DÜNYA
Genuyada avtomobil körpüsünün dağılması nəticəsində azı 11 nəfər həlak olub VİDEO
Bakı, 14 avqust, AZƏRTAC
İtaliyanın şərqində yerləşən Genuya şəhərində avtomobil körpüsünün uçması nəticəsində azı 11 nəfər həlak olub, 12 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Onlardan 7-nin vəziyyəti ağırdır.
AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə İtaliyanın Daxili İşlər Nazirliyində olan mənbə bildirib.
Bəzi KİV-lər insident nəticəsində ən azı 20 nəfərin həlak olduğunu yazır. Faciə zamanı körpünü dağılan hissəsində 20-yə yaxın nəqliyyat vasitəsinin olduğu bildirilir.
Hazırda hadisə yerində xilasedicilər və kinoloqlar fəaliyyət göstərir.
Qeyd edək ki, uzunluğu 200 metr olan körpü 1960-cı ildə tikilib.