İndoneziyada 5,1 bal gücündə yeni zəlzələ olub VİDEO
Bakı, 1 oktyabr, AZƏRTAC
Oktyabrın 1-də İndoneziyanın Sulavesi adasında 5,1 bal gücündə yeni zəlzələ olub.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, yeraltı təkanların episentri 282 min nəfərin yaşadığı Palu şəhərindən 101 kilometr şimal-qərbdə, ocağı isə yer səthindən 10 kilometr dərinlikdə yerləşib.
Təbii fəlakət nəticəsində zərər çəkənlər və dağıntılar olub-olmadığı barədə hələlik məlumat verilmir.
Xatırladaq ki, sentyabrın 28-də Mərkəzi Sulavesi əyalətində 7,5 bal gücündə zəlzələ və sonrakı iki sutka ərzində 170-ə yaxın yeraltı təkan baş verib. Son məlumata əsasən, zəlzələ və 3-5 metr hündürlüyündə sunami nəticəsində 1,2 min nəfərdən çox insan həyatını itirib, yüzlərlə insan isə xəsarət alıb. Zəlzələdən zərər çəkən bölgələrdə minlərlə ev dağılıb, 16 min nəfər öz evlərini tərk etmək məcburiyyətində qalıb. Ölənlərin sayının artacağı istisna olunmur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [20:21]
On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər
- 13.06.2026 [19:59]
Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]
Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır
- 13.06.2026 [15:17]
İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib
- 13.06.2026 [15:14]