Rusiyanın “Soyuz-FQ” raket daşıyıcısı sonuncu qəzadan sonra ilk dəfə havaya qalxıb VİDEO
Moskva, 3 dekabr, AZƏRTAC
Rusiyanın “Soyuz-FQ” raket daşıyıcısı Baykonur kosmodromundan havaya qalxıb.
AZƏRTAC xəbər verir ki, raket daşıyıcısının göyərtəsindəki “Soyuz MS-11” gəmisində Rusiya kosmonavtı Oleq Kononenko, NASA və Kanada Kosmik Agentliyinin astronavtları Enn Makkleyn və David Sen-Jak orbital stansiyaya yola düşüblər.
Qeyd edək ki, bu, “Soyuz-FQ” raket daşıyıcısının oktyabrın 11-də qəzaya uğramasından sonra ilk pilotlu uçuşdur.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva