124 YAŞLI BƏY
AZƏRTAC-ın Ər-Riyaddan aldığı xəbərə görə, Səudiyyə Ərəbistanının qərbində yerləşən Taif əyalətinin xəstəxanalarından birinə gələn 124 yaşlı qoca bütün həkim və tibb bacılarını o dərəcədə təəccübləndirmişdir ki, onlar qulaqlarına inanmamışlar. Demə, qoca evlənmək fikrinə düşüb və xəstəxanaya da tibbi müayinədən keçmək üçün gəlibmiş. Adaxlısı isə ondan xeyli “cavandır”, cəmi 80 yaşı var.
Təbii ki, həkimlər bu uzunömürlünün xahişini məmnuniyyətlə yerinə yetirmişlər.
O, gələn həftə kəbin kəsdirib, toy edəcəkdir.
Ağsaçlı bəyin qonşuları deyirlər ki, o, indiyədək dəfələrlə evlənib və sağlamlığına söz ola bilməz.
O da maraqlıdır ki, vaxtilə bu qoca müasir Səudiyyə Ərəbistanının banisi kral İbn Səudun əlini sıxmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.11.2026 [18:11]
Türkiyədə meşə yanğınlarının sayı bir il ərzində 35 faiz azalıb
- 05.11.2026 [15:36]
“KLM” aviaşirkəti əməkdaşlarının sayını 15 faiz azaldır
- 05.11.2026 [15:06]
Pakistan həbsxanalarından azad edilən 416 əfqan məhbus vətəninə qayıdıb
- 05.11.2026 [14:45]
Avropada aviareyslərdə bomba təhlükəsi: təyyarələr yoxlanılır
- 05.11.2026 [14:08]
Çinin vitse-prezidenti Han Çenq ilk dəfə Gürcüstana rəsmi səfər edəcək
- 05.11.2026 [13:00]
Birləşmiş Ştatların sutkalıq neft hasilatı 14 milyon bareli keçib
- 05.11.2026 [12:55]