Hindistanın şimalında avtobus dayanacağında partlayış baş verib VİDEO
Bakı, 7 mart, AZƏRTAC
Hindistanın şimalında yerləşən Cammu və Kəşmir ştatında avtobus dayanacağında partlayış baş verib.
AZƏRTAC NDTV telekanalına istinadla xəbər verir ki, insident martın 7-də Cammu şəhərində qeydə alınıb. Partlayıcı qurğu avtobusun altında yerləşdirilib. Partlayış nəticəsində azı 18 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Onların hamısının yaxınlıqdakı xəstəxanalara çatdırıldığı bildirilir.
Hazırda polis hadisənin baş verdiyi rayonu mühafizə altına alıb və insidentlə bağlı təhqiqata başlayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [16:38]
Səudiyyə Ərəbistanı və Misir dəniz nəqliyyatı üzrə əməkdaşlığı gücləndirir
- 24.09.2026 [16:08]
Moskvada bir neçə ali məktəbdə tələbələr təxliyə edilib
- 24.09.2026 [15:42]
Almaniyada bu il iqtisadi artımın 1,3 faiz olacağı proqnozlaşdırılır
- 24.09.2026 [14:44]