REGİONLAR


Sumqayıt Dövlət Universiteti yeni əməkdaşlıq müqavilələri imzalayıb

Sumqayıt, 26 aprel, Ətrabə Rzayeva, AZƏRTAC

Aprelin 25-də Sumqayıt Dövlət Universiteti (SDU), Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi və Vergilər Nazirliyi Tədris Mərkəzi arasında əməkdaşlıq müqavilələri imzalanıb.

AZƏRTAC xəbər verir ki, sənədlər universitetdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Azərbaycanın qeyri-neft sektorunun inkişaf perspektivləri” mövzusunda respublika elmi konfransı çərçivəsində imzalanıb.

SDU-nun rektoru, professor Elhan Hüseynov, Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzinin direktoru Elman Hüseynov və Vergilər Nazirliyi Tədris Mərkəzinin rəisinin birinci müavini Ceyhun Mehdiyev imzaladıqları müqavilələrdə birgə təhsil, elmi-tədqiqat sahələri üzrə qarşılıqlı əlaqələrin yaradılması və inkişaf etdirilməsi, iqtisadiyyatyönümlü ixtisaslar üzrə bakalavr səviyyəsində təhsil alanların istehsalat və magistrantların elmi-tədqiqat təcrübələrinin, ekskursiyaların, treninqlərin, seminar, dəyirmi masa, konfrans və forumların təşkili, təlim və kursların keçirilməsi, professor-müəllim heyətinə elmi-tədqiqat işlərinin aparılması üçün müvafiq şəraitin yaradılması, dərs vəsaitlərinin, monoqrafiyaların hazırlanması üzrə əməkdaşlıq nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.