Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Akademik Nərgiz Paşayeva Oksford Universitetinin Bodli Kitabxanasının yaradıcısının şərəfinə təşkil edilən təntənəli qəbulda iştirak edib

Bakı, 19 mart, AZƏRTAC

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialının rektoru, akademik Nərgiz Paşayeva martın 15-də Oksford Universitetinin Bodli kitabxanasının rəhbəri Riçard Ovendenin dəvəti ilə Bodli kitabxanasının yaradıcısı Ser Tomas Bodlinin şərəfinə universitetin ali akademik heyəti və fəxri qonaqları üçün təşkil edilmiş 31-ci təntənəli tədbirdə iştirak edib. (https://www.bodleian.ox.ac.uk/ ).

Oksford Universiteti nəzdində fəaliyyət göstərən Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, Ser Tomas Bodlinin xatirəsinə və onun filantropik fəaliyyətinə həsr edilmiş bu mühüm ənənəvi tədbirdə hər il məşhur alimlər, ictimai xadimlər, Böyük Britaniya Parlamentinin üzvləri, Oksford Universitetinin əsas akademik tərəfdaşları, universitetin ali rəhbərliyi və administrasiyası iştirak edir.

Xatırladaq ki, 2018-ci il oktyabrın 11-də MDU-nun Bakı filialının rektoru, AMEA-nın vitse-prezidenti, akademik Nərgiz Paşayeva təntənəli surətdə Oksford Universitetinin kansleri lord Patten Barnesin başçılıq etdiyi Xeyriyyəçilər Komitəsinə üzv qəbul edilib. Professor Nərgiz Paşayeva məşhur alimlər, ictimai xadimlər və Oksford Universitetinin qarşısında xüsusi xidmətləri olan nüfuzlu təşkilatlardan ibarət Xeyriyyəçilər Komitəsinə qəbul edilmiş Azərbaycanın ilk akademik nümayəndəsi olub. Lord Patten Barnes vurğulayıb ki, Nərgiz Paşayeva “Oksford Universitetinin böyük dostu və akademik tərəfdaşıdır”.

Builki təntənəli qəbulun 80 nəfərə yaxın nüfuzlu qonaqlarını Oksfordun əsas tədqiqat kitabxanası olan Ueston Kitabxanasının (Weston Library, https://www.bodleian.ox.ac.uk/weston) Bləkvell Hollda (Blackwell Hall) Bodli kitabxanasının rəhbəri Riçard Ovenden (Richard Ovenden, https://www.bodleian.ox.ac.uk/weston/about/librarian ) salamlayıb.

Sonra kiçik konfrans zalında “Tanınmamış qanunvericilər: ədəbiyyat və cəmiyyət” (Unacknowledged legislators: literature and society”) mövzusunda ekspert diskussiyası keçirilib. Diskussiya britaniyalı yazıçı, jurnalist və tənqidçi (1992-2002-ci illərdə “The Times” nəşrinin redaktoru, 2002-2016-cı illərdə “The Times” nəşrinə ədəbi əlavənin redaktoru) ser Piter Stothardın (Sir Peter Stothard, https://www.revolvy.com/page/Peter-Stothard ) sədrliyi ilə keçirilib. Diskussiyanın digər aparıcıları nigeriyalı şair və çoxsaylı romanların müəllifi, Buker mükafatı laureatı, cəngavər ordenli, Kral Ədəbiyyat Cəmiyyətinin üzvü Ben Okri (Ben Okri, https://www.britannica.com/biography/Ben-Okri ) və britaniyalı yazıçı və tarixçi, professor, Britaniya Akademiyasının fəxri üzvü, cəngavər ordenli, Kral Ədəbiyyat Cəmiyyətinin üzvü və onun ilk (2017-ci ildə) qadın prezidenti Deym Marina Uorner olmuşdur. (Dame Marina Sarah Warner, https://www.thebritishacademy.ac.uk/fellows/marina-warner-FBA ).

Tədbir çərçivəsində Bodli Kitabxanasının ilk tərkib hissəsindən biri olan, XV əsrdə yaradılmış İlahiyyat Məktəbində (Divinity School, https://www.bodleian.ox.ac.uk/whatson/venue-hire/rooms-available#div_school ) təntənəli ziyafət verilib. Qeyd edək ki, İlahiyyat Məktəbində tədris məşğələləri və imtahanlarla bərabər çox sayda mühüm görüşlər, hətta Kral səfərləri də olub. Bu binanın tavanı Avropa Qotik memarlığının ən böyük nailiyyətlərindən biri hesab edilir.

Rəsmi hissədə Riçard Ovenden, həmçinin Oksford Universitetinin kansleri lord Patten Barnes qonaqların qarşısında çıxış ediblər (https://www.ox.ac.uk/about/organisation/university-officers/chancellor?wssl=1).

Bodli Kitabxanasının rəhbəri R.Ovenden rəsmi qəbul zamanı çıxışında Oksford Universiteti nəzdində Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin fəaliyyətini xüsusi qeyd edib. Özlüyündə çox şeyə dəlalət edən bu fakt Mərkəzin elmi-akademik, təhsil-maarifçilik və tarix-arxeologiya sahələrində gərgin işinin nəticəsini təsdiq edir.

Xatırladaq ki, professor Nərgiz Paşayevanın təşəbbüsü ilə Oksford Universitetinin nəzdində yaradılmış Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzi 2013-cü ildən Azərbaycanın, Qafqazın və Orta Asiyanın zəngin tarixi-mədəni irsinin öyrənilməsinə və onu Qərbin elmi-akademik dairələrində populyarlaşdırmaq məqsədinə xidmət edir (https://www.orinst.ox.ac.uk/nizami-ganjavi-programme-study-languages-and-cultures-azerbaijan-and-caucasus). 2018-ci il mayın 23-də Klarendon Kollecində Oksford Universitetinin vitse-kansleri, professor Luiz Riçardson və professor Nərgiz Paşayeva tərəfindən imzalanmış sazişə əsasən Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzi Oksford Universitetində daimi əsasda onun ayrılmaz tərkib hissəsi kimi fəaliyyətə başlayıb. Bu fakt, heç şübhəsiz, mədəni, elmi və humanitar miqyaslı tarixi əhəmiyyətli hadisədir. Təsadüfi deyil ki, bu hadisəni Azərbaycanda elm, mədəniyyət və təhsil sahəsində “Əsrin kontraktı” adlandırdılar. Elmi Mərkəz yaradıldığı gündən bir sıra mühüm elmi-akademik layihə həyata keçirib. Onların arasında elmi-praktiki konfransları, şərqşünas alim Yevgeni Bertelsin (1890-1957) “Böyük Azərbaycan şairi Nizami Gəncəvi” (The Great Azerbaijani Poet Nizami) kitabının ingilis dilinə ilk akademik tərcüməsini, Mərkəzin dəstəyi ilə altı tələbənin Oksford Universitetində təhsil almasını, Oksford Universitetinin arxeoloqları tərəfindən Bərdə şəhərində qazıntılar aparılmasını və başqalarını qeyd etmək olar.

2018-ci ilin aprel ayında akademik Nərgiz Paşayevanın Bodli Kitabxanasının rəhbəri Riçard Ovenden ilə kitabxananın əsas binasında keçirilmiş işgüzar görüşündə tərəflər Oksford Universiteti nəzdində Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin fəaliyyətini müzakirə ediblər. Oksford Universitetinin Şərqşünaslıq İnstitutunun kitabxanasına Nizami Gəncəvinin adının verilməsi barədə Nərgiz Paşayevanın irəli sürdüyü təklif Britaniya tərəfindən müsbət qəbul edilib və bu, dahi Azərbaycan şair-mütəfəkkirinin dərin fəlsəfəsində və yaradıcılığında təcəssüm olunan humanist, ümumbəşəri ideyalara verilən daha bir layiqli qiymət olub.

Bodli Kitabxanasının rəhbəri və Oksford Universitetinin kansleri 2018-ci ildə kitabxana üçün xüsusi əhəmiyyət kəsb edən hadisələr arasında dövrünün çox məşhur ingilis şair və dramaturqu, 1913-cü ildə şair-laureat olmuş Robert Seymur Bricesin (1844-1930) https://www.poetryfoundation.org/poets/robert-bridges ) arxivinin əldə edilməsini də qeyd edib. Brices ingilis metrikası sahəsində dərin tədqiqatlarla məşğul olub və ingilis şeirinin tonik mənşəyi barədə öz nəzəriyyəsini yaradıb. 2018-ci ilin noyabr ayında Bricesin arxivi, o cümlədən onun yaxın dostu, ingilis şair və katolik keşiş Cerard Menli Hopkinskin (1844 -1889, https://www.poetryfoundation.org/poets/gerard-manley-hopkins ) məktubları və əlyazmaları, habelə yazıçı və şair Tomas Hardinin (1840-1928), yazıçı və şair Redyard Kiplinqin (1865-1936) və o dövrün bir sıra başqa yazıçı və şairlərinin məktubları Robert Bricesin vərəsələri tərəfindən Bodli Kitabxanasına verilib. Bodli Kitabxanasının rəhbəri Riçard Ovenden deyib: “Bricesin arxivinin əhəmiyyəti bundadır ki, o, XIX-XX əsrlərin böyük yazıçılarının şəxsiyyətini anlamaqda və daha yüksək qiymətləndirməkdə bizə kömək edir”.

Təntənəli tədbirin sonunda dünya şöhrətli hindistanlı iqtisadçı və filosof, Şərəf Kavalerləri ordenli, Britaniya Akademiyasının üzvü, 1998-ci ildə iqtisadiyyat sahəsində Nobel mükafatı laureatı, professor Amartiya Sen (https://www.nobelprize.org/prizes/economic-sciences/1998/sen/biographical/) Bodli medalı ilə təltif edilib (https://oxfordliteraryfestival.org/literature-events/2019/april-3/bodley-lecture-and-award-of-bodley-medal). Qeyd edək ki, Bodli medalı ədəbiyyat, mədəniyyət və informasiya mübadiləsi kimi sahələrə verdiyi sanballı fərdi töhfəyə görə, habelə Bodli Kitabxanasını təkcə Oksfordun deyil, bütün dünyanın kitab xəzinəsi hesab edən Ser Tomas Bodlinin ideallarına çatmağa kömək etdiyinə görə Bodli Kitabxanası tərəfindən verilir. Məlumat üçün bildirək ki, Amartiya Sen bəşəriyyətin və insanın inkişafı indeksi haqqında BMT-nin illik hesabatlarının konseptual strukturunun ifadə edilməsinə sanballı töhfəsi ilə məşhurdur. Alim “rifahın iqtisadi nəzəriyyəsinə töhfəyə görə” Nobel mükafatına layiq görülüb.

Bodli Kitabxanası (https://www.bodleian.ox.ac.uk/) Oksfordun əsas kitabxanasıdır. Bu kitabxana Avropada ən qədim kitabxana hesab edilmək hüququ uğrunda Vatikan Kitabxanası ilə, ölkəsinin ən iri kitab toplusu titulu uğrunda Britaniya Kitabxanası ilə bəhsə girir. Bodli qrupuna daxil olan bütün kitabxanalarda 13 milyondan çox mətbu nüsxə və digər artefaktlar var.

Kitabxananın kitab fondu XIV əsrdə Vuster Yepiskopu Uilyam Kobenin (1327-ci ildə vəfat edib) vəsiyyətinə əsasən yaradılmış ilk məlum Oksford Kitabxanasından başlanır. Kitabxana Kraliça I Yelizavetanın sarayında çalışmış alim və diplomat Ser Tomas Bodlinin (1545-1613) sayəsində faktiki olaraq xilas edilib və ikinci həyatını qazanıb. 1598-ci ildə Ser Bodlinin səyləri ilə köhnə kitabxana yenidən qurularaq təqribən 2500 kitabdan ibarət kolleksiyanın saxlanması üçün uyğunlaşdırılıb, kitabxanaçı təyin edilib və 1602-ci il noyabrın 8-də kitabxananın açılışı olub. Bodlinin gördüyü işlər bununla bitmir. 1610-cu ildə o, ölkədə buraxılan bütün nəşrlərin zəruri nüsxəsini almaq hüququna nail olub. Ser Bodlinin ölümündən sonra da kitabxana fəaliyyətini davam etdirərək, bütün Avropadan alimləri cəlb edən nəşrlər kolleksiyasına çevrilib.

Oksford Universitetinin ayrılmaz tərkib hissəsi olan Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin fəaliyyəti dünyanın aparıcı akademik və ictimai xadimlərinin - alimlərin, məşhur yazıçıların, siyasətçilərin, jurnalistlərin daimi diqqət mərkəzindədir. Həqiqətən çox önəmlidir ki, Mərkəzin yorulmaq bilməyən elmi və funksional fəaliyyəti sayəsində Azərbaycanın mədəni, tarixi və ədəbi irsi qarşısında yeni imkanlar və üfüqlər açılır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanın mədəniyyət ictimaiyyəti Heydər Əliyev Fondunun 20 illiyi münasibətilə Birinci vitse-prezidentə təbrik ünvanlayıb

Azərbaycanın qazandığı bütün uğurların memarı Ulu Öndər Heydər Əliyevdir ŞƏRH

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə Nizami rayonunda klassik musiqi konserti təşkil edilib

Səudiyyə Ərəbistanının vəliəhdi Yaponiyaya səfər edəcək

Netanyahu: HƏMAS-ın 24 batalyonundan 20-si məhv edilib

Müstəqil və bütöv Azərbaycan Heydər Əliyev siyasi irsinin təntənəsidir

Azərbaycan-Bolqarıstan əlaqələri qarşılıqlı maraqlar əsasında uğurla inkişaf edir ŞƏRH

Professor Bilgiç: Heydər Əliyevin Türkiyə təbabətinə inamı mənim qürur mənbəyimdir

ADA və Bolonya universitetlərinin birgə proqramı bağçılıq sahəsində multidissiplinar yanaşmanı ehtiva edir

İsveçdə Ulu Öndərin anadan olmasının 101 illiyinə həsr olunmuş tədbir keçirilib

Ulu Öndərin uzaqgörən siyasəti sivil birgəyaşayış qanunlarını həyatımıza gətirdi

Manuela Traldi: ADA və Bolonya universitetlərinin birgə proqramı kənd təsərrüfatında yeni yanaşmanı əhatə edir

Sorğu: Fransızların Avropa İttifaqına etibarı azalır

Vyanada alman nasizmi üzərində qələbənin 79-cu ildönümü qeyd edilib

Respublikaçılar Baydeni İsrailə dəstəklə bağlı vədini pozmaqda günahlandırıblar

İqor Korotçenko: Sülh müqaviləsi Azərbaycan Prezidentinin irəli sürdüyü şərtlərlə bağlanacaq

Pentaqon ABŞ-ın İsrailə hava bombası tədarükünü dayandırdığını təsdiqləyib

Konfrans Liqasında ikinci finalçı müəyyənləşib

Avropa Liqasında finalçılar məlum olub

Dövlət Departamenti ABŞ-ın Ukraynaya yeni silah tədarükünü açıqlayıb

Yevlaxda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd olunub

Moskvadakı sərgidə faşizm üzərində qələbədə Azərbaycanın roluna həsr olunmuş tədbirlər keçirilib

İsveçrədə İkinci Dünya müharibəsində həlak olmuş azərbaycanlıların xatirəsi anılıb

"Paris-2024"ə lisenziya əldə edən Azərbaycan güləşçisi: Qələbə qazanmaq heç də asan olmadı

Neftçalada yol qəzası olub, xəsarət alanlar var

Azərbaycan güləşçisi: Uğurumu “Paris-2024”də davam etdirmək istəyirəm

Ankarada “Heydər Əliyev və Türk dünyası” adlı anım proqramı təşkil olunub

“Scandinavian Airlines” aviaşirkətinin təyyarəsi Bakıya təcili eniş edib

Azərbaycanın üç güləşçisi “Paris-2024”ə lisenziya əldə edib YENİLƏNİB-2

Fransa dənizaşırı departamenti Mayotda vəba xəstəliyi yayılıb

Azərbaycanın kişi boksçuları lisenziya turnirinə Tailandda hazırlaşacaqlar

Babək rayonunda fərdi yaşayış evində yanğın baş verib

Olimpiadaya vəsiqə qazanan Azərbaycan güləşçisi: “Paris-2024”dəki hədəfim qızıl medaldır

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti mükafatçılar müəyyənləşib

Yasamalda yol qəzası olub, “Qələbə” dairəsi istiqamətində sıxlıq yaranıb

Biləsuvarda tütün məmulatlarından istifadə qaydalarını pozanlar inzibati məsuliyyətə cəlb olunub

Ukraynada ümumi səfərbərlik və hərbi vəziyyət daha 90 gün uzadılıb

Naxçıvan şəhərində yaşayış evlərinə qrunt suları yığılıb

Göyçə mahalındakı Ağbulaq kənd məktəbinin 100 illik yubileyi qeyd olunub

Naxçıvanda Heydər Əliyev adına tam orta məktəbin fəaliyyətə başlamasının 20 illiyi qeyd edilib

İkinci Dünya müharibəsində Belçikada həlak olmuş həmvətənlərimizin xatirəsi yad edilib

Ombudsman Cenevrədə milli qiymətləndirmə sənədilə əlaqədar müzakirələr aparıb

Bolqarıstan və Rumıniya mediası Rumen Radevin Azərbaycana səfərini diqqət mərkəzində saxlayıblar

Qaxda Ulu Öndərin xatirəsinə həsr edilən şahmat turnirinin qalibləri müəyyənləşib

İcma sədri: Fransa səfirinin dediklərinə erməni təəssübkeşliyi kontekstində baxmaq lazımdır

“Anadolu Ankası – 2024” təlimi: şərti düşmənin avtomobil kolonu pusquya salınıb VİDEO

Narva Estoniya Dövlət Gimnaziyasında Azərbaycan mədəniyyətini tanıdan dərslər təşkil edilib

Həzi Aslanov, Mehdi Hüseynzadə, Rixard Zorge və Qafur Məmmədovun abidələri ziyarət olunub VİDEO

“Böyük Qayıdış” Gənclər Təşkilatı Ulu Öndərin 101-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirib

AMEA-da “Dostluğun siması” sənədli filminin və “Heydər Əliyev – Gürcüstan” kitabının təqdimatı olub

Türkiyənin vitse-prezidenti ölkəsinin biznes dairələrini Azərbaycanda yeni layihələr həyata keçirməyə çağırıb

Britaniya peyvəndlərlə bağlı qlobal müqaviləni imzalamaqdan imtina edir

Heydər Əliyev Fondu Samuxda körpələr evi-uşaq bağçası inşa etdirib

Xocalıda insana məxsus sümük fraqmentləri aşkarlanıb

Azərbaycanın Baş naziri türkiyəli investorları bərpaolunan enerji sahəsində əməkdaşlığa çağırıb

Polşada faşizm üzərində Qələbənin 79-cu ildönümü qeyd olunub

Bakıda qızıl medal qazanan çinli atıcı dünya rekordunu yeniləyib VİDEO

Türkiyə Prezidenti: Avropada türk toplumuna qarşı ayrı-seçkilik və nifrət cinayətləri günü-gündən adi hala çevrilir

Ordubad rayonu Pəzməri kənd avtomobil yolunda qaya uçqunu baş verib

Dmitri Peskov: Rusiya hərbçiləri Ermənistanın bir sıra bölgələrindən çıxırlar

Yığmanın sabiq üzvü: “Qəbələ”nin Premyer Liqada qalmasını istəyərdim

İlqar Qurbanov: Sanki yenidən uşaqlıq dövrümə qayıtdım

Misirdə Ulu Öndərin anadan olmasının 101-ci ildönümü qeyd edilib

Şimali Makedoniyada prezident və parlament seçkilərində müxalif partiyası qalib olub

Ön təkəri partlayan mülki təyyarə Antalya hava limanında gövdəsi üstə enib VİDEO

Bakının kənd və qəsəbələri arasında ll minifutbol turnirinin qalibi məlum olub

Serbiya və Çin arasında 28 sənəd imzalanıb

Lənkəranda əməliyyat zamanı saxlanılan narkokuryerdən 22 kiloqram marixuana aşkar olunub

Vladimir Putin: İkinci Dünya müharibəsi ilə bağlı həqiqət öz siyasətini riyakarlıq üzərində quranlara mane olur

İdman gimnastikası üzrə açıq Bakı çempionatı və paytaxt birinciliyi start götürüb

İcma: Fransadan regionda vəziyyəti gərginləşdirməməyi və sülhə maneə olmamağı tələb edirik

“AzərEnerji” Ulu Öndər Heydər Əliyevlə bağlı tədbirlər keçirib

Moskvada Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tədbir keçirilib

Devid Kemeron: Britaniya və NATO müdafiəyə daha çox pul xərcləməlidir

Mayın 10-da paytaxtda 23, bəzi yerlərdə isə 25 dərəcə isti olacaq

İngiltərədə terrorda şübhəli bilinən 3 nəfər saxlanılıb

Fərid Qayıbov: Minifutbol turnirinin keçirilməsi Azərbaycan futbolunun gələcəyinə böyük töhfə verəcək

Sabah Bakının bəzi küçə və prospektlərində nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq

Moskvada hərbi parad keçirilir

Azərbaycan-Bolqarıstan əməkdaşlığında bütün sahələr üzrə göstəricilər yüksəlir - ŞƏRH

Azərbaycanın voleybol millisi Sloveniyaya yollanıb

Türkiyənin Hacettepe Universiteti ilə Azərbaycanın ali təhsil ocaqları arasında əməkdaşlıq genişləndiriləcək

Faktiki hava açıqlanıb: Şahdağda qar, Xınalıqda isə sulu qar yağıb

® Xırdalan 0.0 Futbol Millisinin alkoqolsuz sponsoru oldu

İncəsənət xadimləri Azərbaycan Respublikası Prezidentinin mükafatına layiq görüldülər - SƏRƏNCAM

Bir qrup mədəniyyət xadiminə Azərbaycan Prezidentinin fərdi təqaüdü verildi - SƏRƏNCAM

İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan mədəniyyət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Mayın 10-11-də Astara rayon sakinlərinə oftalmoloji xidmət göstəriləcək

Milli Kitabxanada 9 - May Faşizm üzərində Qələbə Günü münasibətilə elektron məlumat bazası təqdim edilib

Azərbaycanın 4 güləşçisi lisenziya turnirində mübarizəyə başlayır

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva faşizm üzərində Qələbə uğrunda həlak olan Azərbaycan övladlarının xatirəsini ehtiramla anıblar VİDEO

Ötən gün aşkarlanan və təhvil götürülən silah-sursatın sayı açıqlanıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb

“Sizin Makedoniya” koalisiyasının nümayəndəsi: Nəticələr hökumətin ilk 100 günü ərzində nümayiş etdiriləcək

Onlayn alış-veriş edənləri dələduzluq yolu ilə aldadan şəxs saxlanılıb

Heydər Əliyevin fəaliyyəti daim xalqın, dövlətin mənafeyinə xidmət edib

Mehriban xanım Əliyeva 9 May - Qələbə Günü münasibətilə paylaşım edib

AZPROMO rəsmisi: ADA və Boloniya universitetlərinin əməkdaşlığının kənd təsərrüfatına töhfələr verəcəyinə inanırıq