DÜNYA
İsveçrədə qar uçqunu altında qalmış dörd xizəkçi xilas edilib VİDEO


Bern, 20 fevral, AZƏRTAC
Fevralın 19-da İsveçrə Alplarında xizəksürmə mərkəzlərinin birində baş vermiş qar uçqunu altında qalan dörd xizəkçi xilas edilib.
AZƏRTAC xəbər verir ki, İsveçrənin məşhur Krans Montana xizəksürmə regionunda sürətlə hərəkət edən qar uçqunu xizəksürmə zolaqlarını örtüb. Nəticədə eni 100 metrə, uzunluğu 840 metrə çatan qar örtüyü həmin vaxtda xizək sürən şəxsləri öz ağuşuna alıb.
Polis və xilasedicilər indiyədək qar örtüyü altından dörd nəfərin xilas edildiyini, onlardan birinin ağır yaralı olduğunu deyib. Hazırda ərazidə axtarışlar davam etdirilir.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Bern