Fransada “sarı jiletlər” etiraz aksiyasının 21-ci aktında 22 mindən çox nümayişçi iştirak edib VİDEO
Paris, 7 aprel, AZƏRTAC
Fransa Daxili İşlər Nazirliyinin məlumatına əsasən, “sarı jiletlər” etiraz aksiyasının 21-ci aktında ölkə üzrə 22 min 300 nümayişçi iştirak edib.
AZƏRTAC xəbər verir ki, Parisdə 3 min 500 nümayişçi “Defense” meydanına toplaşıb. Polis 15 min yoxlama aparıb və 43 nümayişçi saxlanılaraq dindirilib.
Auxerre və Tuluz şəhərlərinin mərkəzlərində nümayiş qadağan edilib. Ruanda isə polis nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edib. Dijonda polis ilə qarşıdırma nəticəsində 7 nəfər saxlanılıb, 5 polis yaralanıb.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris