İtaliyada daşqınlar nəticəsində 11 nəfər həlak olub, itkin düşənlər var VİDEO
Bakı, 21 avqust, AZƏRTAC
İtaliyanın cənubunda yerləşən Kalabriya vilayətində baş verən güclü daşqınlar nəticəsində həlak olanların sayı 11 nəfərə çatıb.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə Kalabriya vilayətinin regional Mülki Müdafiə Xidmətinin rəhbəri Karlo Tansi bildirib.
Bir qədər əvvəl verilən məlumata əsasən, hər biri 18 nəfərdən ibarət iki ekskursiya qrupu Pollino milli parkında olan zaman Raqanello dağ çayında suyun səviyyəsi leysan yağışları səbəbindən kəskin artıb. Nəticədə bir neçə turist güclü su axınının təsirinə düşüb.
Təbii fəlakət nəticəsində, həmçinin 11 nəfər yaralanıb, 5 nəfərin taleyindən isə xəbər yoxdur. Hazırda axtarış-xilasetmə işləri davam edir. Ölkənin Baş naziri Cuzeppe Konte Pollino milli parkında yaranmış vəziyyəti nəzarətə götürüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [21:11]
ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır
- 13.06.2026 [20:21]
On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər
- 13.06.2026 [19:59]
Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]
Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır
- 13.06.2026 [15:17]