İstanbulda hərbi helikopterin qəzaya uğraması nəticəsində dörd nəfər həlak olub VİDEO
Bakı, 26 noyabr, AZƏRTAC
İstanbulun Sancaqtəpə rayonunda hərbi helikopterin qəzaya uğraması nəticəsində dörd hərbçi həlak olub, biri xəsarət alıb.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, qəza zamanı dördmərtəbəli yaşayış binasının damına çırpılan helikopter küçəyə düşüb.
Hadisə yerinə təhlükəsizlik qüvvələri və təcili tibbi yardım briqadaları cəlb olunub. Xəsarət alan hərbi qulluqçu dərhal xəstəxanaya yerləşdirilib.
İstanbul valisi Ali Yerlikaya Anadolu agentliyinə açıqlamasında helikopterin 1-ci Ordu komandanlığının tabeliyindəki Samandıra hərbi hissəsinin hava alayına məxsus olduğunu bildirib. O, qəzanın baş verməsinin səbəblərinin araşdırıldığını vurğulayıb.