Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Vyanada "Dinlərarası və sivilizasiyalararası əməkdaşlıqdan bəşəri həmrəyliyə" mövzusunda beynəlxalq konfrans keçirilib YENİLƏNİB 2 VİDEO

Konfransda Vyana Bəyannaməsi qəbul edilib

Vyana, 19 iyun, AZƏRTAC

İyunun 19-da Avstriyanın paytaxtı Vyana şəhərinin “Hofburq” sarayında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nəzdində Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin, KAİCİİD Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin, Cenevrə İnsan Hüquqları və Qlobal Dialoq Mərkəzinin və Azərbaycanın Avstriyadakı səfirliyinin birgə təşkilatçılığı ilə "Dinlərarası və sivilizasiyalararası əməkdaşlıqdan bəşəri həmrəyliyə" mövzusunda beynəlxalq konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransın təşkili Prezident İlham Əliyevin irəli sürdüyü Azərbaycanın multikulturalizm modelinin təbliğinin bəşəri önəminə diqqət çəkmək, dinlərarası və sivilizasiyalararası dialoq və əməkdaşlığın inkişaf etdirilməsinin müasir dünyanı narahat edən problemlərin aradan qaldırılmasında müstəsna əhəmiyyətini vurğulamaq məqsədi daşıyır. Avropanın aparıcı dövləti olan və müxtəlif mədəniyyətlərin, dinlərin təmsil olunduğu Avstriyada keçirilən beynəlxalq konfrans mühüm, qlobal əhəmiyyət kəsb edən bu mövzuya dünya ictimaiyyətinin diqqətini daha da artırmaq, sülhü və əmin-amanlığı təhdid edən amillərə, xüsusilə dinlərarası ixtilaflara qarşı müxtəlif mədəniyyətlərin, sivilizasiyaların və dinlərin nümayəndələrinin birgə mövqeyini nümayiş etdirmək məramına xidmət edir.

Vyana konfransında Avstriya və Azərbaycanın dövlət və qeyri-hökumət təşkilatları, o cümlədən dünyanın müxtəlif dini konfessiya rəhbərləri, dövlət, elm və mədəniyyət xadimləri, Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin Himayədarlar və Məşvərət şuralarının üzvləri iştirak ediblər. Beynəlxalq konfransda ümumilikdə dünyanın 30-dan çox ölkəsini təmsil edən dövlət, ictimaiyyət, elm və din xadimləri, həmçinin 5 beynəlxalq və 16 qeyri-hökumət təşkilatının rəhbərləri, Avstriyada akkreditə olunmuş səfirliklərin və beynəlxalq qurumların nümayəndələri təmsil olunurdular. Avstriya tərəfdən Federal Hökumətin və parlamentin nümayəndələri, o cümlədən Avstriya Xarici İşlər Nazirliyinin Baş katibi-nazir müavini Yohannes Peterlik, Avstriyadakı 15 dini konfessiyanın nümayəndələri iştirak ediblər.

Azərbaycan nümayəndə heyətinin tərkibinə Qafqaz Müsəlmanları İdarəsinin sədri, Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin baş katibi Şeyxülislam Allahşükür Paşazadə, Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik Akif Əlizadə, Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilov, Milli Məclisin komitə sədrləri Siyavuş Novruzov, Səməd Seyidov, Eldar İbrahimov, deputatlar Cavanşir Paşazadə, Hikmət Məmmədov, Azərbaycandakı dini konfessiyaların rəhbərləri - Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr, Bakı Dağ yəhudiləri dini icmasının başçısı Melih Yevdayev, Roma Katolik Kilsəsinin Azərbaycandakı ordinarisi yepiskop Vladimir Fekete və Alban-Udi xristian dini icmasının başçısı Robert Mobili daxildir.

Konfransın açılışında Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov dövlətimizin başçısı İlham Əliyevin tədbir iştirakçılarına müraciətini oxuyub .

Vyana konfransında Azərbaycanın sivilizasiyalararası və dinlərarası əməkdaşlığın inkişafında rolundan və multikulturalizm dəyərlərindən bəhs edən “Bəşəri çağırış” filmi nümayiş olunub.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə çıxış edərək Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və xoş arzularını konfrans iştirakçılarına çatdırıb. Şeyxülislam qeyd edib ki, kəskin ziddiyyətlər, terror, dini və milli zəmində ekstremizm, ksenofobiya, xristianofobiya, antisemitizm və islamofobiyanın tüğyan etdiyi, dini-mədəni dəyərlərə savaş açıldığı narahat dünyamıza Azərbaycan öz nadir təcrübəsini - multikulturalizm modelini təklif edir. Bu model Azərbaycan Prezidentinin müəllifi olduğu mədəniyyətlərarası əməkdaşlığa dair Bakı Prosesi, elan etdiyi Multikulturalizm və İslam həmrəyliyi illəri çərçivəsində ölkəmizdə və xaricdə mütəmadi keçirilən qlobal forum və tədbirlərdə təbliğ və təşviq olunur. Eyni zamanda, Azərbaycanda 2017-ci ildə dövlət başçısının tövsiyəsi ilə Qafqaz Müsəlmanları İdarəsi nəzdində yaradılmış Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzi artıq İspaniya və Almaniyada uğurlu beynəlxalq konfranslar təşkil edib. Vyanada təşkil edilən konfrans da bu qəbildən növbəti nüfuzlu tədbirdir.

Şeyxülislam bildirib ki, milli və bəşəri dəyərlərə, multikultural ənənələrə hər zaman böyük önəm verən Azərbaycan bu gün dünyanın mənəvi dəyərlər mərkəzi olaraq tanınır. Multikulturalizm ölkəmizdə dövlət siyasəti səviyyəsində həyata keçirilir və bu müdrik siyasətin təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Bu siyasəti yüksək səviyyədə davam və inkişaf etdirən Prezident İlham Əliyevin fəaliyyəti sayəsində bu gün Azərbaycan dinlərarası, konfessiyalararası, həmçinin məzhəblərarası həmrəyliyin, milli birliyin, mənəvi vəhdətin, dini-mədəni müxtəlifliyin nadir nümunəsidir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın dünya miqyasında mədəni sahədə çox uğurlu fəaliyyəti, milli-mənəvi irsimizi ən yüksək səviyyədə təbliği ilə yanaşı, ümumbəşəri dəyərlərə diqqət və qayğısı Azərbaycanın bu istiqamətdə söz sahibinə çevrilməsində mühüm rola malikdir.

Şeyxülislam A.Paşazadə çıxışında deyib ki, Azərbaycan uzun illər davam edən, regionda və dünyada sülhə təhdid olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində yaranmış problemin ərazi bütövlüyümüz çərçivəsində həllini istəyir, Ermənistan tərəfindən BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə əməl olunmasını tələb edir və ATƏT-in Minsk qrupunun sülhyaratma missiyasından real nəticə gözləyir.

Allahşükür Paşazadə vurğulayıb ki, bu ilin payızında dünya dini liderlərinin Bakıda keçiriləcək II Sammiti Azərbaycan dövlətinin sivilizasiyalararası dialoqun inkişafına, qlobal müstəvidə insan hüquqlarının təmini və qarşılıqlı etimad mühitinin yaradılması işinə daha bir dəyərli töhfəsi olacaq.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxışında bildirib ki, hazırda dünya miqyasında dini ayrı-seçkiliyin gücləndiyi, bəzən dini zəmində qarşıdurmaya bilərəkdən rəvac verildiyi dövrdə yaşayırıq. Bu səbəbdən dini dözümlülüyün, tolerantlığın hakim mövqe tutması, dinlərarası əməkdaşlıq və bəşəri həmrəylik mühüm əhəmiyyət daşıyır.

Komitə sədri deyib ki, Azərbaycan bu gün sülhsevərliyi, həmrəyliyə və birliyə verdiyi yüksək dəyəri ilə seçilir. Azərbaycan xalqı müxtəlif dini inanclıların birgəyaşayış ənənələrini zənginləşdirərək bütün dünya üçün örnək ola biləcək dini tolerantlıq modelini yaradıb. Azərbaycanın dövlət-din münasibətlərində uğurlarının səbəbi isə dinlə bağlı siyasətin sağlam və düzgün istiqamətdə qurulmasıdır. Ümummilli lider Heydər Əliyevin siyasəti nəticəsində Azərbaycanda bu münasibətlərin beynəlxalq hüququn normaları müstəvisində tənzimlənməsi, konfessiyalar arasında dözümlülük mühitinin qorunub saxlanması üçün hüquqi baza yaradılıb. Azərbaycanda dövlət-din münasibətləri modeli Prezident İlham Əliyev tərəfindən zamanın tələblərinə uyğun olaraq daha da təkmilləşdirilib.

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov müasir dünyada radikalizmin bütün növlərinə qarşı mübarizənin vacibliyini qeyd edərək, eyni zamanda, dinlərarası və mədəniyyətlərarası dialoqun inkişafına da diqqət göstərilməsini vacib hesab edib. O, bu dialoqun inkişaf etdirilməsində konkret ideyaların müəyyənləşdirilməsini mühüm addım hesab edərək, xoş mərama söykənməli olan bu ideyaların geniş ictimaiyyət arasında təbliğinə xüsusi diqqət ayrılmalı olduğunu vurğulayıb. Bu xüsusda qeyd edilib ki, Azərbaycanın mənəvi-siyasi yüksəlişində son dərəcə vacib məqamlardan biri 2011-ci ildən bəri mütəmadi olaraq Bakıda Beynəlxalq Humanitar Forumun keçirilməsidir. Artıq ənənəyə çevrilən bu Forumun rəsmi açılışındakı nitqində Prezident İlham Əliyev multikulturalizmi "alternativi olmayan, gələcək inkişaf üçün ən məqbul variant" kimi dəyərləndirməklə təkcə Azərbaycanda deyil, müasir dünyada multikulturalizm meyillərinin gücləndirilməsinin vacibliyini xüsusi olaraq qeyd edib.

KAİCİİD Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin Baş katibi Feysəl bin Muammar rəhbərlik etdiyi qurumun Vyana konfransının həmtəşkilatçısı olmasından məmnunluq duyduğunu bildirib. O, Şeyxülislam Allahşükür Paşazadənin dinlərarası və sivilizasiyalararası əməkdaşlığın inkişafında xidmətlərini xüsusi qeyd edib. Baş katib müasir dövrdə qeyri-tolerantlıq və ksenofobiyanın dünyada radikalizm, dini və etnik icmalara, qaçqınlara, cəmiyyətin müxtəlif təbəqələrinə qarşı mənfi yanaşmalara yol açdığını bildirib və buna görə də dini rəhbərlərin münaqişələrin nizamlanması, cəmiyyətdə ekstremizm hallarının artmasına qarşı vahid strategiya və mexanizmlərin hazırlanmasında birgə fəaliyyətə çağırıb. Eyni zamanda, dinlərarası uğurlu dialoq nümunələrinin dünyada daha geniş təbliğinin vacibliyi vurğulanıb və bu cür örnəklərin cəmiyyətdə geniş yayılmalı olduğu qeyd edilib.

Cenevrə İnsan Hüquqları və Qlobal Dialoq Mərkəzinin icraçı direktoru İdris Cəzairi çıxışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin milli-dini tolerantlıq və multikultural ənənələrin qorunması sahəsində qlobal əhəmiyyətli təşəbbüslərini qeyd edib və Vyana konfransını dünyanın qlobal proseslərinə Azərbaycanın özəl və dəyərli töhfəsi kimi qiymətləndirib.

Birləşmiş Ərəb Əmirlikləri Prezidentinin dini işlər üzrə müşaviri Əli Əbdürrəhman əl-Haşim tolerantlığı bütün insanlar arasında əmin-amanlıq yaratmağa aparan yol kimi dəyərləndirib. O, Birləşmiş Ərəb Əmirlikləri dövlətində dinlər arasında tolerantlıq üzrə nazirlik yaratdıqlarını vurğulayıb. Bildirib ki, bütün insanlar arasında tolerantlıq, əməkdaşıq və həmrəylik dəyərlərini genişləndirmək vacibdir.

Misirin dini işlər üzrə parlament komitəsinin sədri Usama əl-Abd dinlərarası əməkdaşlığın real nəticələr verdiyini və Azərbaycanın dünyada multikulturalizm ideyalarının təşviqində rolunun, töhfələrinin əhəmiyyətini vurğulayıb.

BMT Baş katibinin müavini Raşid Xalikov müasir dövrdə bəşəriyyətin dinlərarası və mədəniyyətlərarası dialoqa daha güclü ehtiyac duyduğunu, sülh, dinc birgəyaşayış və ədalət kimi bəşəri dəyərlərin cəmiyyətdə daha geniş təbliğ edilməli olduğunu bildirib. Qeyd edilib ki, hazırda dünyada yardıma ehtiyacı olan insanların sayı durmadan artır, BMT və digər beynəlxalq təşkilatlar dünyanın müxtəlif regionlarında qaçqın və yoxsul əhali təbəqələrinə yardımlar edir. Bu da, öz növbəsində, tolerant və səxavətli yanaşma, yardımlaşma istəyi, dinlər və mədəniyyətlər arasında dialoqun daha da gücləndirilməsini tələb edir.

BMT Baş katibinin müavini, təşkilatın Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsi Migel Angel Moratinos müasir dünyada sivilizasiyalararası dialoqun əhəmiyyətindən danışıb. O, Prezident İlham Əliyevin 2016-cı ili ölkədə “Multikulturalizm İli” və 2017-ci ili isə “İslam Həmrəyliyi İli” elan etməsinin Azərbaycan dövlətinin bu sahədə nə qədər uzaqgörən siyasət yürütdüyünün və dünyada öncül mövqedə dayandığının göstəricisi olduğunu vurğulayıb.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə çıxışında bildirib ki, dünyada onlarla din, yüzlərlə təriqət və dini dünyagörüşü var. Amma insanların yaşaya biləcəyi bir planet mövcuddur, bu da Yer kürəsidir. Milli və dini mənsubiyyətlərindən asılı olmayaraq, insanlar bu planetdə birgə yaşamağa və onu paylaşmağa məhkumdurlar. Bunun yolu isə qarşılıqlı anlaşmadan və birgə əməkdaşlıqdan keçir. Önəmli məqamlardan biri də odur ki, zaman keçdikcə dinlərarası əməkdaşlığa olan ehtiyac daha da artır. Çünki informasiya texnologiyaları əsrində yalnız hansısa bir dinin və ya xalqın mənsublarından ibarət təcrid olunmuş cəmiyyət yaratmaq mümkün deyil. Başqa sözlə, çağdaş dünyamızda dini dözümlülüyün mövcudluğu çox vacib amildir.

AMEA-nın prezidenti deyib ki, çağdaş dünya bəşəri dəyər kimi tolerantlıq prinsiplərini hamının qəbul etməsi və bütün cəmiyyətlərdə bərqərar olunması istiqamətində XXI əsrə qədər xeyli yol keçib. Ən azı ona görə ki, bu gün dünyada heç bir dövlət beynəlxalq müstəvidə qəbul olunmuş tolerantlıq prinsiplərindən rəsmi şəkildə imtina etmir. Amma təbii ki, arxa planda bu prinsiplərə əməl etməyən dövlətlər və cəmiyyətlər də var. Məsələn, Ermənistan insan hüquqları və onun tərkib hissəsi kimi tolerantlıqla bağlı konvensiyalara qoşulmasına baxmayaraq, etnik təmizləmə və işğalçılıq siyasətindən hələ də əl çəkməyib. Əksinə, dünyanın gözü qarşısında və beynəlxalq təşkilatların mövqeyinə zidd olaraq Ermənistan monoetnik dövlətə çevrilib.

Konstantinopol Patriarxlığının Ekzarxı, KAİCİİD Direktorlar Şurasının üzvü Emmanuel Adamakis çıxışında dünyanın mövcud problemlərinin həllində qarşılıqlı anlaşma və dialoqun önəmini diqqətə çatdırıb. O qeyd edib ki, dialoq dünyada əmin-amanlığa aparan alternativsiz yoldur və bu yolda müxtəlif sivilizasiyalar həmrəylik göstərməlidirlər.

Moskva və Bütün Rusiyanın Patriarxi Kirillin xüsusi nümayəndəsi Filaret dinlərarası dialoq çərçivəsində insan haqları mövzusuna xüsusi diqqət ayrılmasına çağırıb. O deyib ki, hazırda bir sıra, istər münaqişə, istərsə də qeyri-münaqişə ölkələrində insanlar qaçqına çevrilir, ayrı-seçkiliyə məruz qalır və ya normal yaşayış üçün tələb olan şərtlərlə təmin olunmur. Bu da, öz növbəsində, həmin qrup insanların haqlarını qorumaq üçün beynəlxalq həmrəyliyin gücləndirilməsini tələb edir.

Azərbaycanın Xarici İşlər nazirinin müavini Ramiz Həsənov silahlı münaqişələr nəticəsində dünyada milyonlarla insanın öz doğma torpaqlarından didərgin düşdüyünü, Azərbaycanın da bu tale ilə üzləşdiyini qeyd edib. Münaqişələr nəticəsində maddi-mədəni, tarixi və dini abidələr məhv edilir, ən əsası isə insan talelərinə ağır zərbə vurulur. Bildirilib ki, ayrı-seçkiliyin güclənməsi dünyada qarşıdurma və münaqişələrin sayının artmasına apara bilər. Bu məsələdə mətbuatın da üzərinə məsuliyyət düşdüyünü qeyd edən R.Həsənov bir sıra mətbu orqanların jurnalistika prinsiplərinə zidd olaraq səhv xəbərlər, müxtəlif stereotiplərə söykənən saxta məlumatlar yaydığını və bu yolla problemlərin nizamlanmasına deyil, daha da qızışmasına cəhd etdiklərini, cəmiyyətdə dözümsüzlük toxumları səpdiyini diqqətə çatdırıb. Nazir müavini bildirib ki, buna görə də bəşəri həmrəyliyə nail olmaq üçün dini icmalar öz səylərini artırmalıdırlar.

Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov bildirib ki, Azərbaycan çoxmillətli və çoxdinli bir dövlətdir və dini münasibətlərini multikulturalizm siyasəti çərçivəsində nizamlayır. Bu da cəmiyyətdəki etnik, dini və mədəni fərqliliklərin nizamlanması üçün ən səmərəli siyasi modeldir. Azərbaycanda əhalinin 96 faizi müsəlmanlardan ibarət olmasına baxmayaraq, burada bütün dinlər üçün yüksək şərait yaradılıb və məbədlər fəaliyyət göstərir. Qeyd edilib ki, Azərbaycan Konstitusiyasının 18-ci maddəsində “Bütün dinlər qanun qarşısında bərabərdir” prinsipi əksini tapır və bu prinsip dövlətin dinlərlə bağlı siyasi kursunu təşkil edir. Məhz buna görə də Azərbaycanda həm müsəlman təriqətləri arasında, həm də digər dini icmalarla münasibətdə heç bir ayrı-seçkilik və qarşıdurma halına rast gəlinmir, bütün dinlərin təmsilçiləri dinc və birgə yaşayırlar.

Prezident Administrasiyasının rəsmisi Etibar Nəcəfovun və Milli Məclisin komitə sədri Səməd Seyidovun moderatorluğu ilə davam edən konfransda digər çıxış edənlər dini tolerantlığın gücləndirilməsi ilə yanaşı, dünyada yoxsulluğa qarşı mübarizə, dinlərarası və mədəniyyətlərarası dialoqun inkişafı üçün yeni strategiyaların hazırlanması, gənc nəslin təhsilli yetişməsi və gələcəyə inamlı olması istiqamətində fəaliyyətin gücləndirilməsini vacib hesab ediblər.

Konfransda “Sivilizasiyalararası və dinlərarası əməkdaşlığın bəşəri həmrəyliyə doğru inkişafı dünyada sülhün bərqərar olmasına xidmət edir”, “Terrorizm, ekstremizm, separatizm və ksenofobiya dinlərarası əməkdaşlığa təhdid kimi”, “Gənclərin maarifləndirilməsində, mədəni və mənəvi irsin qorunmasında sivilizasiyalararası və dinlərarası əməkdaşlığın rolu”, “İnsan hüquqları sahəsində, qadın və uşaq haqlarının qorunmasında din, dövlət, elm və ictimaiyyət xadimlərinin birgə fəaliyyətinin vacibliyi” mövzularda çıxışlar dinlənilib, müzakirələr aparılıb.

Konfrans iştirakçıları müasir dövrdə Avstriyanın və Azərbaycanın multikulturalizm ənənələrinə, dinlərarası və sivilizasiyalararası əməkdaşlıq ideyalarına verdikləri töhfələri xüsusi vurğulayaraq, dünyada baş verən terrorizm, ekstremizm, dini radikalizm, o cümlədən ksenofobiya, antisemitizm, islamofobiya, habelə dinin siyasi məqsədlərlə istismarı təzahürlərinə qarşı dünya ictimaiyyətini, dövlət, elm və din xadimlərini birgə əməkdaşlığa çağırıblar. Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin KAİCİİD Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzi və Cenevrə İnsan Hüquqları və Qlobal Dialoq Mərkəzi ilə birgə təşkil etdiyi Vyana konfransının beynəlxalq müstəvidə müsbət nümunə olduğu tədbir iştirakçıları tərəfindən qeyd edilib.

Sonda beynəlxalq konfransda yekun sənəd - Vyana Bəyannaməsi qəbul edilib. Sənəddə qeyd olunur ki, müasir dünyada humanist ideyaların təşviqi və multikultural həyat tərzinin təbliği baxımından önəm kəsb edən belə forumların davamlı keçirilməsi olduqca aktual və zəruridir.

Konfransın keçirildiyi sarayın foyesində Azərbaycandakı tolerantlığa, ölkəmizin tarixinə və mədəniyyətinə həsr olunan kitablardan ibarət guşə təqdim edilib.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

Vyanada "Dinlərarası və sivilizasiyalararası əməkdaşlıqdan bəşəri həmrəyliyə" mövzusunda beynəlxalq konfrans keçirilib YENİLƏNİB 2 VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Özbəkistanla xəstəxana idarəolunması modeli üzrə əməkdaşlıq edəcək

Suraxanıda narkotik vasitələrin satışını təşkil edən şəxslər saxlanılıblar

Ankarada simpozium iştirakçıları Qərbi Azərbaycanda tarixi ədalətin bərpasına çağırıblar

Azərbaycanın bədii gimnastı Dünya Kubokunda mübarizə aparacaq

İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib

Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb

Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Xalq yazıçısı İsmayıl Şıxlının xatirəsi anılıb

Olimpiya məşəli Fransa ərazisinə daxil olub

Slovakiyanın Baş naziri Şəhidlər xiyabanını ziyarət edib

Külli miqdarda mənimsəmə faktı ilə bağlı başlanmış cinayət işi məhkəməyə göndərilib

Çin investorları Azərbaycandakı əlverişli sərmayə mühitindən yararlanırlar

“Araz-Naxçıvan” futzal klubu 15 ildən sonra Azərbaycan Kubokunun qalibi olub

Ukraynadan idxal olunan ət məhsullarında uyğunsuzluq aşkarlanıb

Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konsert - “Andante və Scherso”

“EFES - 2024” təliminə cəlb edilən növbəti heyətimiz Türkiyəyə yola düşüb VİDEO

Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib

Ukrayna Təhlükəsizlik Xidməti Zelenskinin qətlini hazırlayan agent şəbəkəsinin ifşası barədə məlumat yayıb

Siyasi şərhçi: Ermənistanın inkişafı Azərbaycan və Türkiyə ilə münasibətlərini yaxşılaşdırmasından asılıdır

Faktiki hava: Xınalıqda sulu qar, Şahdağda isə qar yağır

Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycana rəsmi səfərə gəlib

Ulu Öndər vaxtilə DSX-ni yaradaraq ölkəmizin sərhədlərinin mühafizəsi strategiyasını dəqiqliklə müəyyənləşdirib

Sumqayıtdakı təhsil müəssisəsində 250 min manatlıq pulun mənimsənilməsi ilə bağlı cinayət işi başlanılıb

Mədəniyyət və incəsənət xadimlərinə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı təqdim edilib

Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir

Ölkəmiz Ankarada beynəlxalq mədəniyyət festivalında təmsil olunub

Bitkilərdə termogenez prosesinə dair tədqiqatlar aparılır

Universitet tələbələri “Dəmir Yumruq Pro 6” açıq turnirinin qalibi olublar

Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər

Azərbaycan Prezidentinin adından Slovakiya Baş nazirinin şərəfinə rəsmi nahar verilib

AzMİU əməkdaşları bu dəfə Sumqayıt məktəbliləri ilə görüşüblər

Rusiya hökuməti istefaya göndərilib

Naxçıvan şəhərində “Sağlam həyat” layihəsi həyata keçirilib

Bakıda iaşə obyektində iki nəfərin ölməsi, iki nəfərin xəstəxanaya yerləşdirilməsi ilə bağlı araşdırma aparılır

15 ölkənin elm adamları beynəlxalq elmi-praktik konfransda bir araya gəliblər

Vladimir Putin Çindən sonra Türkiyəyə səfər edəcək

Misirdə keçirilən Beynəlxalq Kollegial Proqramlaşdırma müsabiqəsinin finalında Azərbaycanı ADA Universiteti təmsil edib

Sabirabadda narkotik vasitənin təsiri altında avtomobil idarə edən iki sürücü aşkarlanıb

Paşinyan: Ermənistanın Azərbaycan və Türkiyə ilə düşmənçiliyinə son qoyulmalıdır

Baş nazir Əli Əsədov Kahramanmaraşda “Azərbaycan məhəlləsi”ndə aparılan tikinti işlərinin gedişi ilə tanış olub

Prezident İlham Əliyev və Baş nazir Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-3 VİDEO

Birinci Qarabağ müharibəsi şəhidi Elşad Qayımov Xaçmazda dəfn olunub

Azərbaycan millisinin baş məşqçisi: Bütün karateçilərimiz Avropa çempionatında qızıl medal qazana bilərlər

2024-cü ildə dünyanın ən varlı və yoxsul ölkələrinin siyahısı dərc olunub

BƏƏ-nin İqlim Dəyişikliyi Şurası COP29 üçün iqlim ambisiyalarını artırmaq niyyətindədir

BDU tələbələri informasiya təhlükəsizliyi haqqında məlumatlandırılıblar

Paşinyan AİB sammitində iştirak etmək üçün Moskvaya gedəcək

Qırx milyon filippinlinin içməli suya çıxışı yoxdur

FHN-in Gəncə Regional Mərkəzi “Yaz-yay fəsillərində sel təhlükəsi” mövzusunda tədbir keçirib

Robert Fitso: Azərbaycan suverenlik baxımından nümunəvi ölkədir

Respublika fənn olimpiadalarının riyaziyyat üzrə final turu keçirilib

Dərinsulu Günəşli platformasının profilaktik işlər proqramı başa çatıb

Sumqayıtda aramsız yağan yağışın fəsadları aradan qaldırılır

Bu gün dəfn olunan şəhidin anası: 31 ilə yaxındır gözüm yollarda qalmışdı

Qarabağ müharibəsi şəhidlərinin bir qrup ailə üzvü Türkiyənin Çanaqqala əyalətində olublar

Bakı-Quba yolunda piyada keçidinin inşası başa çatıb

Slovakiyanın Baş naziri: Azərbaycan ilə Avropa İttifaqı arasında körpü olmağa hazırıq

Türkiyənin ikinci astronavtı gələn ay kosmosa yola salınacaq

Azərbaycan millisinin voleybolçusu: Özümüzə inanırıq, çünki güclü məşqçimiz var

Prezident İlham Əliyev: Azərbaycan təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir

Ədəbiyyat Muzeyi ilə Belarus Dövlət Ədəbiyyat Tarixi Muzeyi arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Prezident: Slovakiya və Azərbaycan bu gün suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunur

Vladimir Putin and içib və Rusiya Prezidenti vəzifəsinin icrasına başlayıb

Otuz bir il əvvəl itkin düşən Vüqar Həsənovun Edillidə aşkarlanan nəşinin qalıqları Sabirabadda torpağa tapşırılıb VİDEO

Paşinyan Azərbaycanla sərhədin delimitasiyasını dayandırmayacağını bildirib

Qeydiyyata alınmadan tütün məmulatlarının istehsalı ilə məşğul olanlar cərimələnəcək

Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyəyə rəsmi səfərə gəlib

Məktəblərdə ekoloji mövzular müzakirə olunur

Ağdamın Qərvənd kəndinin yenidən qurulmasının Slovakiya şirkəti tərəfindən icrası əlaqələrimizin səmimiyyətinin dərəcəsini göstərir

Azərbaycanda mayın 8-nə gözlənilən hava proqnozu

Prezident: Azərbaycanla Slovakiya arasında müdafiə sənayesi sahəsində birgə istehsal sahələrinin yaradılması haqqında danışıqlara start verilib

Türkiyə bu gündən genişmiqyaslı hərbi dəniz təlimlərinə başlayır

Faiq Qarayev: İstəyim odur ki, voleybol Azərbaycanda öz yerini tapsın

Prezident İlham Əliyev: Bu gün Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifə açılır

Millinin voleybolçusu: Xorvatiyaya qarşı ilk matçda layiqli mübarizə aparmağa çalışacağıq

Birinci Qarabağ müharibəsi şəhidi Keşlə qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn olunub VİDEO

Baş nazirin müavini Şahin Mustafayev İranın Azərbaycandakı səfiri ilə görüşüb

Laos Azərbaycanın təcrübəsindən yararlanmaq istəyir

Anar Bağırov: Naxçıvanda insanlar onlara göstərilən hüquqi yardımdan tam razıdırlar

AMB: Bugünkü hərracda tələb 75 milyon dolları ötüb

Ötən ay Bakı hava limanında xidmət göstərilən sərnişinlərin sayı 50 faiz artıb

Media nümayəndələrinin iştirakı ilə autizm haqqında maarifləndirmə seminarı keçirilib

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti medallar sahibini tapıb

FHN: Sahil qəsəbəsində daha bir qanunsuz tikili sökülüb VİDEO

Azərbaycan-Slovakiya sənədləri imzalanıb  YENİLƏNİB VİDEO

Qərbin siyasi elitası Gürcüstanda hakimiyyət dəyişikliyi etmək niyyətindədir ŞƏRH

BMT: Son 22 ildə miqrantların vətənlərinə pul köçürmələri 650 faiz artıb

Çikaqodakı muzeydə ən qədim quşun fosili nümayiş etdirilir

Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Azərbaycanın voleybol millisi Qızıl Avropa Liqasına hazırlıqları davam etdirir VİDEO

Vyetnamda yeni neft və qaz yataqları aşkarlanıb

BP-nin birinci rübdə mənfəəti 45 faiz azalıb

Çində naməlum şəxs xəstəxanaya hücum edərək 10 nəfəri öldürüb

“YAŞAT” Fondu daha bir müharibə əlilini müalicə məqsədilə Türkiyəyə göndərib

Azərbaycanda ilk dəfə keçirilən Milli Xalça Festivalı yekunlaşıb

Şəkinin ipəkçilik laboratoriyasından reportaj VİDEO

Hazırda ölkəmizdə yaşı 100 və 100-dən çox olan 280 pensiyaçı var

Azərbaycanda həyata keçirilən 40 layihə BMT-nin DİM layihəsinə uyğunlaşdırılıb

Yanvar-aprel aylarında 15,1 min şəxsə əlillik təyin olunub

Peşə təhsili müəssisələrinin tələbələri üçün qida təhlükəsizliyi ilə əlaqədar təlimlərə başlanılıb