ELM VƏ TƏHSİL
120 YAŞLI MƏKTƏB YUBİLEYİNƏ HAZIRLAŞIR
Oğuz rayonunun Padar kənd məktəbinin 120 yaşı tamam olur. 33 il bu məktəbdə müəllim və direktor işləmiş, yenicə çapdan çıxmış “120 yaşlı məktəb” kitabının müəllifi Məsim Kərim müxbirimizə demişdir ki, vaxtilə bu ikisinifli rus-tatar məktəbinin əsasını 4 şagirdlə Qori müəllimlər seminariyasının məzunu, böyük maarifpərvər Mahmudbəy Mahmudbəyov qoymuşdur. Bu gün isə məktəbimizdə 47 ali təhsilli müəllim işləyir, 500 şagird elmin əsaslarına yiyələnir. Məzunlarımız arasında tanınmış xeyli elm, incəsənət xadimi, pedaqoq vardır. Hazırda məktəb Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olmuş məzunumuz, polis əməkdaşı Arzu Əliyevin adını daşıyır. Təhsil Nazirliyinin və rayon rəhbərliyinin köməyi ilə yubiley ilində məktəbimiz öz simasını xeyli dəyişmişdir.