Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Gender əsaslı cinsi seçimin qarşısının alınması və aradan qaldırılması üzrə Milli Fəaliyyət Planı layihəsinin təqdimatı olub YENİLƏNİB VİDEO

Bakı, 19 oktyabr, AZƏRTAC

Oktyabrın 19-da Bakıda BMT-nin Əhali Fondu ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə “Azərbaycanda gender əsaslı cinsi sistemin qarşısının alınması və aradan qaldırılması üzrə Milli Fəaliyyət Planı” layihəsinin təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə dövlət qurumlarının, beynəlxalq təşkilatların və səfirliklərin nümayəndələri iştirak ediblər.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev tədbiri giriş sözü ilə açaraq ölkəmizdə demoqrafik sabitliyin hökm sürdüyünü bildirib. Nazir qeyd edib ki, Prezident İlham Əliyevin apardığı uğurlu sosial-iqtisadi inkişaf strategiyası nəticəsində respublikada davam edən inkişaf dinamikası, eyni zamanda, ölkədə müsbət demoqrafik vəziyyətin, o cümlədən əhalinin sabit artım sürətinin mövcud olması ilə tamamlanır.

O, çıxışında deyib: “Dünya miqyasında əhalinin sürətlə artımı davam edir. Təbii ki, bu, onların ərzaqla təminatı, məşğulluğu və digər məsələlərlə əlaqədar bir sıra problemlər ortaya çıxarır. Ölkə əhalisinin 25 faizindən çoxunu gənclər təşkil edir. Təkcə bir faktı göstərmək kifayətdir ki, ölkəmizdə hər il 100 min yeni işçi qüvvəsi əmək bazarına daxil olur və onların məşğulluq problemini həll etmək lazım gəlir. Ona görə də son illər demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində aparılan siyasət “Əhali və inkişaf “ üzrə Fəaliyyət Proqramına uyğun şəkildə və BMT Əhali Fondu ilə səmərəli əməkdaşlıq müstəvisində həyata keçirilir. Bu sahədə ölkəmizdə Dövlət Proqramı həyata keçirilib və növbəti dövr üçün yeni Dövlət Proqramının layihəsi hazırlanıb”.

Gender bərabərliyinin təmin edilməsi barədə danışan nazir deyib ki, əvvəllər Azərbaycanda hər 100 kişiyə 118 qız düşürdüsə, indi həmin rəqəm 114-ə düşüb. Son statistikaya görə, hər 1000 kişiyə 1004 qadın düşür. O, əhalinin ömrünün də uzandığını qeyd edərək bildirib ki, hazırda respublikamızda qadınların orta ömrü 78, kişilərinki isə 73 ildən çoxdur.

Onun dediyinə görə, ötən əsrin 90-cı illərinin əvvəllərindən etibarən doğulanlar arasında qızlara nisbətən oğlan uşaqlarının artımı, cins nisbətinin pozulması halı müşahidə olunur. Son illərdə bu nisbətin pozulma göstəricisində azalma müşahidə olunsa da, nisbət fərq yenə də qalmaqdadır. Demoqrafiya və sakinlərin inkişafı sahəsində yeni hazırlanan Dövlət Proqramı layihəsində də doğulanlar arasında cins nisbətinin pozulmasının aradan qaldırılması məsələləri ayrıca bölmə kimi yer alıb.

Nazir bu istiqamətdə BMT Əhali Fondu ilə birgə işlərin aparıldığını və Fondun dəstəyi ilə “Azərbaycanda gender əsaslı cinsi seçimin qarşısının alınması və aradan qaldırılması üzrə Milli Fəaliyyət Planı”nın layihəsinin hazırlandığını bildirib. Həmin layihədə gender nisbəti ilə əlaqədar ümumi icmal, bu nisbətin ciddi şəkildə pozulmasının bir sıra mənfi fəsadları və s. ilə yanaşı, gender əsaslı cinsi seçimin qarşısının alınması məqsədinə nail olunması üçün konkret fəaliyyət istiqamətləri və tövsiyələr əksini tapır.

BMT-nin Əhali Fondunun baş müşaviri Fərid Babayev öz çıxışında doğulan uşaqlar arasında cins nisbətinin pozulmasının gələcəkdə əhalinın ümumi strukturu və dinamikası baxımından xoşagəlməz nəticələrə aparıb çıxara biləcəyini və uşaqların cinsə görə seçilməsi probleminin ciddi narahatlıq doğurduğunu qeyd edib. Onun sözlərinə görə, əvvəllər yalnız Cənub-Şərqi Asiyada müşahidə edilən bu problem artıq Azərbaycan da daxil olmaqla bütün Cənubi Qafqaz və Şərqi Avropanın bir sıra ölkələrində özünü büruzə verir.

Baş müşavir tədqiqatların ailənin sosial-iqtisadi vəziyyətindən asılı olmayaraq, mövcud patriarxal münasibətlər sistemində valideynləri mütləq şəkildə oğlan övladına sahib olmağa vadar etdiyini göstərərək bildirib ki, mövcud vəziyyətin gələcəkdə əhalinin ümumi strukturu və dinamikası baxımından çox xoşagəlməz nəticələrə aparıb çıxara bilər. Qeyd olunub ki, kişilərin sayının həddən artıq çoxalması onların ailə qurmaq üçün partnyor tapa bilməməsi, eyni zamanda ölkədə zorakı davranış hallarının geniş yayılması nəticəsində ümumi kriminogen durumun ağırlaşması, gəlin qaçırma, erkən nikah, insan alveri və s. bu kimi bir sıra mənfi hallarla sıx əlaqəlidir.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas bu sahədə vəziyyəti araşdırmaq üçün altı ölkə seçildiyini və onlardan üçünün Qafqaz ölkələri olduğunu söyləyib: “Azərbaycan əhalisinin böyük əksəriyyəti gənclərdən ibarətdir. Odur ki, inkişaf etmiş ölkələrdə, eləcə də Azərbaycanda oğlan və ya qız uşağı seçimi problemi həll olunmazsa, gələcək nəsillər bundan əziyyət çəkəcək".

Onun sözlərinə görə, əsas problemi sürətlə həll etmək lazımdır: “Səbəbləri tapmaq vacibdir və çıxış yolu hazırlanmalıdır. Bəzən ailələrin oğlan uşaqlarını çox istəməsi tarixdən qaynaqlanan ənənələrlə izah edilir. Müasirliyə doğru gedən ölkədə belə problemlərin mövcudluğu təəssüf doğurur”.

Gənclər və idman nazirinin müavini Fərhad Hacıyev bu sahədə gənclər auditoriyası ilə aparılan işlər barədə danışıb. Onun verdiyi məlumata görə, 24 rayonda gənclər arasında bu istiqamətdə təlimlər aparılıb, videoçarxlar nümayiş olunub.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova qeyd edib ki, hazırda doğulan uşaqların cinsinə görə nisbətinin pozulması dünyanın bir sıra ölkələrində, o cümlədən Azərbaycanda aktual problemdir. O, qız uşaqlarına münasibət, selektiv abortlar və ailədə ayrı-seçkilik məsələlərinə toxunaraq deyib: “Son 25 ildə kişilərin sayı sürətlə artıb və bu fərq bərabərləşib. Belə ki, əhalinin 49,9 faizini kişilər, 51,1 faizini isə qadınlar təşkil edir. Kənd yerlərində qadınlar arasında ailə planlaşdırılması, arzu edilməyən hamiləlikdən qorunma, süni mayalanma, reproduktiv sağlamlıq və s. kimi maarifləndirmə tədbirlərinin aparılması zəruridir”.

Sonra BMT-nın Əhali Fondunun Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Oğlan uşaqlarına verilən üstünlüyün qarşısının alınması və qızların dəyərinin təbliği üzrə” Qlobal Proqram çərçivəsində ölkəmizə dəvət olunan beynəlxalq ekspert Monika Das Qupta “Azərbaycanda gender əsaslı cinsi seçimin qarşısının alınması və aradan qaldırılması üzrə Mili Fəaliyyət Planı”nın layihə sənədini təqdim edib.

Tədbir iştirakçıları tərəfindən layihənin geniş müzakirəsi aparılıb və bir sıra təkliflər verilib.

Gender əsaslı cinsi seçimin qarşısının alınması və aradan qaldırılması üzrə Milli Fəaliyyət Planı layihəsinin təqdimatı olub YENİLƏNİB VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Nasist liderin yaşadığı evdən 5 skelet tapılıb

BDU-nun Astrofizika kafedrası: G2 səviyyəli geomaqnit qasırğası müşahidə olunur

Bakıda bədii gimnastika üzrə Avropa Kuboku start götürüb

Ağdamda avtoxuliqanlıq edən sürücülər məsuliyyətə cəlb olunub

Hüquq müdafiəçisi: Azərbaycan mədəniyyətlərarası dialoq məkanıdır

Braziliyada daşqınlar 30 nəfərin həyatına son qoyub

ANAMA sədrinin müavini Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumunun sədri ilə görüşüb

İspaniyada tapılan qılıncın mədəni mənsubiyyəti sübut edilib

İsveçdə payızdan etibarən dördgünlük iş həftəsi tətbiq ediləcək

Parisdə dəmir yolu işçiləri tətilə hazırlaşırlar

Sudanda Qızıl Xaç Komitəsinin əməkdaşları öldürülüb

Karla Bruni şübhəli şəxs qismində dindirilib

Konfrans Liqası: İngiltərədə sensasiya, "Fiorentina"dan çətin qələbə

Avropa Liqası: "Bayer"dən səfər qələbəsi, “Marsel”dən heç-heçə

Arıqlama preparatları istehsal edən Danimarka şirkətinin gəlirində ciddi artım müşahidə edilir

İsveçli rejissor Naxçıvanda film çəkəcək

ABŞ-də aksiyalarda həbs olunanların sayı 2 min nəfəri keçib

Macarıstanda şərab sammiti keçirilib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" "Neftçi"ni məğlub edərək yarımfinala yüksəlib

“Xalqa bağışlanmış ömürdən anlar” kitabı Bişkekdə qırğız dilində işıq üzü görüb

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində dini liderlər Xankəndi, Xocalı və Ağdamda olublar VİDEO

XTNS-də Azərbaycanın faşizm üzərində qələbəyə verdiyi töhfəyə həsr olunmuş tədbirlər keçiriləcək

SOCAR prezidenti Ukraynanın “Naftoqaz” şirkətinin baş icraçı direktoru ilə görüşüb

Karmen Romero: Azərbaycanda COP29-un keçirilməsini səbirsizliklə gözləyirəm

Heydər Əliyev Sarayında "Əbədi məşəl" adlı konsert təşkil olunub

Ceyhun Bayramov BMT Baş katibinin iqlim fəaliyyəti və ədalətli keçid üzrə xüsusi müşaviri ilə görüşüb

Dünya mətbuatı VI Mədəniyyətlərarası Dialoq Forumunu diqqət mərkəzində saxlamaqda davam edir

Azərbaycan və Tacikistan xarici işlər nazirlikləri arasında məsləhətləşmələr aparılıb

Türkiyə mediası Prezident İlham Əliyevin Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimindəki açıqlamalarına geniş yer verib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Ukraynanın nümayəndə heyəti ilə görüş keçirilib

® “Bakcell” çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi

“Əlyazmaların mühafizəsi, invertarlaşdırılması və pasportlaşdırılması” - mühazirə

Film Fondunda Cəfər Cabbarlının 125 illik yubileyi qeyd edilib

Martinq Kruminq: Dialoq Forumu müxtəlif mədəniyyətlərə malik insanları bir araya gətirməyə şərait yaradır

Azərbaycan Asiya İnkişaf Bankının illik toplantısında təmsil olunur

Norveçli səyahətçi: Dağıdılmış mənzərələrə şahidlik etmək həddən artıq dəhşətlidir

Azərbaycan və Türkiyə ombudsmanları arasında görüş keçirilib

Monitorinqlər davam etdirilir: 145 müəssisədə nöqsanlar aşkarlanıb

Azərbaycan-İspaniya əməkdaşlığının dərinləşdirilməsi barədə fikir mübadiləsi aparılıb

Rusiya Federal Məclisinin Federasiya Şurasının nümayəndə heyəti Milli Məclisdə olub

Növbəti "Təhsildə yeni çağırışlar” konfransı Xaçmazda keçiriləcək

ANAMA sədrinin birinci müavini: Mülki təyinatlı ərazilərin qəsdən minalanması insanlıq əleyhinə cinayətdir

ADNSU-nun tələbələri Fizika İnstitutunda aparılan tədqiqatlar barədə məlumatlandırılıb

Natali Minaçi: Müstəmləkəçi ölkələr yerli xalqların mədəniyyətlərini məhv etməyə çalışır

Tayeb Mansuri: Mədəniyyətlərarası dialoq ziddiyyətlərin aradan qaldırılması üçün çox gözəl vasitədir

Milli Məclislə Beynəlxalq Parlamentarilər Konqresi arasında əməkdaşlığa dair müzakirələr aparılıb

"Prezident Kuboku-2024": Azərbaycan avarçəkənləri günü 1 dəst medalla başa vurublar

Zeki Aktürk: Azərbaycanın antiterror tədbirləri nəticəsində sabitliyin bərqərar olması ilə Birgə Monitorinq Mərkəzinin fəaliyyəti başa çatıb

Milli Məclis ilə AIPA arasında əməkdaşlıq məsələləri müzakirə edilib

Slovakiya nümayəndə heyəti Forumda gündəmə gətirilən məsələlərin aktuallığını qeyd edib

Mərkəzi Seçki Komissiyasının 2024-cü il 7 mart tarixli iclas protokolunun təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar təyin edilir

“Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Katibliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Yaz semestrində 5 mindən çox tələbə təhsil krediti alıb

Altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramin Ələmşah oğlu Məmmədovun deputat səlahiyyətlərinə xitam verilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

Hövsan, Mərdəkan və Şüvəlandan ekspres avtobus marşrutları fəaliyyətə başlayacaq

Norveçli səyyahlar Ağdam şəhərinə səfər ediblər VİDEO

Klublar Komitəsinin son iclasında müzakirə olunan məsələlər açıqlanıb

Mərakeş Krallığı 2024-2025-ci tədris ili üçün təqaüd proqramı elan edir

Lük Fransis Karol: Assimilyasiya siyasəti mədəniyyətlər arasında dinc qarşıdurma deyil, tam müharibədir

Gürcüstan ABŞ-la strateji tərəfdaşlıq danışıqlarından imtina edib

Milli Məclisin sədri İtaliya Parlamenti Deputatlar Palatasının vitse-prezidenti ilə görüşüb

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində uqandalı nazirlə görüş keçirilib

Azərbaycan Texniki Universitetində MBA proqramı çərçivəsində müəllimlər işə qəbul edilir

Həsən Əliyev küçəsindən metronun “Koroğlu” stansiyasına qədər yeni yolun tikintisinə başlanılıb

QS-nin regional direktoru ADNSU-da olub

® Naxçıvan Baş Gömrük İdarəsində işlə bağlı stress və onun qarşısının alınmasına həsr olunan təlim keçirilib

Yeni domen adlarında Azərbaycan əlifbasında olan hərflərdən istifadə nəzərdə tutulur

Mərakeş parlamentarisi Bakı Forumunun beynəlxalq əməkdaşlığa töhfələrini yüksək dəyərləndirib

Küveytin UNESCO-dakı nümayəndəsi: Bakı Forumu çox maraqlı mövzuları əhatə etdi

“Metodist hazırlığı” müsabiqəsinə qoşulmaq istəyənlərin nəzərinə

Nur Jazlan Bin Məhəmməd: Azərbaycanın bütün dünyaya nümunə olmaq istiqamətində gördüyü işləri dəstəkləyirəm

Azərbaycan məktəbliləri 41-ci Balkan Riyaziyyat Olimpiadasında uğur qazanıblar

İkinci Dünya müharibəsi iştirakçılarına xüsusi qayğının növbəti təzahürü

Monitorinqlər zamanı 71 ticarət və 74 ictimai iaşə müəssisəsində nöqsanlar aşkarlanıb

Tələbə Elmi Cəmiyyətinin VI elmi-praktik konfransı keçirilib

Karbonsuz istehsal, dayanıqlı inkişaf, innovativ texnologiyalar - konfrans

Azərbaycan və Belarus qida təhlükəsizliyi sahəsində əməkdaşlığı genişləndirəcək

Akkan Suver: Qalib Prezident İlham Əliyevin dialoqun önəmini vurğulaması dünyada sülhün dialoqla qurula biləcəyini bir daha göstərdi

Respublika fənn olimpiadalarının final turunun biologiya və coğrafiya üzrə ilkin nəticələri elan edilib

AIPA-nın baş katibi COP29-a hazırlıq işləri barədə məlumatlandırılıb

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi olub

Adil Kərimli: Əsas məqsəd mədəniyyətin iqlim dəyişikliyi məsələlərinin həll olunmasında önəmli yer tutmasıdır

Azərbaycan və Rusiya arasında cari regional vəziyyət müzakirə olunub

“Müxtəlifliyin qorunması: multikultural dünyada çağırışlar və qlobal əməkdaşlığın təşviq edilməsi” mövzusunda müzakirələr aparılıb

ICESCO-nun Baş direktoru: Biz tolerantlığı və dinc yaşamağı təşviq etməliyik

Müsəlman din xadimləri Yuxarı Gövhər Ağa məscidində namaz qılıblar

Fransız Polineziyasında və Yeni Kaledoniyada müstəqillik mübarizəsi istiqamətində atılan addımlar genişlənir

Polineziya, Korsika, Melaneziya, Karib dənizi və Antil adalarında kolonializmin fəsadları ilə bağlı ATƏT DTİHB-nin direktoruna məktub ünvanlanıb

Sivilizasiyalar Alyansının direktoru: Forumda müzakirə edilən mövzular aktuallığı ilə yadda qaldı

Bakı Forumu çərçivəsində “Keçmiş və gələcəyin mühafizəsi: iqlim dəyişikliyi fonunda mədəni irs” adlı plenar sessiya keçirilib

Alternativ məktəbəqədər sinfə mediatur təşkil edilib

Səbinə Hacıyeva: Mina səbəbindən arxeoloji baxımdan çox dəyərli məkanlara daxil ola bilmirik

"Prezident Kuboku-2024": Azərbaycanın daha bir avarçəkəni medal qazanıb

Tank bölmələri ilə intensiv döyüş hazırlığı məşğələləri keçirilir VİDEO

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib VİDEO

Afrika Ümumdünya İrs Fondunun icraçı direktoru Azərbaycan Hökumətinə təşəkkür edib

İcraçı direktor: Bakı Təşəbbüs Qrupunun fəaliyyətinə Fransa tərəfindən müəyyən reaksiyalar var VİDEO