə edib bizim ticarət dövriyyəsinin şaxələndirilməsi istiqamətində önəmli addımlar atacaq.

Bu gün mən artıq rəsmi danışıqlar zamanı qeyd etdim ki, İtaliya bizim üçün bir nömrəli ticarət tərəfdaşıdır. Bu, əlbəttə ki, çox müsbət haldır. Amma biz istəyirik ki, bizim ticarət əlaqələrimiz çoxşaxəli olsun, bir çox sahələri əhatə etsin və buna nail olacağıq.

Bizim gələcək sənaye inkişafımızla bağlı planlarımız əminəm ki, həyata keçiriləcək. Bir çox yeni, ən yüksək texnologiyalara cavab verən sənaye müəssisələri yaradılacaqdır. Ona görə, İtaliya şirkətlərinin Azərbaycanda fəaliyyəti üçün gələcəkdə də geniş meydan, geniş imkanlar olacaqdır.

Mən İtaliya Prezidenti cənab Sercio Mattarellanı bir daha salamlayıram. Qeyd etməliyəm ki, bu müəssisə Sumqayıt şəhərində yaradılır. Sumqayıt şəhərinə ilk dəfədir ki, aparıcı Avropa dövlətinin Prezidenti gəlir. Bu, Sumqayıtın tarixi üçün də çox əhəmiyyətli məsələdir. Sumqayıt indi müasir sənaye şəhəridir. Cənubi Qafqazda Bakıdan sonra ikinci sənaye şəhəridir. Sumqayıt sovet vaxtında kimya sənayesi şəhəri kimi yaradılmışdır. Sumqayıtın çox ciddi ekoloji problemləri var idi. Mən cənab Prezidentə bu barədə məlumat verdim. Ekoloji vəziyyət, havanın çirklənməsi insanları çox narahat edirdi. Bütün bunlara son qoyuldu. Bu gün müasir müstəqil Azərbaycanda ən yüksək ekoloji standartlar təmin edilir və Sumqayıt indi ekoloji inkişaf baxımından ölkəmizin ən qabaqcıl yerlərində qərarlaşıb. Bu zavodun sumqayıtlılar üçün də böyük əhəmiyyəti olacaq. Sumqayıtda yaradılacaq böyük sənaye klasterində minlərlə, on minlərlə insan işləyəcək və beləliklə, şəhərin inkişafı da uğurla gedəcək.

İtaliya Prezidentinin bu zavodun açılışında iştirakı bizi fərəhləndirir. Bu, doğrudan da gözəl hadisədir. Bu, əsl dostluq rəmzidir. Mən İtaliya Prezidentini və onunla bərabər mərasimdə iştirak etmək üçün gəlmiş bütün qonaqları salamlayıram. Zavoda uğurlar arzulayıram. Sağ olun.

x x x

Prezident Sercio Mattarellanın
çıxışı

-Prezident İlham Əliyevə təşəkkürümü bildirirəm.

Cənab Prezident, bu gün bu tədbirdə Sizinlə bir yerdə olmaqdan çox məmnunluq hissi duyuram. Mən bu rəsmi səfər çərçivəsində bu tədbirə qoşulmaqdan çox məmnunam. Bu cür tədbirlər İtaliya ilə Azərbaycan arasındakı münasibətlərin çox yüksək səviyyədə olduğunu göstərir. Bu, eləcə də dövlətlər və xalqlar arasında dostluğun və səmimiyyətin bir işarəsidir.

Cənab Prezidentin dediyi kimi, sabah Azərbaycan-İtaliya biznes forumu keçiriləcək. Biz ümid edirik ki, bu forum çərçivəsində yeni münasibətlərin əsaslarını qoya biləcəyik. Mən SOCAR-a və “Maire Tecnimont”a təşəkkürümü bildirirəm. Biz bu gün bu zavodun nə dərəcədə yüksək texnologiyaya malik olduğunu görürük. Təbiidir, biz burada görürük ki, texniki imkanlarından əlavə müəssisənin infrastruktur kimi dizaynı da çox gözəldir. Bu, çox əhəmiyyətli bir layihədir. Çünki ölkənin sənaye imkanlarını yüksək əlavə dəyər baxımından möhkəmləndirir. Həmçinin təbii ki, Azərbaycan ilə İtaliya arasında əməkdaşlığın nə dərəcədə yüksək potensiala malik olduğunu bir daha göstərir.

Bu gün səhər Prezidentlə görüşüm zamanı xarici işlər nazirlərimizin və bizi müşayiət edən nümayəndə heyətinin iştirakı ilə ölkələrimiz arasındakı ikitərəfli məhsuldar əməkdaşlıq barədə danışdıq. Bu gün bizim burada olmağımız və əlbəttə, bütün nümayəndə heyətlərinin - İtaliya şirkətlərinin və onların tərəfdaşlarının burada olması bu tədbirin yüksək səviyyəsini göstərir. Təbii ki, biz Sumqayıt şəhərini də qeyd etməliyik. Çünki o, öz potensialı ilə bu tədbirin əhəmiyyətini xüsusi olaraq nümayiş etdirir. Təşəkkür edirəm.

x x x

Müəssisənin tikintisinin yüksək səviyyədə aparıldığını vurğulayan SOCAR-ın prezidenti Rövnəq ABDULLAYEV dedi:

-Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev.

İtaliya Respublikasının Prezidenti möhtərəm cənab Sercio Mattarella.

Hörmətli qonaqlar, dəyərli mərasim iştirakçıları.

Bu tarixi gündə bizlərə şərəf verib bu mərasimdə iştirak edən bütün qonaqlarımızı salamlamaqdan qürur hissi keçiririk.

İcazə verin, Azərbaycanın neft-kimya sənayesi üçün xüsusi əhəmiyyət kəsb edən belə bir gündə yanımızda olduqlarına, sevincimizi paylaşdıqlarına görə Zati-aliləri cənab İlham Əliyevə və Zati-aliləri cənab Sercio Mattarellaya neftçilər adından dərin təşəkkürümüzü, hörmət və ehtiramımızı bildirim.

“SOCAR Polymer” layihəsinin başlanğıcından işlərin gedişini diqqət mərkəzində saxlamış, dəyərli tövsiyələri ilə bizə daim dəstək vermiş möhtərəm Prezidentimiz cənab İlham Əliyevə məruzə etmək istəyirəm: Cənab Prezident, verdiyiniz tapşırıqlar vaxtında, ətraf mühit və təhlükəsizlik standartlarına tam əməl olunmaqla və yüksək keyfiyyətlə yerinə yetirilib.

SOCAR-ın emal zavodları vahid iqtisadi dəyər zəncirində bir-biri ilə sıx bağlıdır. Heydər Əliyev adına neft emalı zavodu, “Azərikimya” İstehsalat Birliyinin Sumqayıtdakı etilen-polietilen zavodu və “SOCAR Polymer” zavodunun bu istehsal prosesində inteqrasiyası nəzərdə tutulur. Sizi əmin etmək istəyirəm ki, bu istehsal zəncirinin genişləndirilməsi kompleksə daxil olan müəssisələrin işini daha da səmərəli edəcək.

Möhtərəm cənab Prezident,

Zati-alinizə məruzə etmək istəyirəm ki, tikintinin pik vaxtında burada 3 min nəfərədək işçi çalışıb. İstismar zamanı isə zavodda 500 nəfər daimi işlə təmin olunacaq. Bu cür layihələrin iqtisadiyyatda xüsusi multiplikativ təsir yaratdığını nəzərə alsaq, deyə bilərik ki, aparılan işlər çox sayda kiçik və orta miqyaslı istehsalat müəssisələrinin, minlərlə yeni iş yerinin açılmasına səbəb olacaq.

“SOCAR Polymer” zavodunun inşası ölkəmizdə ilk dəfə layihə maliyyələşdirilməsi çərçivəsində həyata keçirilib. Mən yerli tərəfdaşlarımızın əməyini qeyd etmək və layihənin səmərəliliyinə inanmış Rusiyanın “Qazprombank”ının rəhbərliyinə təşəkkürümü bildirmək istəyirəm. Layihənin uğurla başa çatdırılması münasibətilə onları təbrik edirəm.

Mən bu gün italiyalı tərəfdaşımıza - layihənin baş podratçısı olan “Maire Tecnimont” şirkətinə, sahə podratçısı olan Türkiyənin “Ustay” şirkətinə, Niderlandın “Fluor” şirkətinə layihənin idarə edilməsində bizə dəstək verdiklərinə görə xüsusi təşəkkür etmək istəyirəm. “Maire Tecnimont” həyata keçirdiyimiz birgə layihələrdə özünü etibarlı tərəfdaş kimi təsdiq edib. Aparılan əməliyyatlarda nümayiş etdirdiyi yüksək peşəkarlıq və işgüzarlığı nəzərə alınaraq, “Maire Tecnimont”a Heydər Əliyev adına neft emalı zavodunda aparılan modernləşdirmə işləri çərçivəsində tikiləcək 14 yeni qurğunun baş EPC Podratçılığı həvalə olunub. “SOCAR Polymer”in əsas xammal təminatçısı olan “Azərikimya”nın yenidənqurma layihəsində də baş EPC Podratçısı - İtaliya şirkəti “Technip İtaly”dir. Əminəm ki, İtaliya şirkətləri ilə əməkdaşlığımız bundan sonra daha da genişlənəcək.

Sonda layihənin həyata keçirilməsində əməyi olan hər kəsə dərin minnətdarlığımı bildirirəm.

Diqqətinizə görə çox sağ olun.

X X X

Zavodun tikintisini birgə əməkdaşlığın yüksək nümunəsi adlandıran İtaliyanın “Maire Tecnimont” şirkətinin prezidenti Fabrizio di AMATO dedi:

-Hamınızı salamlayıram. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, İtaliya Respublikasının Prezidenti cənab Sercio Mattarellaya, SOCAR-ın prezidenti Rövnəq Abdullayevə çıxışlarına görə təşəkkürümü bildirirəm.

Bu gün biz “Maire Tecnimont” və “SOCAR Polymer” arasında əldə olunmuş əhəmiyyətli bir nəticəni qeyd edirik. Bu münasibətlə hər iki ölkənin yüksək səviyyəli nümayəndələrinin iştirakı ilə bu gün Sumqayıt şəhərində olmaqdan şərəf hissi duyuram.

SOCAR bizim şirkətin ən önəmli tərəfdaşlarından biridir. “SOCAR Polymer” isə şirkətimiz üçün uzunmüddətli əməkdaşlıqda əvəzolunmaz tərəfdaşdır. Biz şirkətimizin imkanları və texnologiyası hesabına Azərbaycanın sənaye sahəsinin inkişafına verdiyimiz töhfədən dərin məmnunluq hissi duyuruq. Biz İtaliya vətəndaşı olaraq dialoqa daim hazır olmalı və insani dəyərləri diqqətdən kənarda qoymamalıyıq. Biz, eləcə də bu layihənin Azərbaycan iqtisadiyyatına verəcəyi töhfəni çox diqqətlə izləyirik. Bilirik ki, bu layihə hesabına “SOCAR Polymer” Azərbaycanda ilk dəfə olaraq polipropilen və polietilen istehsal edəcək. Bu, nəinki neft kimyası sahəsində, digər sahələrdə də əməkdaşlığın başlanğıcıdır. Bu zavodun tikintisində istifadə olunan texnologiyalar İtaliyanın ən müasir texnologiyalarına aid edilir. Bu zavod iqtisadiyyatın inkişafında və Azərbaycanın sənayesində böyük rol oynayacaq. Çünki bu zavod təbii ehtiyatlardan istifadə hesabına fəaliyyət göstərəcək. Bu layihə, bizim fikrimizcə, Azərbaycan hökuməti və eləcə də cəmiyyəti üçün mühüm mexanizmlərdən birini təşkil edir. “Maire Tecnimont” olaraq bizim Azərbaycandakı əsas məqsədimiz digər şirkətləri də buraya cəlb etmək və əməkdaşlığımızı daha da məhsuldar etməkdir.

Biz bu zavodun tikintisində təhlükəsizlik baxımından bütün parametrləri nəzərə almaqla işləri həyata keçirməyə çalışmışıq. Bütün işçi heyətə təşəkkürümü bildirirəm. Həmçinin azərbaycanlı və italiyalı işçilərdən əlavə xarici tərəfdaşlarımıza da xüsusi təşəkkürümü bildirirəm. Çünki onlar bu layihənin reallaşmasında doğrudan da böyük rol oynayıblar. Bu, Azərbaycan ilə İtaliyanın sənaye sahəsində əməkdaşlığında çox böyük addımdır. Xüsusən vurğulamaq istəyirik ki, İtaliya ilə Azərbaycan və “Maire Tecnimont” ilə “SOCAR Polymer” arasında olan əməkdaşlıq başqa sahələrdə də davam edəcək. Bu, zavodun daha da inkişafına kömək göstərəcək. Xüsusi olaraq qeyd etmək istəyirəm ki, bu zavodun tikintisində işləyənlərin çoxu Azərbaycan vətəndaşıdır. Onlar çox gərgin işləyərək bu layihəni həyata keçirmişlər.

Bu, Azərbaycan ilə İtaliya arasında texnologiya sahəsində əməkdaşlığın bir nümunəsidir. Ümid edirik ki, bu əməkdaşlıq uzunmüddətli olacaq. “Maire Tecnimont” “SOCAR Polymer” ilə yanaşı, Azərbaycanda digər tərəfdaşlarla da əməkdaşlıq qurmaqda və bu əməkdaşlığın uzun müddət davam etməsində maraqlıdır. Bu, Azərbaycanın iqtisadiyyatının dayanıqlı şəkildə inkişafında böyük rol oynayacaq. Həmçinin xüsusi olaraq qeyd etmək istəyirəm ki, bizim Azərbaycanla əməkdaşlığımız təkcə sənaye sahəsində deyil, akademik sahədə də mövcuddur. Məsələn, biz Bakı Ali Neft Məktəbi ilə bir sıra təhsil proqramları həyata keçiririk. Bu təhsil proqramları çərçivəsində tələbələri ixtisasartırma kurslarına dəvət edir və yaxud İtaliya şirkətlərində təcrübə keçməyə imkan yaradırıq. Təbii ki, bu yolla biz həm ixtisasını artırmış mühəndislər yetişdiririk, həm də onlar İtaliya təcrübəsindən yararlanmış olurlar. Buna görə mən məmnunluq hissi duyuram. Sağ olun.

X X X

Sonra “SOCAR Polymer” şirkətinin fəaliyyəti və burada həyata keçirilən layihələrdən bəhs edən qısa film nümayiş olundu.

Daha sonra Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarella polipropilen zavodunu işə saldılar.

Zavodda görülən işlərlə tanışlıq zamanı bildirildi ki, “SOCAR Polymer” layihəsi son 40 ildə öz növünə və miqyasına görə Azərbaycanın neft-kimya sənayesində həyata keçirilən ilk belə layihədir. “SOCAR Polymer” şirkəti Azərbaycanda kimya sənayesinin inkişafını sürətləndirmək məqsədilə 2013-cü ildə təsis edilib. 2015-ci il oktyabrın 25-də isə Prezident İlham Əliyevin iştirakı ilə ən yüksək standartlara və müasir texnologiyalara əsaslanan “SOCAR Polymer” zavodlarının təməli qoyulub və artıq polipropilen zavodu istismara tam hazırdır. Yüksəksıxlıqlı polietilen istehsal edəcək zavodda isə son tamamlama işləri görülür.

Hazırda ölkəmiz aşağısıxlıqlı polietileni ixrac, yüksəksıxlıqlı polietileni isə idxal edir. Layihənin əsas məqsədi idxalın əvəz olunması və ölkənin ixrac potensialının artırılmasıdır.

“SOCAR Polymer” zavodları ildə 19 növ olmaqla 184 min ton polipropilen və 12 növ olmaqla 120 min ton yüksəksıxlıqlı polietilen istehsal edəcək. Bu məhsullar sahibkarlıq subyektlərinin xammalla təchiz olunmasında əhəmiyyətli rol oynayacaq, respublikanın ixrac potensialının möhkəmlənməsinə əlavə stimul verəcək. İstehsal edilən məhsulun nəql intensivliyi gündə təqribən 60 yük maşını təşkil edəcək.

Polipropilen qablaşdırma materialları, tekstil, dəftərxana ləvazimatı, avtomobil hissələri, elektron və elektrik cihazları və başqa bu kimi sektorlarda geniş çeşidli istehlak mallarının və dəstləşdirmə hissələrinin istehsalında istifadə olunan əsas ilkin materialdır. Polipropilen ticarət həcminə görə də ən vacib plastik məhsullardan sayılır. “Ekoloji cəhətdən təmiz” plastik adlandırılan polipropilen qida məhsullarının qablaşdırılması və tibb sənayesinə aid bütün sahələrdə istifadə oluna bilər.

“SOCAR Polymer”in polipropilen zavodunda bazar araşdırmasına əsasən 3 növdə - homopolimer, zərbəyə davamlı so-polimer, statistiki so-polimer polipropilen məhsulları istehsal olunacaq. Qeyd edək ki, “Socar Polymer” Azərbaycanın neft-kimya sənayesində dövlət-özəl sektor tərəfdaşlığı üzrə yaradılan ilk şirkətdir. İnvestisiyaların 60 faizi Rusiyanın “Gazprombank”, qalan hissəsi isə müvafiq olaraq “SOCAR”, “Vitol”, “Paşa Holdinq”, “Gilan Holdinq” və “Azərsun Holdinq” tərəfindən təmin edilib. “Layihə Maliyyələşdirilməsi” prinsipi əsasında 489 milyon dollar məbləğində əsas səhmdarın təminatı olmadan kredit alınıb. Bu prinsip əsasında maliyyələşdirmə ölkə daxilində birinci dəfədir həyata keçirilir. Ümumi investisiya xərcləri 816 milyon dollar təşkil edir ki, bunun da 768 milyon dolları artıq xərclənib. Zavodların istismar dövründə 6,3 milyard dollar məbləğində gəlir proqnozlaşdırılır ki, bunun 30 faizi şirkətin xalis mənfəəti olacaq. Bu, həmçinin ölkənin ümumi daxili məhsulunun artmasına da kömək edəcək. İlkin qiymətləndirmələrə görə, “SOCAR Polymer” zavodlarının fəaliyyəti Azərbaycanın qeyri-neft sektorunun ixrac gəlirlərini 19 faiz, Abşeron iqtisadi regionunun ümumi daxili məhsulunun həcmini isə 15 faiz artıracaq. İstismar müddətində zavodda 500 nəfər daimi iş yeri ilə təmin olunacaq.

Layihəni həyata keçirmək üçün İtaliyanın “Maire Tecnimont”, Niderlandın “Fluor” şirkətləri və digər şirkətlər cəlb edilib. Layihə çərçivəsində milli mühəndis kadrlarının ixtisaslarının artırılması təmin olunacaq. Bu məqsədə çatmaq üçün vahid layihə idarəetmə qrupu yaradılıb. “Fluor” şirkəti milli mühəndis kadrları və digər işçilər üçün Amsterdamda, Milanda və Mumbayda ixtisas kursları təşkil edib. Bundan başqa, ekoloji və sosial təsirlərin minimuma endirilməsi, zərərli maddələrin və maye tullantıların zərərsizləşdirilməsi diqqət mərkəzində saxlanılıb. Odur ki, beynəlxalq lisenziyalardan əldə edilən texnologiya əsasında fəaliyyət göstərəcək bu zavodlar istehsal prosesi və məhsulun keyfiyyəti baxımından ən yüksək beynəlxalq standartlara cavab verəcək.

Biznes proseslərinin mərkəzləşdirilməsi məqsədilə “SOCAR Polymer” kadrların idarə olunması, maliyyə, istehsalat, texniki xidmət, keyfiyyətə nəzarət və təchizat-satınalma daxil olmaqla şirkətin bütün struktur bölmələrini əhatə edən xüsusi sistem tətbiq edib. Personalın bilik və bacarıq səviyyəsini artırmaq məqsədilə ölkə daxilində və xaricdə təlim-hazırlıq kursları təşkil olunub. Bütün bunlar göstərir ki, sənayeləşmə və qeyri-neft sənayesinin inkişafı Prezident İlham Əliyevin iqtisadiyyatın şaxələndirilməsi siyasətinin başlıca istiqamətlərindəndir. Bu baxımdan innovativ və yüksək texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənayenin tərəqqisinə təkan vermək, qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək və əhalinin istehsal sahəsində məşğulluğunu artırmaq məqsədilə sənaye parklarının və məhəllələrinin qurulması xüsusi əhəmiyyət kəsb edir. Artıq böyük infrastruktur işlərinin həyata keçirildiyi, 17 sahibkarlıq subyektinə rezident statusunun verildiyi Sumqayıt Kimya Sənaye Parkına 2 milyard dollardan artıq investisiya yatırılıb və bu istiqamətdə mühüm tədbirlər görülməkdə davam edir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Sumqayıt Kimya Sənaye Parkında “SOCAR Polymer” layihəsi çərçivəsində inşa edilən polipropilen zavodunun açılışı olub  Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarella açılışda iştirak ediblər YENİLƏNİB VİDEO

Ceyhun Bayramov və Hakan Fidan arasında telefon danışığı olub

Naxçıvan Dövlət Universiteti ilə muxtar respublikanın Mədəniyyət Nazirliyi arasında əməkdaşlıq memorandumu imzalanıb

Zelenski: Ukrayna Donald Trampın Çindəki danışıqları barədə məlumat gözləyir

“Neftçi” FIBA Avropa Kubokunda növbəti oyununu uduzub

ABŞ ilə Venesuela arasında müdafiə sahəsində əməkdaşlıq müqaviləsi imzalanıb

Gənclər və idman naziri “Eurosport”un nümayəndələri ilə görüşüb

Putin və Trampın görüşü noyabrın 19-na planlaşdırılıb

Azərbaycanın dörd boksçusu U-23 Avropa çempionatında növbəti mərhələyə yüksəlib

“Gəncə” basketbol klubu FIBA Avropa Kubokunda növbəti oyununu keçirib

Latviya səfiri: Azərbaycan təbiəti, tarixi və qonaqpərvərliyi ilə heyran edir

Səfir: İçərişəhər hər zaman insana ilham verir

Qazaxda baş verən qəzada ölənlərin sayı 4-ə çatıb YENİLƏNİB VİDEO

Qazaxda baş verən qəzada ölənlərin sayı 4-ə çatıb YENİLƏNİB VİDEO

“LANDAU Lions” FIBA Avropa Kubokunda növbəti oyununu keçirib

Kanada mətbuatı: Kanada Azərbaycanla tərəfdaşlığı genişləndirməlidir

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin müstəqilliyinin 43-cü ildönümü qeyd olunub

Bərdədə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib

Milli Məclisin sədri Türkmənistanda işgüzar səfərdədir

Bakıda səfirlərin fotolarından ibarət “Başqa Azərbaycan” sərgisi açılıb

Azərbaycan ilə ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası çərçivəsində əməkdaşlıq layihələri nəzərdən keçirilib

Bu saata olan əsas xəbərlər

“Şuşa – İƏT-in turizm paytaxtı 2026” tədbirinin bağlanış mərasimi olub YENİLƏNİB VİDEO

“Şuşa – İƏT-in turizm paytaxtı 2026” tədbirinin bağlanış mərasimi olub YENİLƏNİB VİDEO

Cenevrədə Azərbaycanın sədrliyi ilə Miqrasiya üzrə Qlobal Paktın “Çempion ölkələr” təşəbbüsü çərçivəsində görüş təşkil olunub

Böyük Britaniya Aİ ölkələrindən olan tələbələr üçün təhsil haqlarını azaltmağa hazırlaşır

Cənubi Koreyada imtahanda süni intellektdən istifadə edənləri xəbər verənlər 75 min dollar mükafat alacaq

Dünya Çin Dili Konfransında Azərbaycanda Çin dilinin tədrisinə dair məruzə dinlənilib

YAP nümayəndə heyəti Rusiyada keçirilən beynəlxalq tədbirdə iştirak edib

Qarabağ və Şərqi Zəngəzurun bərpası: dövlət-vətəndaş cəmiyyəti əməkdaşlığı və regional sülh gündəliyi ŞƏRH

Gürcüstan Müdafiə Qüvvələri komandanının ölkəmizə səfəri davam edir VİDEO

Gürcüstan Müdafiə Qüvvələri komandanının ölkəmizə səfəri davam edir VİDEO

VK: Təəssüflər olsun ki, bəzi vəkillərin saxlanılması ilə bağlı məlumatların mediada ictimaiyyətə təqdim edildiyini müşahidə edirik

Qarabağda CİS və Yerin Məsafədən Müşahidəsi texnologiyaları ilə layihələr reallaşdırılır – MÜSAHİBƏ

Böyük Britaniyanın yenidən Avropa İttifaqına üzvlüyünə dair çağırış edilib

Azərbaycan Mərkəzi Asiyanın Qərbə çıxışında mühüm nəqliyyat-logistika qovşağına çevrilir - ŞƏRH

Yerjan Mukaş: Şuşa “Turizm paytaxtı” kimi çox gözəl tədbirlərə ev sahibliyi edib VİDEO

Yerjan Mukaş: Şuşa “Turizm paytaxtı” kimi çox gözəl tədbirlərə ev sahibliyi edib VİDEO

Avropada yeni sərhəd nəzarəti sistemi britaniyalılar üçün ciddi problemlər yaradır

Kənan Quluzadə: Bu ilin əsas fəlsəfəsi Şuşanın turizm imkanlarını dünyaya tanıtmaqdır VİDEO

Kənan Quluzadə: Bu ilin əsas fəlsəfəsi Şuşanın turizm imkanlarını dünyaya tanıtmaqdır VİDEO

ANAMA sədri Brüsseldə mühüm görüşlər keçirib: minatəmizləmə sahəsində beynəlxalq əməkdaşlıq genişlənir

Balakəndə aqrar sektorun inkişafı istiqamətində bir neçə layihə icra olunur

DİN-dən irimiqyaslı əməliyyat: 104 kiloqram narkotik ələ keçirilib, 8 nəfər saxlanılıb VİDEO

DİN-dən irimiqyaslı əməliyyat: 104 kiloqram narkotik ələ keçirilib, 8 nəfər saxlanılıb VİDEO

AQTA-da uşaqlar üçün əyləncəli və maarifləndirici gün

Nəğmələrdə yaşayan ömür: Bəstəkar Oqtay Rəcəbovun 85 illiyi qeyd edilib

“E-Şikayət” sistemi vasitəsilə poçt rabitəsi xidmətləri ilə bağlı 3015 şikayət daxil olub

Beynəlxalq axtarışda olan Özbəkistan vətəndaşı Azərbaycanda saxlanılaraq ölkəsinə təhvil verilib

Lətif Kərimovun 120 illiyi münasibətilə yeni kitab təqdim olunub

Bakıda Gələcəyin Peşələri Sammiti keçirilib VİDEO

Bakıda Gələcəyin Peşələri Sammiti keçirilib VİDEO

Böyük Qayıdışdan regional sülhə: Azərbaycan postmüharibə dövrünün yeni reallıqlarını formalaşdırır – ŞƏRH

Səudiyyə Ərəbistanı enerji sahəsində razılaşmaların əldə olunmasına maneçilikdə ittiham edilir

Xəzər dənizinin səviyyəsinin 2050-ci ildən sonra yüksəlməsi ehtimal olunur

Azərbaycanla Gürcüstan arasında ikitərəfli əlaqələrin aktual istiqamətləri nəzərdən keçirilib

Avropa Mərkəzi Bankı avrozonada maliyyə riskləri ilə bağlı xəbərdarlıq edib

AzTU Fənlərarası Elm Reytinqdə yer alıb

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində nümunəvi tələbələrin valideynləri mükafatlandırılıb VİDEO

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində nümunəvi tələbələrin valideynləri mükafatlandırılıb VİDEO

DİM dövlət qulluğu üzrə imtahan verəcək namizədlərə müraciət edib

® “Birbank”ın “Böl-ödə” krediti ilə 15 min manatadək alış-verişi 6 ayadək komissiyasız hissələrə bölün

CECECO Türkiyənin Külək Enerjisi Assosiasiyası ilə memorandum imzalayıb

Ayxan Abbasov: Yeni müqavilə məsələsini AFFA rəhbərliyi ilə müzakirə edəcəyik

Azərbaycan Qazaxıstanla aqrar sahədə təcrübə mübadiləsi aparıb

İlk dəfə yığmaya dəvət alan futbolçu: Kumirim Kriştianu Ronaldudur - MÜSAHİBƏ

Konqoda Ebola epidemiyası rekord sürətlə yayılır və ölüm halları artır

Yaşar Gülər: Azərbaycanla əməkdaşlıq qarşılıqlı etimad əsasında güclənir

Hacı İsmayılov: Teatr Xadimləri İttifaqının əsas məqsədi Azərbaycan teatrının inkişafına töhfə verməkdir

Milli Məclisdə 2027-ci ilin büdcə zərfinə daxil olan qanun layihələrinin birinci oxunuşda müzakirəsi başa çatıb YENİLƏNİB VİDEO

Milli Məclisdə 2027-ci ilin büdcə zərfinə daxil olan qanun layihələrinin birinci oxunuşda müzakirəsi başa çatıb YENİLƏNİB VİDEO

Antalya hava limanında Azərbaycanın Türkiyəyə qardaşlıq dəstəyini əks etdirən əsər diqqət çəkir

Sankt-Peterburqda Azərbaycan dili və müasir nəsrinə dair kitablar təqdim olunub

Milli Azərbaycan Tarixi Muzeyində Nadir şah dövrünün əyanlarına məxsus çəpkən qorunur

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində “Su və Meliorasiya üzrə Layihələndirmə və Elmi Tədqiqat İnstitutu”nun strukturunun, işçilərinin say həddinin, əməkhaqlarının (vəzifə maaşları, vəzifə maaşlarına əlavələr, mükafatlar və digər ödənişlər) məbləğlərinin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan-Gürcüstan iqtisadi tərəfdaşlığının inkişaf perspektivlərinə dair fikir mübadiləsi olub

Rusiyadan Antalyaya uçan sərnişin təyyarəsində bomba xəbərdarlığı edilib

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 28 dekabr tarixli 485 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının (qurumlarının) və yerli özünüidarəetmə orqanlarının istifadə etməli olduqları texnoloji avadanlığa və proqram təminatına dair tələblərə uyğunluğun müəyyənləşdirilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Xəzər regionu ilə Avropa arasında yaşıl enerji körpüsünə çevrilir - AÇIQLAMA

Ölkədaxili və beynəlxalq yük daşımalarını həyata keçirən sürücülər üçün imtahana qeydiyyat elan olunur

CECECO və ECOSF təmiz enerji sahəsində əməkdaşlıqla bağlı anlaşma memorandumu imzalayıblar

Bakı Dialoqunun yekun Bəyannaməsi BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının rəsmi sənədi kimi yayılıb

İqtisadiyyat nazirinin Ağcabədidə vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib

COP31-in rəngarəng anları FOTOLARDA

“Bursaspor”: Toral Bayramova bir neçə ölkədən təkliflər var - EKSKLÜZİV

Qədim Bərdənin zəngin tarixi və memarlıq incisi – “Allah-Allah” türbəsi

Azərbaycan və macar dillərində ifa olunan “Pəncərə” mahnısına videoklip çəkilib VİDEO

Azərbaycan və macar dillərində ifa olunan “Pəncərə” mahnısına videoklip çəkilib VİDEO

Bakının ruhunu yaşadan memarlıq inciləri - FOTOREPORTAJ

İordaniyada helikopter qəzasında beş zabit xəsarət alıb

İnformasiya Texnologiyaları İnstitutunda şagirdin süni intellekt və IoT əsaslı layihəsi təqdim olunub

Mərkəzi Bankın nümayəndələri Xankəndidə vətəndaşların müraciətlərini dinləyib

“AzerGold”un bölgələrdə formalaşdırdığı qabaqcıl KSM təcrübəsi Balakəndə də tətbiq ediləcək

Əyyub Quliyev: Beynəlxalq musiqi platformasında Azərbaycanı təmsil etmək qürurverici idi

AVRO-2028: Azərbaycan millisinin rəqibləri ilə bağlı səfər məhdudiyyətləri müəyyənləşib

Professor İsmayıl Məmmədlinin 80 illik yubileyi qeyd olunub

Kreml: APEC sammitində Putin ilə Tramp arasında tammiqyaslı danışıqlar gözlənilmir

Peşə Təhsili Forumu: Əmək bazarının yeni tələbləri və insan kapitalı

Botanika İnstitutu: Xarıbülbülün təbii mühitindən çıxarılması onun məhvinə səbəb ola bilər

Fransada etirazlar başlayandan 7184 nəfər polis nəzarətinə götürülüb, 466 etirazçı həbs olunub

BDU-nun nümayəndə heyəti Astanada III Beynəlxalq Strateji Tərəfdaşlar Forumunda iştirak edir

Ötən ay İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 53 minə yaxın müraciət daxil olub

Azərbaycan idmançıları muaytay üzrə dünya çempionatında üç medal qazanıblar

Bakının Sabunçu rayonunda evlərdən oğurluq edənlər saxlanılıblar

Sumqayıt Sənaye Parkında karton və kağız tullantılarının təkrar emalı müəssisəsi yaradılacaq

“Aston Villa” Amadu Onana ilə yeni müqavilə imzalayıb

Hesablama Palatasının növbəti il büdcəsinə dair məlumat ölkədə ilk dəfə nəticəəsaslı büdcə prinsipləri əsasında təqdim olunub

Zərərli qidalar uşaqların zehni sağlamlığına və idrak qabiliyyətinə mənfi təsir göstərir

Ekspert: COP31-in iqlim maliyyələşdirilməsi gündəliyi tamamilə bloklanıb

Azərbaycan Avropa ilə regional və regionlararası əməkdaşlığın mühüm tərəfdaşıdır - ŞƏRH

Mərkəzi Bank “ROX Capital Group” ilə gələcək əməkdaşlıq istiqamətləri üzrə fikir mübadiləsi aparıb