Kabildə partlayış nəticəsində azı 34 nəfər həlak olub VİDEO
Bakı, 1 iyul, AZƏRTAC
Bu gün səhər saatlarında Əfqanıstanın paytaxtı Kabildə törədilən partlayış nəticəsində azı 34 nəfər həlak olub, 68 nəfər isə yaralanıb.
AZƏRTAC xəbər verir ki, Sinxua agentliyinin yerli hakimiyyət orqanlarına istinadla yaydığı məlumata görə, terror aktı paytaxtın diplomatik məhəlləsində törədilib. Ərazidə Əfqanıstan Milli Müdafiə Nazirliyinin binalarından biri yerləşir. Hadisə yeri təhlükəsizlik qüvvələri tərəfindən əhatəyə alınıb. Yaralananlar təcili olaraq yaxınlıqda yerləşən xəstəxanalara çatdırılıb.
TOLOnews telekanalının verdiyi digər xəbərə görə, terror aktı ilə əlaqəsi olan iki silahlı qonşu binada gizlənib. Silahlılarla təhlükəsizlik qüvvələrinin əməkdaşları arasında atışma gedir.
Ölkədə fəaliyyət göstərən heç bir qruplaşma partlayışın məsuliyyətini üzərinə götürməyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.11.2026 [17:52]
Rusiyanın “Timeweb” hostinq provayderində genişmiqyaslı nasazlıq baş verib
- 17.11.2026 [17:34]
Ukrayna Müdafiə Qüvvələri “Qazprom”un neft emalı zavodunu vurub
- 17.11.2026 [17:31]
Zelenski: Krım körpüsü əməliyyatın yeddinci mərhələsində vurulub
- 17.11.2026 [17:28]
İraq Türkiyəyə köhnə boru kəməri ilə neft nəqlini bərpa edib
- 17.11.2026 [16:36]
QUAD ölkələri liderlərinin Manilada görüşü keçirilir
- 17.11.2026 [16:20]