Xorvatiyada dənizin və küləyin enerjisini istifadə edən orqan musiqi aləti düzəldilib VİDEO
Zaqreb, 27 may, AZƏRTAC
Xorvatiyada 80 metr uzunluğu olan dənizin dalğaları və küləyin gücündən istifadə edən orqan musiqi aləti düzəldilib.
Layihənin arxitektoru xorvat əsilli Nikola Bassiydir. Adriatik dənizinin suyu və külək dənizin önündə olan beton pilləkənlərin dəliklərinə daxil olaraq yuxarı dəliklərə tərəf hərəkət edir və gözəl həzin musiqi yaradır. Zadar şəhərində yerləşən bu arxitektura nümunəsi özünə çoxlu sayda turist cəlb edir.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Zaqreb