DÜNYA


Qazaxıstanda Mərkəzi Kommunikasiya Xidməti ləğv edilir: “Kazkontent” və “Kazinform” birləşəcək

Nur-Sultan, 23 aprel, AZƏRTAC

Qazaxıstanda Mərkəzi Kommunikasiya Xidməti ləğv edilir, “Kazkontent” və “Kazinform” birləşəcək.

AZƏRTAC xəbər verir ki, Mərkəzi Kommunikasiya Xidmətinin keçirdiyi mətbuat konfranslarını bundan sonra “Kazinform” İnformasiya Agentliyi SC-nin birləşmiş strukturu təşkil edəcək. Qazaxıstan hökumətinin qərar layihəsində “Kazinform” İnformasiya Agentliyinin “Kazkontent”ə birləşdiriləcəyi bildirir. Yeni qurum “Kazinform” Beynəlxalq İnformasiya Agentliyi adlandırılacaq.

Bnews.kz, Strategy2050.kz, Baq.kz, Kaztube.kz, Baş nazirin rəsmi internet səhifəsi və digər internet resursların aktivləri olan “Kazkontent” SC yenidən təşkil olunacaq. “Kazinform”un funksiyalarına dövlət siyasətinə informasiya dəstəyi, Qazaxıstanın müsbət beynəlxalq imicinin formalaşdırılması, bütün formatlarda mətbuat tədbirləri üçün konsultasiya və praktik xidmətlərin göstərilməsi, mediada reklam təqdimatı, informasiya fəaliyyətinin səmərəliliyinin artırılması, mətbuat xidmətlərinin fəaliyyəti və media sahəsində ekspert dəstəyi üçün tədbirlər həyata keçirilməsi, informasiya və kommunikasiya infrastrukturunun idarə olunması daxil edilib.

Xatırladaq ki, 2012-ci ildə yaradılmış Mərkəzi Kommunikasiya Xidməti Qazaxıstan Prezidenti yanında fəaliyyət göstərib, 2016-cı ildən isə hökumətin tabeliyinə verilib.

 

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Nur-Sultan

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.