Qazaxıstan Prezidenti Nursultan Nazarbayev istefa verib VİDEO
Bakı, 19 mart, AZƏRTAC
Qazaxıstan Prezidenti Nursultan Nazarbayev dövlət başçısı postunu tərk edir.
AZƏRTAC Qazaxıstan KİV-lərinə istinadla xəbər verir ki, seçkilərə qədər dövlət başçısının səlahiyyətlərini parlamentin spikeri Kasım-Jomar Tokayev icra edəcək. O, çərşənbə günü səhər and içməlidir.
“Mən prezident kimi öz səlahiyyətlərimi dayandırmaq qərarına gəldim”, - deyə Nazarbayev xalqa müraciətində bildirib. Onun müraciəti respublika telekanallarının efirində yayımlanıb.
Bununla yanaşı, Nazarbayev Qazaxıstan Təhlükəsizlik Şurasının sədri vəzifəsində qalacağını bəyan edib.
Nursultan Nazarbayev 1990-cı ildən Qazaxıstana rəhbərlik edir. 2015-ci ildə o, beşinci müddətə prezident seçilmişdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [19:59]
Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]
Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır
- 13.06.2026 [15:17]
İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib
- 13.06.2026 [15:14]
Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR
- 13.06.2026 [13:37]