DÜNYA


Gürcüstanda müxalifətlə polis arasında qarşıdurma olub VİDEO

Tbilisi, 16 dekabr, AZƏRTAC

Dekabrın 16-da Telavi şəhərində Gürcüstanın yeni seçilmiş prezidenti Salome Zurabişvilinin andiçmə mərasimi olacaq. Gürcüstan müxalifəti isə Telavidə dinc aksiya keçirməyi planlaşdırır.

AZƏRTAC-ın xüsusi müxbiri hadisə yerindən xəbər verir ki, dekabrın 16-da səhər saatlarından başlayaraq müxalifət nümayəndələri minik avtomobilləri və mikroavtobuslarla Tbilisidən Telaviyə doğru hərəkətə başlayıblar. Yol boyu 500-ə yaxın maşın karnavı qeydə alınıb. Avtomobillərin əksəriyyətinin üzərində “Salome yox” şüarı və Gürcüstan bayrağı var. Polis yolboyu bir neçə dəfə müxalifət nümayəndələrindən qayıtmağı tələb edib. Lakin müxalifət nümayəndələri onların tələbinə məhəl qoymayıb. Telavi şəhərinə 10 kilometr qalmış Axaşeni kəndində polis iri avtobuslarla yolu bağlayıb və müxalifət nümayəndələrini şəhərə buraxmayıb.

Polislə müxalifət nümayəndələri arasında qarşıdurma yaranıb, bir neçə polis əməkdaşı və aksiya iştirakçısı xəsarət alıb.

Müxalifətin prezidentliyə namizədi, Qriqol Vaşadze də aksiyada iştirak edib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.