Mahsa Mehdizadə: XX əsrin əvvəllərində erməni quldurları Arazın cənubunda 150 mindən çox müsəlman-türkü qətlə yetirib
Ankara, 25 aprel, AZƏRTAC
Erməni silahlı birləşmələrinin XX əsrin əvvəllərində indiki İran ərazisində həyata keçirdikləri Ciloluq faciəsinin əsas məqsədi bölgənin yerli müsəlman-türk əhalisini soyqırımına məruz qoymaq idi.
Bu fikri AZƏRTAC-a açıqlamasında tədqiqatçı-yazıçı Səlmas doğumlu Mahsa Mehdizadə 1915-ci il hadisələrini şərh edərkən söyləyib. Tədqiqatçı bildirib ki, tarixi mənbələrə görə 1915-1918-cı illərdə erməni silahlı birləşmələri indiki İranın Qərbi Azərbaycan vilayəti ərazisində 150 mindən çox müsəlman-türk əhalini amansızcasına qətlə yetirib. 1918-ci ilin fevral ayında qırğınlar daha amansız şəkildə həyata keçirilib. Arazın cənubundakı türk-müsəlman əhalisi Ciloluq faciəsinin acılarını günümüzə qədər unutmayıblar. Qırğınları Cilo dağı ətrafından gələn erməni silahlıları törətdikləri üçün bu faciə xalqın yaddaşında və mənbələrdə Ciloluq faciəsi kimi qalıb. Qırğınlar əsasən Urmiya, Səlmas və Xoy bölgələrində törədilib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara