REGİONLAR


Ağdamlı uşaqların istedadları internetdə izlənmə rekordu qırırVİDEO

Bakı, 23 fevral, AZƏRTAC

Ağdam rayon Gülablı kənd Uşaq Musiqi Məktəbinin şagirdləri - Fəqan Xəlilli, Fatimə Kərimova və Ayxan Hüseynzadənin ifaları sosial şəbəkələrdə izlənmə rekordu qırır.

AZƏRTAC xəbər verir ki, Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində məcburi köçkünlər üçün salınmış şəhərcikdə yerləşən musiqi məktəbində oxuyan uşaqların müəllimi Habil Məmmədovdur.

Onun sözlərinə görə, şagirdləri 10-12 yaşlarındadır: “Bu uşaqların muğama böyük həvəsləri var. Bu həvəsi yaratmaq, ilk növbədə, biz müəllimlərin üzərinə düşür. Onların səs duyumları da çox yaxşıdır, həlim səsləri ürəkləri riqqətə gətirir. Fərqli səs diapazonu və ifa bacarıqları ilə sanki bir-biriləri ilə yarışırlar”.

Habil Məmmədov deyir ki, ifaçıların bölgələrə görə fərqli səs tembrləri var: “Qarabağ bölgəsindən olan uşaqların ifaları digərlərindən fərqlənir. Ona görə də muğam oxunanda Qarabağ yada düşür. Biz çalışırıq ki, muğamımızı yaşadaq, uşaqlara sevdirək”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.