İndoneziyada təyyarə qəzası: 181 sərnişin və 7 heyət üzvü həlak olub VİDEO
Bakı, 29 oktyabr, AZƏRTAC
İndoneziyanın Yava adası sahillərində "Lion Air" aviaşirkətinə məxsus "Boeing 737" tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 181 sərnişin və 7 heyət üzvü həlak olub.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, İndoneziyanın fövqəladə vəziyyətlərin aradan qaldırılması agentliyinin məlumatına görə, dənizə düşən təyyarədə sağ qalan yoxdur.
Xatırladaq ki, göyərtəsində heyət üzvləri ilə birgə 188 nəfərin olduğu təyyarə paytaxt Cakartadan Pankalpinanq şəhəri istiqamətində uçduqdan 13 dəqiqə sonra radarlardan itib. Təyyarə Yava adasının qərb sahillərində dənizə düşüb.
Hazırda xilasedicilər dənizin 35 metr dərinliyində axtarış aparırlar. Hələlik yalnız bir nəfərin cəsədi tapılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [13:48]
Avropa iqlim dəyişikliyinə uyğunlaşmaya 500 milyard avro xərcləyəcək
- 24.09.2026 [13:20]
Bolqarıstan neft məhsullarının ixrac məhdudiyyətlərini ləğv edib
- 24.09.2026 [13:10]
Birləşmiş Ştatların gündəlik neft istehsalı azalıb
- 24.09.2026 [13:07]
ABŞ-nin neft ehtiyatları artır
- 24.09.2026 [12:57]
Ukraynanın Xarkov vilayətinə hücum zamanı 7 mülki şəxs həlak olub
- 24.09.2026 [12:44]
İrakli Kobaxidze BMT-nin Baş katibi ilə regiondakı vəziyyəti müzakirə edib
- 24.09.2026 [12:41]
Maka Boçorişvili: Gürcüstan 2027-ci ildə ATƏT-ə sədrlik etməyə hazırdır
ABŞ-nin neft ehtiyatları artır
- [13:07]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Xəzərdə zəlzələ olub
- [11:35]
Bu gün Ümumdünya Dəniz Günüdür
- [11:21]