SİYASƏT


Azərbaycan UNESCO-nun Hökumətlərarası Komitəsinə üzv seçilib

Paris, 9 iyun, AZƏRTAC

Parisdə UNESCO-nun baş qərargahında keçirilən “Mədəni Özünüifadə Müxtəlifliyinin Qorunması və Təşviqi haqqında” Konvensiyanın Tərəflərinin Konfransının 7-ci sessiyasında ölkəmiz mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyevanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub.

AZƏRTAC xəbər verir ki, sessiyanın sonuncu günündə 2019–2023-cü illər üçün “Mədəni Özünüifadə Müxtəlifliyinin Qorunması və Təşviqi haqqında” Konvensiyanın Hökumətlərarası Komitəsinə seçkilər keçirilib.

Şərqi Avropa qrupundan öz namizədliyini irəli sürən Azərbaycan Komitəyə 4 illik üzv seçilib.

Qeyd edək ki, Azərbaycandan əlavə Komitəyə Avstriya, Danimarka, Braziliya, Ekvador, Sent Vinsent və Qrenadin, Monqolustan, Burkina Faso, Efiopiya, Seneqal, Qətər və Ermənistan da seçiliblər. 24 üzv ölkənin nümayəndələrini ildə bir dəfə hesabat xarakterli görüşə toplayan Hökumətlərarası Komitənin əsas funksiyası 2005-ci ildə qəbul olunmuş Konvensiyanın tətbiq və təşviqinə təkan verməkdir.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.