Aleksandr Lukaşenko öz tarlasından 42 ton qarpız və 60 ton kartof yığıb VİDEO
Bakı, 6 sentyabr, AZƏRTAC
Belarus Prezidenti Aleksandr Lukaşenko işgüzar tədbirlərin başa çatmasından sonra sentyabrın 5-də öz tarlasından kartof və bostan məhsullarının yığımına başlayıb.
AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, dövlət başçısının mətbuat xidmətinin məlumatına əsasən, yayın nisbətən quraq keçməsinə baxmayaraq, prezidentin sahəsindən xeyli kartof yığılıb - 1,5 hektardan 60 ton. Məhsul elə tarladaca çeşidlənib.
Dövlət başçısının bostan sahəsi də məhsuldarlığı ilə seçilib, belə ki, 1,6 hektardan 42 ton qarpız yığmaq mümkün olub. Prezident məhsulun yığılmasını birbaşa tarlada izləyib, hətta işçilərə kömək edib və qarpızın dadına baxıb.
Aleksandr Lukaşenkonun əkin sahəsi geniş olduğundan məhsul yığımı qarşıdakı günlərdə də davam edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [21:11]
ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır
- 13.06.2026 [20:21]
On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər
- 13.06.2026 [19:59]
Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]
Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır
- 13.06.2026 [15:17]