ABŞ-da universitet şəhərciyində atışma olub, ölənlər var VİDEO
Vaşinqton, 1 may, AZƏRTAC
Aprelin 30-da Şimali Karolina Universitetinin Çarlott şəhərində yerləşən universitet şəhərciyində atışma baş verib.
AZƏRTAC xəbər verir ki, yerli hüquq-mühafizə orqanları nümayəndəsinin verdiyi məlumata görə, atışma nəticəsində 2 nəfər həlak olub, 4 nəfərsə yaralanıb. Onlardan üçünün vəziyyəti ağırdır. Həlak olanlar barədə məlumat verilmir.
Universitetin kampusunun polis idarəsinin rəisi Ceff Beyker atışmanın baş verdiyi otaqda şübhəli şəxsin polis tərəfindən saxlandığını söyləyib.
O, hadisə yerində iki adamın öldüyünü, üçünün isə ağır vəziyyətdə xəstəxanaya aparıldığını təsdiqləyib.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.11.2026 [17:52]
Rusiyanın “Timeweb” hostinq provayderində genişmiqyaslı nasazlıq baş verib
- 17.11.2026 [17:34]
Ukrayna Müdafiə Qüvvələri “Qazprom”un neft emalı zavodunu vurub
- 17.11.2026 [17:31]
Zelenski: Krım körpüsü əməliyyatın yeddinci mərhələsində vurulub
- 17.11.2026 [17:28]
İraq Türkiyəyə köhnə boru kəməri ilə neft nəqlini bərpa edib
- 17.11.2026 [16:36]
QUAD ölkələri liderlərinin Manilada görüşü keçirilir
- 17.11.2026 [16:20]