Rusiyada zavodda baş verən partlayışlar nəticəsində 39 nəfər yaralanıb VİDEO
Bakı, 1 iyun, AZƏRTAC
Rusiyanın Nijeqorod vilayətindəki “Kristal” zavodunda baş verən partlayışlar nəticəsində 39 nəfər xəsarət alıb.
AZƏRTAC xəbər verir ki, Rusiya KİV-lərinin Fövqəladə Hallar Nazirliyinin nümayəndəsinə istinadla yaydıqları məlumata görə, yaralananlardan 4 nəfərinin vəziyyəti ağırdır. Doqquz nəfər yüngül yara alıb. Həlak olan yoxdur. Zavoddakı açıq yanğın söndürülüb.
Bu gün zavodun trotil istehsalı sexində bir neçə partlayış olub. Bundan sonra yanğın başlayıb. Yaralananlar əsasən zavodun işçiləri və yaxınlıqdakı binaların sakinləridir. Hadisə ilə əlaqədar Dzerjinskdə və ətrafdakı üç qəsəbədə fövqəladə vəziyyət elan olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.11.2026 [17:52]
Rusiyanın “Timeweb” hostinq provayderində genişmiqyaslı nasazlıq baş verib
- 17.11.2026 [17:34]
Ukrayna Müdafiə Qüvvələri “Qazprom”un neft emalı zavodunu vurub
- 17.11.2026 [17:31]
Zelenski: Krım körpüsü əməliyyatın yeddinci mərhələsində vurulub
- 17.11.2026 [17:28]
İraq Türkiyəyə köhnə boru kəməri ilə neft nəqlini bərpa edib
- 17.11.2026 [16:36]
QUAD ölkələri liderlərinin Manilada görüşü keçirilir
- 17.11.2026 [16:20]