Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası işə başlayıb
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sessiyanın açılış mərasimində iştirak edib YENİLƏNİB 2 VİDEO

Bakı, 1 iyul, AZƏRTAC

İyunun 30-da Bakıda, Heydər Əliyev Mərkəzində UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva mərasimdə iştirak edib.

Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biri milli-mənəvi dəyərlərin, tarixi-mədəni irsin qorunması və təbliği ilə yanaşı, beynəlxalq səviyyədə dünya irsinin müdafiəsi və mühafizəsinə dəstək verməkdir. Bu məqsədlə ölkəmiz müstəqilliyini bərpa etdiyi vaxtdan UNESKO ilə sıx əməkdaşlıq münasibətləri qurub və təşkilatın fəaliyyətinə öz töhfəsini verib. 2013-cü ildə UNESKO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyasına uğurla ev sahibliyi edən Azərbaycanda eyni müvəffəqiyyətlə hər iki ildən bir UNESKO-nun rəsmi tərəfdaşlığı ilə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilir. Ümumdünya İrs Komitəsinin 42-ci sessiyasında qəbul edilmiş qərara əsasən Azərbaycan bu mötəbər qurumun növbəti sessiyasına ev sahibliyi etmək hüququ əldə edib. Azərbaycan üçün mühüm əhəmiyyətə malik belə bir qərarın qəbul olunması ölkəmizin UNESKO ilə tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə inkişaf etdiyini göstərir. Prezident İlham Əliyev iyunun 30-dan iyulun 10-dək davam edəcək sessiyanın Bakıda layiqincə keçirilməsini təmin etmək məqsədilə müvafiq Sərəncam imzalayıb. Bununla da UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakıda yüksək səviyyədə keçirilməsi təşkil olunub.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva mərasimdə çıxış etdi.

Birinci vitse-prezident Mehriban Əliyevanın
çıxışı

-Hörmətli xanım Baş direktor.

Zati-aliləri.

Xanımlar və cənablar.

Əziz dostlar, hörmətli qonaqlar.

UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının açılış mərasimində bu gün sizinlə burada olmaqdan çox şadam. Sizin hamınızı Bakıda - Şərq ilə Qərbin, keçmişlə gələcəyin qovuşduğu şəhərdə, zəmanələrin və sivilizasiyaların nadir ahəngdarlığını göstərən mühitdə salamlamaqdan məmnunam. Bizim üçün bu cür mühüm toplantını qəbul etmək böyük şərəfdir və mən sessiyaya uğurlar arzulayıram.

Mən UNESKO-nun Baş direktoru xanım Odre Azuleyə xüsusi olaraq minnətdaram və əminəm ki, onun burada olması bu tədbirə xüsusi dəyər qatacaq. UNESKO-nun xoşməramlı səfiri kimi, mən bu gün burada bütün UNESKO ailəsinin üzvlərini salamlamaqdan çox şadam.

Bu ayın əvvəlində biz Azərbaycanın UNESKO-dakı üzvlüyünün 27-ci ildönümünü qeyd etdik. Bu illər ərzində biz mədəniyyət, təhsil, elm, kommunikasiya, gənclər və idman kimi bir çox sahələrdə uğurlu əməkdaşlıq qura bildik. Bu gün biz fəal təmsilçilik və verdiyimiz töhfələrlə UNESKO-nun proqramlarında iştirak edirik. Dünyanın mədəni irsinin qorunması Azərbaycan ilə UNESKO arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir. Eyni zamanda, bizim tarixi, dini və memarlıq abidələrimizin qorunması, bərpası və saxlanması Azərbaycanın dövlət siyasətinin mərkəzində dayanır.

2001-ci ildə dövlət tərəfindən qorunan 6600-dən artıq mədəniyyət abidəsini əhatə edən Milli-Mədəni İrs Siyahısı qəbul edilmişdir. Son 5 il ərzində Azərbaycanda 40 tarixi abidə bərpa edilmişdir. Həmçinin qeyd etmək istərdim ki, Abşeron yarımadasında tapılmış tarixi abidələri və arxeoloji eksponatları özündə əks etdirən açıq səma altında “Qala” Arxeoloji-Etnoqrafik Muzey Kompleksi 2008-ci ildə açılmışdır. Bakıda, Ağcabədidə və Ağdamda muğam mərkəzlərinin tikintisi, məscidlərin, sinaqoqların və kilsələrin yenidən qurulması və inşası, muzeylərin bərpası və açılması - bütün bunlar Azərbaycanın müxtəlif mədəni irsinin qorunması və zənginləşdirilməsi üçün dövlətimizin siyasətinin sadəcə bir neçə elementidir.

UNESKO ilə məhsuldar əməkdaşlığın nəticəsi olaraq Azərbaycanda iki sahə - İçərişəhər, o cümlədən Şirvanşahlar Sarayı və Qız qalası, Qobustan qayaüstü rəsmləri UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmişdir. Zəngin və qədim mədəniyyətimizin digər mühüm elementləri sırasında musiqi xəzinəmizin inciləri - muğam və aşıq sənəti, həmçinin bəşəriyyətin qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilmişdir.

Azərbaycanın UNESKO-nun dəyərlərinə və ideallarına bağlılığı onun milli hüdudlarından kənarda da öz təzahürünü tapır. Son 10 il ərzində dünya mədəni irsin qorunması sahəsində apardığımız fəaliyyətin coğrafiyası geniş olmuşdur. Bununla belə, müharibələr və hərbi münaqişələr bəşəriyyətin mədəni irsinə hər zaman ciddi təhdid olmuşdur. Hərbi təcavüz nəticəsində, eləcə də beynəlxalq hüququ və BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini kobud şəkildə pozaraq Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin təxminən 20 faizini, o cümlədən Dağlıq Qarabağı və yeddi ətraf regionu bu gün də işğal altında saxlamaqda davam edir. Bir milyon azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətində yaşayır. Yüzlərlə tarixi və memarlıq abidəsi, muzeylər, məscidlər və digər dini məbədlər dağıdılıb, yaxud ciddi dağıntıya məruz qalıb. Bu səbəbdən Azərbaycan mədəniyyət mülkiyyətinin qorunmasına aid müvafiq beynəlxalq konvensiyaların səmərəli icrasında çox maraqlıdır. Düşünürəm ki, bu sahədə görüləcək işlər hələ də çoxdur və UNESKO bu baxımdan mühüm rol oynamalıdır.

Əziz dostlar, mədəni irs bizi bəşəriyyətin şanlı tarixinə aid olduğumuzu birlikdə düşünməyə vadar edir. Biz qəti şəkildə inanırıq ki, sülh mədəniyyətinin toxumları yalnız dialoq və qarşılıqlı hörmət vasitəsilə cücərə bilər. Mən burada mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqi üçün əsl qlobal platformaya çevrilmiş və Azərbaycanın başladığı “Bakı Prosesi”ni xatırlatmaq istəyirəm. 2008-ci ildə Bakıda ilk dəfə başlanmış beynəlxalq konfrans Avropa Şurasının üzv dövlətlərinin mədəniyyət nazirlərini ümumi narahatlıq doğuran məsələlər ətrafında dialoqa başlamaq üçün İslam Əməkdaşlıq Təşkilatının üzv dövlətlərindən olan həmkarları ilə bir masa arxasında topladı. Ötən ay biz “Bakı Prosesi” çərçivəsində V Dünya Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi etdik. Məmnunuq ki, UNESKO həmin mühüm təşəbbüsdə bizim əsas tərəfdaşımızdır. Xanım Baş direktor, verdiyiniz mühüm şəxsi dəstəyinizə görə sizə minnətdaram.

Bu toplantının işinə böyük uğurlar arzulayaraq, yekunda XII əsrin böyük Azərbaycan memarı və filosofu Memar Əcəminin sözlərinə istinad edərək demək istərdim: “Biz gedərik, ancaq qalar ruzigar, biz ölərik əsər qalar yadigar”.

Bir daha Azərbaycana xoş gəlmisiniz. Sağ olun.

x x x

UNESKO-nun Baş direktoru Odre AZULE çıxış edərək dedi:

-Hörmətli Birinci vitse-prezident Mehriban xanım Əliyeva.

-Hörmətli UNESKO-nun İcraiyyə Şurasının sədri.

Xanımlar və cənablar.

Cənab nazirlər, hörmətli dostlar və həmkarlar.

Bu gün biz Bakı şəhərinə UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına toplaşmışıq. Bakı dünyəvi bir şəhərdir, zəngin tarixə, UNESKO-nun Ümumdünya Mədəni İrs Siyahısına daxil olan sahələrə malikdir. Bu gün axşam biz bütün dünyanın müxtəlif yerlərindən paytaxt şəhərinizə, buraya toplaşmışıq. Əslində bunun bir tarixçəsi var. Bu, bizi bir araya gətirən dəyərlərə, ümumi tariximizə, bölüşdüyümüz məqamlara bağlıdır. Tarix boyu bəşər övladı yaşayıb, yaratmışdır. Biz müxtəlif təkamül yolu ilə inkişaf edərək yeni üfüqlərə çıxmışıq.

Artıq biz yeni minillikdə, belə möhtəşəm sarayda - memar Zaha Hadidin dizaynına, onun üslubuna uyğun yaradılmış bir sarayda toplaşmışıq. Mən Azərbaycan Respublikasının rəhbərliyinə səmimi qonaqpərvərliyə və üzv dövlətlər üçün yaradılmış bu şəraitə və xüsusi mühitə görə təşəkkürümü bildirirəm. Çünki biz hər il xüsusi bir an yaşayırıq. Dünya miqyasında biz öz toplantımızı təşkil edərək, burada müxtəlif namizədlikləri nəzərdən keçiririk. Biz UNESKO olaraq multilateralizm mövqeyindən çıxış edərək ümumi arzularımızı ifadə edirik. Burada həm Birləşmiş Ştatları, Çini, İranı, Rusiyanı, Burkina-Fasonu, həm də Böyük Britaniya və bütün digər dünya dövlətlərini narahat edən məsələləri müzakirə edirik. Bu, onu göstərir ki, məhz mədəni irsə gəldikdə bütün dünya ölkələri bu məsələləri birgə müzakirə edir. Bu gün biz müzakirə edəcəyimiz məsələlərin siyahısını hazırlamışıq. Bu, kifayət qədər böyük bir siyahıdır. Biz bu gün bir məqsədlə toplaşmışıq ki, universal dəyərə malik olan sahələr haqqında söhbət aparaq. Son zamanlar biz Rio muzeyində, həmçinin Parisdəki Notr-Dam kilsəsində dağıdıcı yanğınların şahid olduq. Bu hadisələr baş verdikdən sonra biz görürük ki, dünya mədəni irsi nə qədər həssas vəziyyətlərlə üzləşir. UNESKO ilk cərgələrdə gedərək beynəlxalq həmrəyliyin təzahürüdür. Biz bu gün sülh istəyirik, istəyirik sülh qurulsun.

Xanımlar və cənablar, hörmətli Ümumdünya İrs Komitəsinin üzvləri, bu gün siz konvensiyadan çıxış edərək öz fəaliyyətinizi aparacaqsınız. Sizin hamınıza rəsmi məktubumuzu ünvanlamışıq ki, biz burada bərabərlik nöqteyi-nəzərindən çıxış etməliyik. Biz əldə etdiyimiz nəticələri çoxaltmalıyıq. Biz tam zəmanət verməliyik ki, gələn 10 gün ərzində birgə işləyək, müzakirələr aparaq. Elə nailiyyətlər əldə edək ki, dünya mədəni irsi öz müxtəlifliyi ilə qorunsun, saxlanılsın. Bu baxımdan hər bir kəs - istər azlıq, istər çoxluq universal dəyərlərə öz töhfəsini verməlidir.

UNESKO bu yaxınlarda Mosul şəhərində saraylardan birində böyük bir toplantı keçirdi. Orada dağıntıya məruz qalmış, lakin tarixi əhəmiyyətə malik olan abidələrlə bağlı geniş müzakirələr aparıldı. Biz gördük ki, bunun çox böyük təsiri oldu. Biz, həmçinin bu ruhda vasitəçilik missiyası ilə Yaxın Şərqdə çıxış etmişik. Bunun sayəsində bizim İcraiyyə Şuramız, hər hansı bir komitəyə daxil olan qurum öz səylərini göstərir. Mən İsrail, İordaniya və Fələstin nümayəndə heyətlərinə təşəkkürümü bildirirəm ki, onlar dialoqu bərpa etmək üçün özlərində güc tapdılar. Qarşımızda bu gün elə layihələr var ki, o layihələr hamı tərəfindən bölüşülür və qəbul edilir. Hesab edirəm ki, atılan belə əhəmiyyətli addımlar bundan sonra da davam etdirilməlidir və onlar universal mədəni irsin qorunmasına yönəlməlidir.

Qeyd etdiyimiz mədəni irs haqqında, onun qorunması ilə bağlı Konvensiya bizim hamımıza nəinki fayda gətirir, o, həmçinin bizim bu sahədə apardığımız elmi araşdırmalara bir istiqamətdir. Bu gün bu sahədə qəbul edilən qərarlar ekspert biliklərinə, həmrəyliyə, dialoqa əsaslanır. Əminəm ki, siz yaxşı mühitdə konsensus əsasında müxtəlif məsələlərlə bağlı müsbət həll variantlarını tapa biləcəksiniz.

Mən istərdim ki, bizim fəaliyyətimizə inam olsun, bu fəaliyyət universal xarakter daşısın. Bildiyiniz kimi, öz uzun tarixinə, öz təbii və mədəni irsinin müxtəlifliyinə baxmayaraq, Afrika qitəsi yenə də zəif şəkildə təmsil olunur. İstərdik ki, onların mədəni irsi daha yaxşı şəkildə qorunsun və təmsil olunsun. Bu, bizim ümumi tarixdə öz izini qoyacaq. Beynəlxalq həmrəylik daha yüksək sürətlə formalaşdırılmalıdır. Məmnunluq hissi ilə deyə bilərəm ki, bu məqsədlər üçün dünya səviyyəsində dəstəyi formalaşdıra bildik.

Xanımlar və cənablar, biz üzərimizdə bu öhdəliyi hiss edirik. Bu, dünya mədəni irsinə aiddir. Əfqanıstanda, Yəməndə, Suriyada, İraqda və bir sıra digər yerlərdə misallar var. Qürur hissi ilə bildiririk ki, bizim aramızda həmrəylik qurulub. Bu, müxtəlifliyin qorunmasına yönəldilib. Dünya mədəni irsi, həmçinin hədəf kimi də seçilə bilər, qeyri-düzgün şəkildə idarəçiliyə məruz qala bilər. Mədəni və təbii irsin qorunması ilə bağlı Konvensiya ola bilsin ki, dünyada ən çox tanınan normativ hüquqi sənəddir. Normativ hüquqi sənəd olaraq o, bizim hamımızın üzərinə vəzifə və eyni məqsəd qoyur ki, biz yüzlərlə abidəni artıq məlum olan təcrübələr əsasında qorumalıyıq və mühafizə etməliyik.

Bu fürsətdən istifadə edərək mən dünya əhalisinə, xüsusən də gənclərə səslənirəm. Qeyd etmək istəyirəm ki, onlar bütün proseslərə qatılmalıdırlar. Nəinki bu işləri aparmalıdırlar, həmçinin bu sahədə təşviqat işlərində iştirak etməlidirlər, təhsillərini daha da artırmalıdırlar. Bununla bağlı bizdən konkret tədbirlərin görülməsi tələb olunur. Çünki tarix onu göstərib ki, biz bu sahədə dayanmadan işləməliyik.

Mən burada bir gənc qıza söz vermək istəyirəm. Onun doqquz yaşı var. Mən onu kürsüyə dəvət edirəm. O, sizinlə öz duyğularını bölüşmək, öz fikirlərini izah etmək istəyir. O, bir poema müəllifidir və istərdim ki, onu sizə təqdim etsin. Bu da universal dəyərə malik olan dünya mədəni irsinə aid yazıdır. Mən sözü gənc qıza vermək istəyirəm. Sizin hamınıza uğurlu iş arzulayıram.

Doqquz yaşlı uşaq: Hamınıza axşamınız xeyir olsun deyirəm. Çox sağ olun ki, mənim üçün belə bir fürsət yaratdınız. Əhmədabad mənim şəhərim, mənim irsimdir. Bu, yazdığım kitabın adıdır. O kitabda çox maraqlı fotoşəkillər də var. Mənim şəhərimə ithaf olunub. Şəhərimdə olan çox qədim, 600 illik tarixə malik mədəni abidələrin tarixçəsi burada məni həvəsləndirdi ki, bu kitabı yazım. Bundan irəli gələrək mən tarixçəmi 1411-ci illə başladım. Həmin vaxt şəhərimiz yaradıldı. Burada olan məkan Sultan Əhməd Şaha çox böyük təəssürat bağışladı. Beləliklə, o, bu möcüzəli məkanda yeni bir şəhəri yaratmaq qərarına gəldi. Mən kitabda öz poemamı əks etdirmişəm. İstərdim kitabımı UNESKO-nun Baş direktoruna hədiyyə olaraq təqdim edim. Altı yüz il öncə bu tarixçə başlayıb. Şəhərimdə möcüzə ağacı bitir. O, öz şan-şöhrətini qoruyub saxlaya bilib. Bu gün bir quş onun budaqlarında əyləşərək bizim canlı irsimizin mahnısını ifa edir.

Sağ olun.

x x x

Sonra UNESKO-nun İcraiyyə Şurasının sədri Byonq-Hyun Li və Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının sədri, Azərbaycanın Mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək sessiyada müzakirə olunacaq məsələlərin və qəbul ediləcək qərarların çox əhəmiyyətli olacağını bildirdilər.

Daha sonra Azərbaycan incəsənət ustalarının maraqlı konsert proqramı təqdim olundu.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Bakıda UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası işə başlayıb  Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sessiyanın açılış mərasimində iştirak edib YENİLƏNİB 2 VİDEO

Aİ Ukraynadakı hərbi missiyasının mandatını 2028-ci ilədək uzadıb

Cüdoçularımız Yaponiyada beynəlxalq təlimlərə qatılıblar

Şuşada bayram konserti və atəşfəşanlıq olub

COP31-in ilk günündə qida təhlükəsizliyi, kənd təsərrüfatı və iqlim dəyişikliyinin sağlamlığa təsiri müzakirə olunub

İzmirdə baş verən partlayışda ölənlərin sayı 16 nəfərə çatıb

Üçrəngli bayrağımız milli kimliyimizin, dövlətçilik tariximizin və milli birliyimizin rəmzidir

Bolnisidə Zəfər Günü və Azərbaycan Bayrağı Gününə həsr olunmuş tədbir təşkil edilib

Dakar-2026: Boksçumuz yarımfinala yüksəlib

Cüdo üzrə U-17 Bakı şəhər birinciliyinə start verilib

Qarsda Zəfər yürüşü təşkil edilib

Azərbaycanın iki cüdo hakimi beynəlxalq “B” kateqoriyası qazanıb

Dövlət Bayrağı Günü tarixi yaddaş, milli suverenlik və dövlətçilik ideologiyasının təntənəsidir

Azərbaycanın da həmmüəllifi olduğu qlobal hesabat COP31-də təqdim olunub

Rusiya nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb

Hikmət Babaoğlu: Biz gənc nəsli Zəfər ruhunda yetişdirməliyik

Bayrağımızın ucalığı dövlətimizin qüdrətindən qaynaqlanır - ŞƏRH

Nadir Azəri: Azərbaycan bayrağı xalqımızın azadlıq mübarizəsinin, tarixi yaddaşının, milli kimliyinin və gələcəyə olan inamının ifadəsidir

Birinci vitse-prezident Mehriban Əliyeva sosial media hesabında paylaşım edib VİDEO

İsveçdə yanacağın və ictimai nəqliyyatın qiymətlərinin artacağı gözlənilir

Ülviyyə Axundova: Qələbənin mahiyyətinin və dəyərinin gənclərə aşılanması mühüm vəzifələrdəndir

Folklor İnstitutunun direktoru: Xankəndidən xalqa ünvanlanan təbrik Zəfər tariximizin siyasi, mənəvi və ideoloji məzmununu bir daha nümayiş etdirir

Ukrayna Silahlı Qüvvələri Rusiyaya məxsus “Starlink” peyk rabitə bloklayıcısına zərbələr endirib

“Azərsun Holdinq” COP31-də: Dayanıqlı gələcək naminə milli dəyərlərimizi dünyaya təqdim edirik

Anar Əsgərov: İşğaldan azad olunmuş ərazilərə yeni gənclik ruhu qayıdıb

Erol Özvar: Azərbaycan ilə Türkiyə arasında ali təhsil və elmi əməkdaşlıq dünyaya nümunə ola bilər VİDEO

Erol Özvar: Azərbaycan ilə Türkiyə arasında ali təhsil və elmi əməkdaşlıq dünyaya nümunə ola bilər VİDEO

Eka Tkeşelaşvili: Azərbaycanın iqlim sahəsində təcrübəsi bir çox ölkədə maraq doğurur

2026-cı il tarixdə ən isti dörd ildən biri olacaq

COP31 iştirakçılarına Azərbaycanın su təhlükəsizliyi sahəsində təcrübəsi barədə məlumat verilib

“İMZA” İctimai Birliyi tərəfindən Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

Dövlət Bayrağı Günündə hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilib

Vyanada Zəfər Günü qeyd olunub

Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası

Zəfər qürurunu əks etdirən konsert

Türkiyənin ev sahibliyi etdiyi COP31-də Azərbaycan pavilyonu: “Dialoq Dəhlizi”

Üçrəngli bayrağımız – milli dövlətçilik tariximizin və müstəqillik idealımızın təcəssümü

Türk ekspert: Azərbaycan Qələbəni sülhə, sülhü isə inkişafa çevirən ölkə nümunəsi kimi beynəlxalq nüfuzunu artırır

Şəkiyə yağan qar fəsadlara səbəb olub, problemlər aradan qaldırılır VİDEO

Şəkiyə yağan qar fəsadlara səbəb olub, problemlər aradan qaldırılır VİDEO

Müstəqilliyimizin və milli qürurumuzun əbədi rəmzi – FOTO

Xankəndidə “Zəfər nəsli” adlı gənclər düşərgəsi açılıb VİDEO

Xankəndidə “Zəfər nəsli” adlı gənclər düşərgəsi açılıb VİDEO

Oman Sultanlığında Zəfər Günü qeyd edilib

Əl-Küveytdə Zəfər Gününün altıncı ildönümünə həsr olunmuş tədbir keçirilib

Deputat: Azərbaycanın dövlətçilik tarixində Dövlət Bayrağının xüsusi yeri var

Xankəndidə səslənən tarixi mesajlar gələcək inkişafın və sülhün aydın strategiyasıdır - ŞƏRH

Qaxın ucqar kəndlərinə qar yağıb VİDEO

Qaxın ucqar kəndlərinə qar yağıb VİDEO

Ukrayna Ordusunda Kosmik Qüvvələri yaradılır

Qarabağ səmasında dalğalanan müqəddəs bayrağımız FOTOREPORTAJ VİDEO

Qarabağ səmasında dalğalanan müqəddəs bayrağımız FOTOREPORTAJ VİDEO

Tbilisidə Cənubi Qafqazda sülh və əməkdaşlıq məsələləri müzakirə edilib

Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

Bu gün Dövlət Bayrağımızın ölkəmizin bütün ərazisində dalğalanması tarixi mübarizənin və dövlətçilik iradəsinin nəticəsidir – ŞƏRH

Zəfər Qurbanov: Üçrəngli bayrağımız milli qürurumuzun və dövlət müstəqilliyimizin rəmzidir

Bayrağımız qürurumuzdur, müstəqilliyimizin və birliyimizin rəmzidir

“Zəfər yalnız keçmişə bağlı qürur mənbəyi deyil, həm də gələcək qarşısında məsuliyyətdir” – Bəyanat

Dohada Zəfər Günü qeyd olunub

Üçrəngli bayrağımız milli birliyimizin, dövlətçilik iradəmizin və qürurumuzun ifadəsidir - ŞƏRH

Yeni Partiyanın sədri Özgür Özəl Prezident İlham Əliyevə zəng edib

Muxtar Babayev: COP-31 həm də Azərbaycanda qəbul olunan qərarların icrası baxımından əhəmiyyət kəsb edir

COP31-də Azərbaycan pavilyonuna böyük maraq var VİDEO

COP31-də Azərbaycan pavilyonuna böyük maraq var VİDEO

SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

Dünya bazarında neftin qiyməti ABŞ-İran danışıqlarının nəticəsindən asılı olacaq – TƏHLİL

Zəfər Günü Tallində qeyd olunub

Fransada siyasi qüvvələr arasında gərginlik - Emmanuel Makronun təşəbbüsü etirazla qarşılanıb

Gənclər Kitabxanasında Dövlət Bayrağı Gününə həsr olunmuş süni intellektəsaslı təqdimat hazırlanıb

Dövlət Bayrağımız Azərbaycanın milli qürurunun və müstəqillik iradəsinin rəmzidir - ŞƏRH

Azərbaycançılıq məfkurəsi və gələcəyə baxış - ŞƏRH

Rəcəb Tayyib Ərdoğan: Türkiyə və Azərbaycan bir-birinə qopmaz bağlarla bağlı olan iki qardaş ölkədir

Naxçıvanda zəncirvari qəza olub, 1 nəfər xəsarət alıb

Mərdəkan şosesində yol qəzası olub, mərkəz istiqamətində sıxlıq var

Şəhid qardaşların atası: Mənim övladlarım Zəfər qəhrəmanlarıdır

Politoloq: İndi bayrağımıza fəxrlə baxa bilirik

Odessaya hava zərbəsi endirilib, 3 nəfər həlak olub

Brüsseldə Zəfərdən danışılıb

Alişer Salomov: Ekologiya sərhəd tanımır, dövlətlərin birgə addımlarına ehtiyac var

Əməkdar artist: Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur mənbəyidir

Dakar-2026: Azərbaycan çimərlik güləşi üzrə komanda hesabında birinci olub

Draqan Vladisavljeviçin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Naxçıvanda qar örtüyünün hündürlüyü 39 santimetrə çatıb VİDEO

Naxçıvanda qar örtüyünün hündürlüyü 39 santimetrə çatıb VİDEO

Moldovada Zəfər və Dövlət Bayrağı günləri silsilə tədbirlərlə qeyd olunub

Xankəndidən yüksələn Zəfər sədası Azərbaycanın qüdrətinin və milli birliyinin təntənəsidir – ŞƏRH

Sergey Şoyqu: Cənubi Qafqazda vəziyyət yaxşılaşır

Köklərdən Zəfərə: Azərbaycan Bayrağının dünəni və bu günü VİDEO

Köklərdən Zəfərə: Azərbaycan Bayrağının dünəni və bu günü VİDEO

Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Fransada Emmanuel Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

Antalyada keçirilən COP31-də qlobal iqlim gündəliyi müzakirə olunur

Zəfər və Dövlət Bayrağı günləri Barselonada qeyd olunub

Sabah hava əsasən yağmursuz keçəcək

Gəncədə Dövlət Bayrağı Günü münasibətilə hərbi orkestrin müşayiəti ilə yürüş keçirilir VİDEO

Gəncədə Dövlət Bayrağı Günü münasibətilə hərbi orkestrin müşayiəti ilə yürüş keçirilir VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 9 noyabr

Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub VİDEO

Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub VİDEO

İmişlidə yol qəzası olub, ölənlər var

Xəzər dənizinin dibi ilə fiber-optik kabel və yeni investisiya layihələri: Qazaxıstan prioritetləri müəyyən edir

İƏT Azərbaycana Zəfər Günü münasibətilə təbrik ünvanlayıb

Kambocanın Kralı Əlahəzrət Norodom Sihamoniyə

Qazaxıstan Trans-Xəzər marşrutu ilə yükdaşımaların həcmini artırır

Şuşa ağ örpəyə bürünüb – FOTOLAR

BDYPİ xəbərdarlıq edir: Bölgələrdə baş verən yol-nəqliyyat hadisələrinin sayı artıb

Dövlət Bayrağı Günü ilə əlaqədar Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir VİDEO

Dövlət Bayrağı Günü ilə əlaqədar Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir VİDEO

Qərbi Azərbaycan İcmasının rəhbərliyi və üzvləri Zəfər abidəsini ziyarət ediblər

Kəlbəcər şəhərinə mövsümün ilk qarı yağıb –  FOTOLAR  VİDEO

Kəlbəcər şəhərinə mövsümün ilk qarı yağıb – FOTOLAR VİDEO

Bəzi dağlıq ərazilərə qar yağır – FAKTİKİ HAVA