İQTİSADİYYAT
“119 Məlumat Xidməti”nə zəng edərək kredit sifariş verə bilərsiniz
Bakı, 14 dekabr (AZƏRTAC). Təcili kreditə ehtiyacı olanlar “119 Məlumat Xidməti”nə zəng edərək “Bank of Baku”ya kredit sifariş verə bilərlər.
Bankdan AZƏRTAC-a bildirmişlər ki, “Bank krediti sifarişi" xidməti çərçivəsində hər bir vətəndaş sifarişini edəndən sonra bank bir iş günü ərzində onunla əlaqə saxlayır və hansı məbləğdə kredit ala biləcəyi barədə məlumat verir.
Xidmətin daha bir üstünlüyü müştəriyə illik faiz dərəcəsində 2 faiz endirim olunması və kreditin növbədənkənar əldə etmək imkanı yaratmasıdır.
“119 Məlumat Xidməti” istifadəçilər üçün məlumatların daha asan, istənilən vaxt, istənilən yerdən əldə olunmasına yardım edən bir vasitədir. Xidmətə zəng etmək üçün həm şəhər telefonlarından, həm də mobil operatorlardan sadəcə “119” rəqəmini yığmaq kifayətdir.