Vladimir Putin yeniyetmələrə dünya dinlərinin müqəddəs kitablarını oxumağı tövsiyə edib
Moskva, 6 iyun, AZƏRTAC
Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində dünyanın iri informasiya agentliklərinin rəhbərləri ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə 9 ölkənin, o cümlədən Rusiya, Böyük Britaniya, Almaniya, İran, İspaniya, İtaliya, Çin, Fransa və Yaponiya informasiya agentliklərinin rəhbərləri də iştirak ediblər.
Rusiyanın TASS agentliyinin təşkilatçılığı ilə artıq altıncı dəfə keçirilən görüşdə Rusiya Prezidenti iştirakçıları maraqlandıran suallara cavab verib.
İtaliyanın ANSA agentliyinin baş redaktoru Luicu Kontunun “yeniyetmələrə hansı kitabı oxumağı məsləhət görərdiniz” sualına cavabında V.Putin dünya dinlərinin müqəddəs kitablarını, o cümlədən “Qurani-Kərim”i oxumağı tövsiyə edib.
O bildirib ki, dünya dinlərinin humanizmə əsaslanan müqəddəs kitabları - Bibliya, Quran və Tövrat sayəsində dünya daha yaxşı, sakit və sabit ola bilər. Rusiya Prezidenti deyib: “Bu kitablar humanizmə əsaslanır və biz orda yazılan qaydalara riayət etsək, dünya daha yaxşı, sakit və sabit olar”.
“Dayanıqlı inkişafın gündəmini formalaşdıraraq” şüarı altında təşkil olunan forumun proqramına 120-dən çox tədbir daxil edilib. İyunun 8-dək davam edəcək foruma 75 ölkədən 17 min nümayəndə qatılıb.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.11.2026 [08:58]
Mask: Süni intellekt gələcəkdə bütün insan ehtiyaclarını ödəyə biləcək
- 07.11.2026 [08:28]
Avropadakı aviaşirkətlər daha çox bomba təhdidi ala bilər
- 07.11.2026 [07:15]
NYT: Yeni aparat rəhbəri Trampı İranla müharibəni dayandırmağa çağırıb
- 07.11.2026 [06:29]
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub
- 07.11.2026 [05:44]