Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Zahid Məmmədov: Heç bir iqtisadi reallığa və elmi tədqiqata əsaslanmadan məzənnə ilə bağlı fikir yürütmək qəbuledilməzdir

Zahid Məmmədov: Heç bir iqtisadi reallığa və elmi tədqiqata əsaslanmadan məzənnə ilə bağlı fikir yürütmək qəbuledilməzdir

Bakı, 9 dekabr, Leyla Qurbanova, AZƏRTAC

Azərbaycanın qarşısında duran əsas məqsəd iqtisadiyyatın şaxələndirilməsi ilə milli istehsala nail olmaqdır

Maliyyə naziri Samir Şərifov dekabrın 4-də Azərbaycan Televiziyasına müsahibəsi zamanı manatın kəskin möhkəmlənməsinin iqtisadiyyatımız, ilk növbədə, milli istehsal, eyni zamanda, ixracatla məşğul olan sahibkarlarımız üçün faydalı olmayacağı ilə bağlı fikirlər səsləndirib. Nazir bu məsələyə büdcə qaydası prizmasından toxunub, yəni Maliyyə Nazirliyi büdcə qaydası çərçivəsində hər il orta və uzunmüddətli dövrdə dövlət büdcəsinin, daha doğrusu, dövlət xərclərinin maliyyələşdirilməsi üçün neft daxilolmalarından istifadə səviyyəsini müəyyənləşdirir. Beləliklə, nazir manatın məzənnəsinin kəskin və ya ifrat dərəcədə möhkəmlənməsinin daxili istehsalçıların fəaliyyətinə mənfi təsirini, bu vəziyyətin də, öz növbəsində, idxal üçün cəlbedici vəziyyət yaradacağını, bunun da Azərbaycan dövlətinin marağında olmadığını qeyd edib.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Dövlət İqtisad Universitetinin elmi fəaliyyətin təşkili və idarə edilməsi departamentinin direktoru, iqtisad elmləri doktoru, professor Zahid Məmmədov bildirib.

Zahid Məmmədov deyib: “Dünya təcrübəsinə nəzər salsaq, görərik ki, manatın həddindən artıq möhkəmləndirilib xarici valyutalar qarşısında dəyər qazanması nəticədə sənayedə istifadə edilən idxal xammalı və ya əsas ərzaq mallarının qiymətlərini yüksəldir və beləliklə bu, iqtisadiyyatda inflyasiyanın artması ilə bağlı siqnallar ötürə bilir. Belə olan təqdirdə xaricdən mal idxal etmək yerli məhsula nisbətən daha faydalı olacaq ki, bu da yerli istehsalın zəifləməsinə və daha geniş idxalın güclənməsinə yol açacaq. Təbii ki, nəticədə valyuta rezervlərinin əriməsi və daha sonra isə milli pul vahidinin dəyərinin zəifləməsi prosesi baş verə bilər. Bu isə öz növbəsində, daxildə iş yerlərinin, məşğulluğun azalması, bütünlüklə büdcədə vergi daxilolmalarına mənfi təsir göstərə bilər”.

Azərbaycanın valyuta ehtiyatları artır

Milli valyutanın istər həddindən artıq dəyərləndirilməsi, istərsə də dəyərsizləşdirilməsi ilə bağlı dünya üzrə tədqiqatların aparıldığını bildirən professor məzənnə siyasətinin sağlam və neytral siyasət üzərində qurulmalı olduğunu bildirib. “Bütövlükdə, Azərbaycan hökumətinin qarşısında mövcud makroiqtisadi durum şəraitində üç başlıca vəzifə - inflyasiyanın məhdudlaşdırılması, milli valyutanın məzənnəsinin sabitliyinin qorunması, bank sektorunun inkişafı və maliyyə sabitliyinin təmin olunması durur. İqtisadiyyatının şaxələndirilməsi ilə milli istehsala nail olmaq üçün ən optimal yol istehsalı artırmaqdır. Milli iqtisadiyyatımızda özəl sektorun ümumi payının 70 faizi ötməsi böyük nailiyyətdir. Polşada bir neçə gün bundan əvvəl “Azərbaycan Ticarət Evi” açılıb. Azərbaycanın, ümumiyyətlə, müxtəlif ölkələrlə bütün sahələrdə sıx əməkdaşlığı var və bu fəaliyyət uğurla davam etdirilir. Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu iqtisadi siyasət ölkəmizin milli pul vahidinin güclənməsinə yol açıb. Dünyada gedən qloballaşma, ölkələrarası inteqrasiya prosesinin dərinləşməsi, qarşılıqlı əlaqə və bir-birinə bağlılığın dünya iqtisadiyyatının inkişafının əsasını təşkil etdiyini nəzərə alsaq, bu sahəyə ölkəmizin verdiyi töhfələri də xüsusi qeyd etməliyik. Respublikamızda həyata keçirilən davamlı sabitləşdirmə siyasəti nəticəsində makroiqtisadi sabitlik təmin edilib. Bu sahədə mühüm əhəmiyyətli komponentlər, siyasi, iqtisadi və vətəndaş həmrəyliyi öz təsdiqini tapıb ki, buna nadir ölkələrdə nail olunur. Valyutanın dəyərinə təsir amilləri içərisində bu komponentlərin birində axsamaların olması problemlərə yol açır. Diqqət etsək, görərik ki, Azərbaycanda bu gün tədiyyə balansı profisitdədir, valyuta ehtiyatlarına təzyiq azalıb və bu ehtiyatlar artmaqdadır. Milli valyutamızın xarici dəyərinin sabitliyi inflyasiya gözləntilərinin səngiməsinə səbəb olub. Bütün bunlar pulun sabitliyini davam etdirməyə imkan yaradır. Düşünürəm ki, Maliyyə Nazirliyi, Mərkəzi Bank və Maliyyə Sabitliyi Şurası bu məsələlərlə bağlı gələcəkdə də lazımlı addımlar atacaq, - deyə professor bildirib.

Dünya təcrübəsi göstərir ki, valyutaya təsir edən amillər daha çox fundamental amillər deyil, psixoloji amillərdir

Zahid Məmmədov valyuta məzənnəsindəki düşmə hadisəsinin yalnız valyuta ticarəti ilə məşğul olan qurumları maraqlandırmadığını, eyni zamanda, ölkə iqtisadiyyatının bütün sektorlarındakı xərcləri yüksəldərək inflyasiyanın sürətli artımına səbəb olduğunu vurğulayıb. Qeyd edib ki, buna görə də ölkənin xarici bazar payının artması bütün vətəndaşların həyat səviyyəsinə təsir edir. Valyuta siyasəti dünya iqtisadi inteqrasiya prosesləri kontekstində iqtisadiyyatın daxili və xarici dinamik tarazlığını təmin edib beynəlxalq ödəmələri müəyyən sistem daxilində yerinə yetirmək, tədiyyə balansını tənzimləmək məqsədilə ölkənin cari strateji məqsədlərinə uyğun həyata keçirən tədbirlərin məcmusudur. Bu siyasət ölkənin daxili və xarici iqtisadi problemlərin həllinə yönəlik valyuta tənzimlənməsi nəzarəti olub, bu sahədə bazar, qızıl və valyutadan səmərəli istifadə, beynəlxalq miqyasda müvafiq təşkilatlarda iştirak məsələlərinə aydınlıq, ölkədaxili və ölkəxarici valyuta problemlərinin sistemli formada təhlili kimi ümdə məsələləri özündə birləşdirir. O qeyd edib ki, manatın məzənnəsinin milli iqtisadiyyatın inkişafına təsir edən ən önəmli göstəricilərdən biri olduğuna xüsusi diqqət yetirilməlidir: “Bəzən valyuta və məzənnə mövzusunda elmə söykənməyən, əsasları olmayan fikirlərin söylənməsi bu bazarda yüksək və qeyri-simmetrik inflyasiya və məzənnə gözləntilərinə, yəni, iqtisadi subyektlərin valyuta ucuzlaşması, qiymətlərin artırılması üçün bir siqnal ötürücüsü ola bilər. Belə mövzularda diqqətli olmaq vacibdir. Şübhəsiz, əhali arasında maliyyə maariflənməsi davam etməlidir. Çünki dünya təcrübəsi göstərir ki, bu gün valyutaya təsir edən amillər daha çox fundamental amillər deyil, yəni, iqtisadiyyatdan qaynaqlanan amillər deyil, psixoloji amillərdir. Yəni, valyuta məzənnəsi haqqında deyilən assimmetrik mövzuların müzakirəsi qəbuledilməzdir”.

Valyuta məzənnə siyasətinə təsir edən amilin tələb və təklif əsasında nəzərə alındığını bildirən iqtisadçı alim monetar və fiksal, yəni, Mərkəzi Bankın valyuta bazarında iştirakı, büdcənin icrası ilə əlaqədar hökumətin fəaliyyəti, büdcə hesablarında qalıqların tənzimlənməsi, Mərkəzi Bankın emissiya siyasəti, eyni zamanda, ölkədə ixrac potensialının, idxal əvəzedici sahələrin inkişafı, inzibati sahələrdə görülən işlər, valyuta tənzimlənməsi kontekstində birbaşa, dolayı (gömrük məhdudiyyəti kimi məsələlər) və sosial-psixoloji məsələlərin bu sahəyə təsir etməkdə olduğunu qeyd edib.

Azərbaycan regionda və dünyada ən iri layihələrin iştirakçısıdır və onun əsas qərarverici aktorlarından biridir

Professor Azərbaycanda siyasi, iqtisadi sabitliyin, vətəndaşlıq həmrəyliyinin tam təmin olunaraq güclü, müasir çağırışlara cavab verən iqtisadi sistemin qurulduğunu və həyata keçirilmiş nəticələrin tam iqtisadi statistik görüntüsünün ölkənin cari tədiyyə balansında öz əksini tapdığını bildirib. Qeyd edib ki, dünya iqtisadiyyatında Azərbaycanın xüsusi çəkisi var. Ölkəmiz regionda və dünyada həyata keçirilən ən iri layihələrin iştirakçısına və onun əsas qərarverici aktorlarından birinə çevrilib. Azərbaycanın milli pul vahidinin dayanıqlılığı iqtisadi siyasətin prioritet məsələsi hesab olunur.

Daxili və iqtisadi şərtləri dəyərləndirmək, onların arasında tarazlıq qurmaq mühüm əhəmiyyətə malikdir. Bunun üçün Azərbaycanda bütün şərtlər var. İstər Azərbaycan Prezidentinin əhali, iş adamları, beynəlxalq maliyyə təşkilatları ilə görüşləri, istərsə də ölkəmizdə gedən bütün daxili və xarici şərtlərin dəyərləndirilməsi və dövlətin ciddi nəzarətində olması bu sahədə böyük imkanlar yaradır. Valyuta məzənnəsi də məhz makroiqtisadi göstəricinin əsası olduğu nəzərə alınaraq ən yüksək səviyyədə təqib edilir və onun sabitliyi üçün zəruri addımlar atılır. Narahatlığa ehtiyac yoxdur. Ölkəmizdə qeyri-neft sektoru gündən-günə inkişaf edir. Turizm sektorunda böyük irəliləyiş var. Strateji valyuta ehtiyatları artır. Məhz iqtisadi sahədə getdikcə artan imkanlar nəticəsində Azərbaycanın milli pul vahidi sabitliyini qoruyur və qoruyacaq.

Beynəlxalq maliyyə təşkilatları, iqtisadi qurumlar ölkəmizin iqtisadi inkişafının sabitliyi barədə dəfələrlə hesabatlar hazırlayıblar

Zahid Məmmədov deyib: “Məzənnə ilə bağlı fikir iqtisadi reallığa və elmi tədqiqatlara əsaslanmalıdır. Bunun üçün daxili və xarici qiymət səviyyəsi, xarici ticarət balansına aid statistik göstəricilər təhlil edilməli, beynəlxalq kapital balansında dəyişikliklər, dövlət büdcəsinə aid göstəricilər, xarici borcun faiz ödəmələri, pul miqdarında dəyişmələr, Mərkəzi Bankda qızıl və valyuta ehtiyatlarının həcmi, beynəlxalq qurumların ölkə iqtisadiyyatı ilə bağlı dəyərləndirmələri nəzərə alınmalıdır. Beynəlxalq maliyyə təşkilatları, iqtisadi qurumlar ölkəmizin iqtisadi inkişafının sabitliyi barədə dəfələrlə hesabatlar hazırlayıblar. Nüfuzlu reytinq agentlikləri öz hesabatlarında Azərbaycan iqtisadiyyatının 2018-2021-ci illərdə orta hesabla 3 faiz artacağına dair proqnozlar ifadə ediblər.

Valyuta məzənnə siyasətinin milli iqtisadiyyatla dünya iqtisadiyyatı arasında vasitə olduğunu nəzərə alsaq, məzənnənin bir tərəfdən ciddi makroiqtisadi göstəricisi kimi qəbul edildiyini, digər tərəfdən isə valyuta-məzənnə tarazlığının dövlətin iqtisadi siyasətinin prioritet məqsədlərindən birinə çevrildiyini deyə bilərik. Ölkənin dünya bazarında rəqabət qabiliyyətliliyi valyuta məzənnəsinin dinamikasından asılıdır və valyuta kursunun köməyi ilə xaricdə istehsal edilən istənilən mal və xidmətlərin qiymətini ölçmək olar. Ona görə də hər bir ölkənin milli pul vahidinin xarici dəyəri o ölkənin iqtisadi imkanlarını ortaya qoyan ən önəmli göstəricilərdən biri hesab olunur. Bu baxımdan dünyada iqtisadi cəhətdən uğurlu, ancaq pulun dəyəri sürətlə düşən bir ölkəni tapmaq mümkün deyil. Azərbaycanda makroiqtisadi tarazlığın təminatı üçün pul tədavülünün dayanıqlılığı, büdcənin tarazlılığı, valyuta məzənnəsinin sabitliyi təmin edilir. Manatın dayanıqlılığı, ölkə daxilində pulun funksiyasına aid bütün məsələləri yerinə yetirməsi və beynəlxalq tədavül sferasında ölkəmizi layiqli təmsil etməsi üçün görülən tədbirlər davam edir. Getdikcə milli iqtisadiyyatımızda ən yaxşı inkişaf göstəricilərinin məhz neftdənkənar istiqamətlərdə qeyd alınması həyata keçirilən tədbirlərin nəticəsidir. Azərbaycanda fiskal siyasətlə bağlı həyata keçirilən islahatların müsbət nəticələri bu baxımdan xüsusi qeyd edilməlidir. Əminik ki, ölkəmizdə 2019-cu ildə də makroiqtisadi sabitliyin dayanıqlığının gücləndirilməsi davam edəcək”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

BP-nin birinci rübdə mənfəəti 45 faiz azalıb

Çində naməlum şəxs xəstəxanaya hücum edərək 10 nəfəri öldürüb

“YAŞAT” Fondu daha bir müharibə əlilini müalicə məqsədilə Türkiyəyə göndərib

Azərbaycanda ilk dəfə keçirilən Milli Xalça Festivalı yekunlaşıb

Şəkinin ipəkçilik laboratoriyasından reportaj

Hazırda ölkəmizdə yaşı 100 və 100-dən çox olan 280 pensiyaçı var

Azərbaycanda həyata keçirilən 40 layihə BMT-nin DİM layihəsinə uyğunlaşdırılıb

Yanvar-aprel aylarında 15,1 min şəxsə əlillik təyin olunub

Peşə təhsili müəssisələrinin tələbələri üçün qida təhlükəsizliyi ilə əlaqədar təlimlərə başlanılıb

“Supermen” filmindən ilk kadr yayımlanıb

“Təhsil haqqında” Qanuna dəyişikliklər edilib

CAR-da çökən binanın dağıntıları altında 50-dən çox insan qalıb

İlk dəfə dövlət xəstəxanasında epilepsiya xəstəsi üzərində ağır cərrahi əməliyyat icra olunub

Rusiya Prezidentinin inauqurasiyası olacaq

Milli Məclis bəzi qanunlara dəyişiklikləri üçüncü oxunuşda təsdiqləyib

Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı qanun layihəsi təsdiqləndi

® Rəşad İbrahimov: Məqsədimiz Azərbaycan istehlakçısını keyfiyyətli və münasib qiymətə məhsullarla təmin etməkdir

Əfqanıstan hava yolu ilə 145 milyon dollarlıq mal ixrac edib

“Real Madrid” tarixinin ən yaxşı futbolçuları açıqlanıb

Regional direktor: Azərbaycan iqtisadiyyatın müxtəlif sahələrində qadınların iştirak payının artırılmasına töhfələr verib

Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri ilə geniş tərkibdə görüşü başlayıb YENİLƏNƏCƏK

Xırdalanda yaşayış kompleksində keçirilən şərti yanğın təlimində nöqsanlar aşkarlanıb

Dronlara qarşı qeyri-effektiv mübarizə sistemi Olimpiadada terror aktı riskini artırır

Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü olub YENİLƏNİB

Polşa ABŞ-dan kəşfiyyat aerostatları alacaq

“Peşəkar jurnalistikanın əsasları” adlı onlayn təlim kursu istifadəyə verilib VİDEO

“Gəncə” voleybol klubu baş məşqçi ilə bağlı qərarını açıqlayıb

“Formula 1” üzrə Azərbaycan Qran-Prisi üçün marşalların təliminə start verilib

Zakir İbrahimov 3-cü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb

Baş prokuror Göyçayda vətəndaşları qəbul edəcək

Parlamentdə Heydər Əliyev Fondunun azad olunmuş ərazilərimizdə gördüyü işlər barədə məlumat verilib

BMT: Azərbaycan qadınların cəmiyyətə inteqrasiyası üzrə indiyədək mühüm işlər həyata keçirib

Azərbaycan QHT-ləri Təpəbaşı məhəlləsi ilə əlaqədar UNESCO-nun Baş direktoruna açıq məktub ünvanlayıblar

“Təbabətin aktual problemləri” beynəlxalq elmi-praktiki konqresin açılış mərasimi keçirilib

Avropa İttifaqının Gürcüstana sırıdığı Qərb “dəyərləri” - TƏHLİL

Nazir müavini: Qadın sahibkarların 800 layihəsinə 50 milyon manatdan çox kredit verilib

Ümummilli Liderin 101-ci ildönümü münasibətilə konsert proqramı təqdim edilib

Tərtərdə mübahisədən sonra vəfat edən məktəbli ilə əlaqədar istintaq aparılır

Soltan Məmmədov: Heydər Əliyev Fondunun fəaliyyətini bir neçə aspektdən qiymətləndirmək mümkündür

Bahar Muradova: Azərbaycanda qadın sahibkarların sayında artım müşahidə olunur

Sahibə Qafarova: Ulu Öndərin adını daşıyan Fond öz missiyasını layiqincə yerinə yetirir

Alzheimer xəstəliyinin müalicə üsulları dəyişə bilər

Bu gün Xalq artisti Arif Quliyevin anım günüdür

BDU-da görkəmli mətnşünas və biblioqraf Salman Mümtaza həsr olunmuş elmi seminar

Komitə sədri: Qadın sahibkarlar vergi və gömrük prosedurlarının bizneslərinə böyük yük olduğunu bildirirlər

Qubada avtomobili narkotiklərin və spirtli içkinin təsiri altında idarə edən 8 sürücü aşkar olunub VİDEO

“Heydər Əliyev və Qərbi Azərbaycan mədəniyyəti” mövzusunda tədbir keçirilib

Kitabxanada “Cabbarlının ədəbi irsi – varlığında bir dünya çırpınırdı” adlı dəyirmi masa təşkil edilib

Braziliyada daşqın qurbanlarının sayı 85 nəfərə çatıb

DİM Azərbaycan dili imtahanı verəcək şagirdlərə müraciət edib

Radanın deputatı: Ukraynaya ilk F-16 qırıcıları iyulda veriləcək

Baş nazirin müavini: Azərbaycanın təşəbbüsü beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənir

Milli Məclisdə 18 məsələ müzakirə olunur

Azərbaycan millisinin futbolçusu: “Qalatasaray”da çempionluq yaşamaq gözəl hissdir

Avtomobildən mobil telefon və pulqabı götürməkdə şübhəli bilinən şəxs saxlanılıb

BMT: Şərqi Afrikada daşqınlar nəticəsində 236 nəfər həyatını itirib

Avtomobili səkidə idarə edən sürücü həbs olunub

Xınalığa qar yağır VİDEO

Bu gün Xalq rəssamı Əzim Əzimzadənin doğum günüdür

“Qonaq Teatr” layihəsi çərçivəsində növbəti tamaşa- “Neytral zona”

“Azercell” bu il günəş enerji panelləri ilə təchiz olunmuş 40-dək radiostansiya işə salmağı planlaşdırır

BMT Baş Assambleyası kosmosda nüvə silahlanmasına qarşıdır

AFFA Türkiyə millisinin sabiq baş məşqçisinə təklif göndərib

BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb

AZƏRTAC-ın fotomüxbirinin fotoşəkilləri iki beynəlxalq müsabiqənin qızıl medalına layiq görülüb

Çin yeni daşıyıcı raketi ilə orbitə 4 peyk çıxarıb VİDEO

DİN: Mayın 6-da könüllü olaraq 4 müxtəlif tüfəng təhvil verilib

AÇG-nin builki gəlirləri 1,8 milyard dollara yaxın olub

Cari ildə Dövlət Neft Fondunun “Şahdəniz”dən əldə etdiyi gəlirlər açıqlanıb

AQTA əməkdaşları üçün COP29 tədbiri ilə bağlı təlimlər təşkil edilir

Mayın 7-si Ümumdünya Astma ilə Mübarizə Günüdür

Bakıda “IV Könüllü Milli Hesabata dair məsləhətləşmələr və 5-ci DİM üzrə irəliləyiş” mövzusunda tədbir keçirilir

Azərbaycan Orta Dəhlizin etibarlı ticarət marşrutu kimi yaranmasında mühüm rol oynayıb

“Mystery Ensemble” Bakıda Lüdoviko Eynaudinin “Underwater” albomunu təqdim edib

Mikayıl Cabbarov: Azərbaycan ilə Slovakiya arasında biznes mühiti daha da yaxşılaşacaq

Azərbaycan Basketbol Liqası: Son çempion “Xırdalan”a qarşı

Konya şəhərində "Anadolu Ankası - 2024" beynəlxalq axtarış-xilasetmə təlimi keçirilir VİDEO

Çempionlar Liqası: İlk finalçı bu gün Parisdə bəlli olacaq

Azərbaycan ilə Slovakiya arasında sənədlər imzalanıb

Dünya birjalarında neft bahalaşıb

Macarıstan Aİ-də işçi qüvvəsinin dəyərinə görə sonuncu yerlərdən birini tutur

AZAL Bakı və Dubay arasında uçuşlara xüsusi təkliflər edir

Paytaxtın üç rayonunda qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Media: Rəfah keçid məntəqəsi işini dayandırıb

Azərbaycanın milli geyimi ABŞ-da nümayiş olunub VİDEO

İlon Mask: Bəşəriyyət yadplanetli sivilizasiyaların əlamətlərini tapa bilər

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur

Dopinqə görə uzaqlaşdırılan Pol Poqba futbol məşqçisi rolunda filmə çəkilir

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilib - YENİLƏNİB

ABŞ 10 il ərzində texnoloji rəqabət qabiliyyətinə 3,5 trilyon dollar sərmayə qoyacaq

“İlin yeni oyunçusu” mükafatının qalibi müəyyənləşib

Yaponiya Avstraliyaya hərbi gəmilər vermək istəyir

Hər yüz uşaqdan birində “sədəf” xəstəliyi var

“Mançester Yunayted” Premyer Liqada tarixinin ən pis göstəricisini əldə edib

Türkiyənin bir sıra rayonlarında təkrar bələdiyyə seçkiləri keçiriləcək

Superliqa: “Fənərbağça” səfərdə vacib xal itirib

Azərbaycanlı tələbələrin filmləri Qazaxıstanda mükafat alıb

Türkiyə Prezidenti: İraqın şimalında və Suriyada PKK-ya qarşı əməliyyatlar aparılacaq

Fransada antisemitizm hadisələri 4 dəfə artıb

Britaniya Müdafiə Nazirliyinin serverlərinə kiberhücum olub, məlumatlar oğurlanıb