Tbilisidə “Hər ömür bir tamaşa., (Bakı gecələri)” adlı kitabın təqdimatı olub
Tbilisi, 5 may, AZƏRTAC
Tbilisidə M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində tanınmış azərbaycanlı milyonçu, ictimai xadim və xeyriyyəçi Ağa Musa Nağıyeva həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan “Milli Dəyərlərin Qorunması” İctimai Birliyinin sədri, milyonçunun nəvəsi, tarix üzrə elmlər doktoru Dilarə Ağamusa Nağıyevanın müəllifi olduğu “Hər ömür bir tamaşa., (Bakı gecələri)” adlı kitabı təqdim olunub.
Bildirilib ki, kitab Ağa Musa Nağıyevin vəfatının 100 illiyinə həsr edilib.
Muzeyin direktoru Leyla Əliyeva çıxış edərək Ağa Musa Nağıyevin Gürcüstanda da yaxşı tanındığını, onun xeyriyyəçilik fəaliyyəti barədə gürcü ictimaiyyətinin də məlumatlı olduğunu bildirib.
Sonra Dilarə Ağamusa babası haqqında apardığı təhqiqatları barədə məlumat verib.
Azərbaycanlı və gürcü ictimaiyyəti nümayəndələrinin iştirak etdiyi tədbirdə muzeyin direktoru L.Əliyevaya “Milli Dəyərlərin Qorunması” İctimai Birliyi adından “Ağamusa zirvəsi” diplomu təqdim olunub.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.02.2026 [18:24]
Akif Əlinin “Özgə dünya” povesti kitab şəklində çap olunub
- 11.02.2026 [15:39]
Rəşad Əzizov: Ölkəmizdə film çəkən şirkətlərin sayı 20-yə çatıb
- 11.02.2026 [14:47]
Xidmət rəisi: AMEA tərəfindən 681 abidəyə müvafiq rəy verilib
- 11.02.2026 [14:07]
Bakıda “Avropanın meydanları” adlı fotosərgi açılıb
- 11.02.2026 [12:53]