DÜNYA
Kaliforniya ştatında bara silahlı hücum edilib VİDEO
Bakı, 8 noyabr, AZƏRTAC
Noyabrın 7-də axşam saatlarında ABŞ-ın Tayzend-Ouks şəhərində (Kaliforniya ştatı) naməlum şəxs bara girərək oradakı insanlara atəş açıb.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, ilkin məlumata görə, hadisə nəticəsində azı 11 nəfər yaralanıb. Həmçinin həlak olanlar barədə xəbərlər yayılsa da, onların sayı açıqlanmır. Yerli KİV-lər naməlum şəxsin minimum 30 atəş açdığını bildirirlər.
Polis insanları həmin ərazidən uzaq durmağı tövsiyə edib. Hazırda insidentin baş verdiyi ərazidə hüquq-mühafizə orqanlarının əməkdaşları və xilasedicilər işləyir. Hücum edən şəxs hadisə yerindən qaçıb, onun axtarışları davam edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [14:40]
İndoneziyada torpaq sürüşməsi və sel 7 nəfərin həyatına son qoyub
- 03.05.2024 [14:24]
Çin Ayın görünməyən tərəfinə kosmik missiya göndərib
- 03.05.2024 [14:15]
Kuleba və Kemeron Ukraynaya hərbi yardımı müzakirə ediblər
- 03.05.2024 [13:54]
İraqın şimalında 32 PKK terrorçusu zərərsizləşdirilib
- 03.05.2024 [13:53]
BƏƏ neft hasilatını artırdığını bəyan edib
- 03.05.2024 [13:30]
Gürcüstan “yaşıl dəhliz” layihəsinə özəl sektoru cəlb etmək istəyir
- 03.05.2024 [12:47]